2[102]-5310/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5310/2022

16.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki, Kommersiya və İnzibati Kollegiyalarının

qarışıq tərkibinin

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati

Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Qəribov Bəhman
Fərhad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə,

məhkəmə aidiyyətinə dair Şəki Kommersiya Məhkəməsi ilə İsmayıllı Rayon

Məhkəməsi arasında fikir ayrılığı məsələsinə baxaraq

MÜƏYYƏN ETDİ

İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə

müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsassız
olaraq əldə etdikləri və hazırkı vaxtadək qaytarmadıqları 9390 (hər iddiaçıya münasibətdə
4695 manat) manat məbləğində pulun qaytarılması, mediasiya üçün ödənilən 200 manat
(hər iddiaçıya münasibətdə 100 manat) pulun, 14 manat ödənilmiş kəsir dövlət rüsumunun
və 1000 manat vəkilə çəkilmiş xərcin tutularaq onlara ödənilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişlər.

Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-cı il tarixli, e-2-2(117)-663/2022 saylı

qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə
göndərilmişdir.

Şəki Kommersiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Tərəflər

arasında yaranmış mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə hazırki
mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Belə ki,
iş materiallarından və iddia ərizəsindən müəyyən olunur ki, tərəflər arasında olan şifahi
razılaşmaya əsasən iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirərək
cavabdehlərə onlara köməklik göstərilməsi üçün pul vermiş, cavabdehlər isə bunun
müqabilində iddiaçılara südlük inək cinslərinin gətirilməsinə köməklik göstərəcəklərini
bildirmişlər.

Cavabdehlər xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişlər. Etiraz

ərizəsində qeyd edilmişdir ki, Cavabdeh2 öz adına “X” yaradaraq kənd təsərrüfatı
məhsulları istehsalı qərarına gələrək südlük cins inək və keçilər gətirərək onları saxlayıb
gəlir əldə etmək üçün işə başlamış və bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı

rayonu üzrə X1 Mərkəzinin rəisi X müraciət etmiş, onun tərəfindən KTN-nin heyvandarlığın
təşkili və monitoring şöbəsinin müdiri x istinadən cavabdehlərə verdiyi məlumata əsasən
müvafiq təchizatçı qismində X adlı şəxslə tanış olmuşlar. Həmin şəxslərlə görüşüb
məqsədlərini bildirdikdən sonra X cavabdehlərə uyğun tövlə lazım olacağını bildirmiş, bu
məqsədlə 25000 manat xərc çəkərək 400 M2 köhnə anbar binasını təmir edib ora su,
elektrik xətti çəkərək ayrı-ayrı sektorlara bölüb heyvanların saxlanması üçün şərait
yaratmışlar. X həmin tövləyə baxıb ərazinin kiçik olduğunu, burada ancaq keçi saxlana
biləcəyini bildirdikdən sonra, cavabdehlər X kəndində sabiq bələdiyyə sədrinə məxsus
olan 300 başlıq inək fermasını təmizləyərək ora da 3000 manat xərc çəkmişlər. Bütün bu
hadisələr 2020-ci ilin sentyabr ayından sonrakı dövrlərə təsadüf edir. Tövlələr hazır
olduqdan sonra X gətiriləcək heyvanların dəyərinin bir qisminin əvvəlcədən ödənilməsinin
vacib olduğunu bildirdikdən sonra, əvvəllər tanımadığı İddiaçı2 və İddiaçı1 Cavabdeh2
yanına gələrək cins heyvan almaq istədiklərini bildirmişlər. Bu məqsədlə iddiaçılar X
telefon əlaqəsi yaradaraq ona 21590 manat pul göndərmək qərarına gəlmişlər. İddiaçılar
həmin pulu X çatdırmaq üçün Cavabdeh2 vermiş, o isə Milli ön elektron ödəmə vasitəsi ilə
ödəyib qəbzlərini iddiaçılara vermişdir. Bundan başqa cavabdehlər də cins heyvanların
gətirilməsi üçün X əlbəəl 26000 manat pul ödəmişlər. Lakin heyvanlar söz verildiyi vaxtda
gətirilmədiyindən tərəflər X verdiyi pulları geri almaq qərarına gəlmişlər. Belə ki, tərəflər X
verdikləri puldan 30000 manatını geri almışlar, yerdə qalan 17400 manat pulu isə ala
bilməmişlər. Bununla əlaqədar heç bir nəticə olmadığından bu barədə DİN-nə müraciət
etmiş, şikayətlə bağlı X rayon polis şöbəsində araşdırılma aparılmış və heç bir nəticə əldə
edilməmişdir.

İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-956/2022 nömrəli iş üzrə 01 avqust 2022-ci

il tarixli qərardadı ilə (hakim İlqar Hüseynov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər
Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın
ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinin müəyyən
edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali
Məhkəməsinə göndərilmişdir.

İsmayıllı Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tərəflər hər ikisi

sahibkarlıq subyektləri olmaqla hər ikisinin niyyətləri cins mallar gətizdirərək onları
saxlayıb gəlir əldə etmək olmuşdur. Belə olan halda iddiaçılar bu işlə məşğul olmaq
fikrində olan cavabdehlərlə tanış olmuş, sözügedən işdə onlara köməklik etmələrini
bildirmişlər. Bu barədə müxtəlif şəxslərlə əlaqələr yaradılmış, nəticədə cins malların
gətizdirilməsində təchizatçı qismində Allahverdi Rüstəmov adlı şəxslə tanış olmuşlar.
Məhz tanışlıqdan sonra iddiaçılar cavabdehlərə şifahi tapşırıq əsasında müəyyən məbləğ
pul vermiş və bunun müqabilində cins malların iddiaçılara gətirilməsinin təmin edilməsi
tapşırılmış, həmin pul məbləği isə iddiaçıların dediyinə görə X verilmişdir. Göründüyü kimi
tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən iddiaçılar cins
malların əldə edilib saxlanması fəaliyyəti ilə məşğul olmaq istəyən cavabdehlərə cins
heyvanların onlar üçün gətirilməsinin təmin edilməsi tapşırılmışdır. Belə olan halda
məhkəmə hesab edir ki,tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı olmuşdur.

Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya

instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, iş materiallarını araşdırıb

hesab edir ki, aşağıdakılara görə hazırkı iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə
göndərilməlidir.

Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin

qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi

məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin

subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə
alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı
qaydasında ümumi məhkəmələr baxır.

Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki
məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu

Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə
əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və
qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət

qaydalarının pozulmasına yol verilmir.

Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə

və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən
edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə
dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq
fəaliyyətinin

həyata

keçirilməsi

ilə

əlaqədar

olan

mübahisələrə

(kommersiya

mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya
məhkəmələrində baxılır.

Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin

və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması
başa düşülür.

İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları

işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətinin xarakteri ilə bağlıdır.

İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs

yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada
fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir.

Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab

edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada
fərdi sahibkar statusu əldə etmiş olsun.

Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid

edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı
yaranmamış olsun.

İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi,

məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir
ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki,
MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən
onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə
aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin
tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya
məhkəmələrinə

aidiyyətinin

müəyyənləşdirilməsi

baxımından

həlledici

meyardır.

Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman,
həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin
həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız
birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı
olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya

məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas
tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə
mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya
birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti
olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün
fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan

əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən
sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan
tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-
ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən
irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli
gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün
fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi
şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli

gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin
kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar
fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində
baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki
tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət
yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı
olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti
üzrə ümumi məhkəmədə baxılacaqdır.

İş materiallarından görünür ki, iddiaçılar İddiaçı2 (VÖEN **********) və İddiaçı1

(VÖEN- **********), o cümlədən Cavabdeh1 (VÖEN **********) hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.

Həmçinin iş materiallarında görünür ki, tərəflər arasında olan şifahi razılaşmaya

əsasən iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirərək
cavabdehlərdən südlük inək cinslərinin alınmasında onlara köməklik göstərilməsini
istəmiş, cavabdehlər isə iddiaçılara köməklik göstərəcəklərini bildirmişlər.

Göründüyü kimi, mübahisə tərəfləri sahibkarlıq statusuna malik olsalar da onlar

arasında yaranmış mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsindən irəli gəlməmiş, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş və
bununla

bağlı

cins

heyvanların

alınmasında

cavabdehlərdən

onlara

köməklik

göstərmələrini xahiş etmişlər. Cavabdehlər də bu işdə onlara kömək etməyə razılıq
vermişlər.

Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında heç bir

sahibkarlıq münasibətləri olmamışdır və iddiaçıların hazırki tələbi südlük inək cinslərinin
alınması məqsədi ilə həmin inəklərin satışını təşkil edən şəxsə ödənilməsi üçün
cavabdehlərə verilmiş pulun qaytarılmasından ibarətdir və ona görə də hazırki
mübahisəyə ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.9 və 403-1.9.1-ci

maddəsinə görə kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair
məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə
göndərə bilər.

Yuxarıda göstərilənləri, əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş

baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir.

Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.9 və 403-1.9.1-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul

tələbinə dair hazırkı mülki iş baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə
göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.