2[102]-5313/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5313/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçılar İddiaçı1 Xani oğlu, Əzizova Mələk Məmməd qızı, Əzizova Jalə Mayıl

qızı, İddiaçı4 Mayıl qızı cavabdehlər Cavabdeh1, X10 oğluna qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: ekspert rəyinin əsaslığının araşdırılmaması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X12 oğlunun katibliyi və İddiaçı1 Xani oğlunun iştirakı ilə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(106)-

59/2021 saylı qətnaməsindən İddiaçı1 Xani oğlu tərəfindən verilmiş kassasiya şikayəti
üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. Astara rayon Aqrar İslahat Komissiyasının 24.05.2003-cü il tarixli, 01 nömrəli

qərarı ilə İddiaçı1 Xani oğlu və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı
məhsullarının istehsalı üçün 0,42 hektar torpaq sahəsi verilmiş və mülkiyyət hüquqları
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Astara rayon Aqrar İslahat Komissiyasının 24.05.2003-cü il tarixli, 01 nömrəli

qərarı ilə Cavabdeh2, X2 və onların ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı
məhsullarının istehsalı üçün 0,21 hektar torpaq sahəsi verilmiş və daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmışdır.

3. X6 və Əliyev X8 rayonu, Siyəkü kəndində yerləşən, ümumi birgə mülkiyyətlərində

olan 0,1063 hektar torpaq sahəsini X1.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar İddiaçı1 Xani oğlu, Əzizova Mələk Məmməd qızı, İddiaçı3, İddiaçı4

Mayıl qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Astara Rayon
Məhkəməsinə müraciət edərək, mülkiyyətlərinə verilmiş 2556,73 m

2

torpaq sahəsinin

cavabdehlərin qanunsuz sahibliklərindən geri alınması və həmin torpaq sahəsində
Cavabdeh1 oğlu tərəfindən inşa edilmiş qanunsuz tikililərin, yəni mağaza və çəpərin
sökülməklə qanuni sahiblik və istifadələrinə verilməsi, torpaq sahəsindən qanunsuz
istifadə etdiklərinə görə 5000 manat ziyanın cavabdehlərdən tutulması və cavabdehlərin
onların mülkiyyətlərinə qəsd edən özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və X7

iddiaçıların xüsusi mülkiyyətində olan 2556,73 m

2

torpaq sahəsini zəbt edərək həmin

ərazidə onların mülkiyyət hüquqlarını pozmuşdur. Bununla əlaqədar dövlət orqanlarına
çoxsaylı şikayətləri olmuş, dövlət orqanları tərəfindən Astara rayonun Siyəkü kəndində
yerləşən 2556,73 m

2

torpaq sahəsi onlara naturada göstərilmişdir. Buna baxmayaraq

cavabdehlər sözügedən ərazini zəbt etmiş və orada qanunsuz tikinti aparmışdır.
Cavabdehlər zəbt etdikləri torpaq sahəsini könüllü qaydada onlara verməkdən imtina
etmişlər.

6. Astara Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(018)-19/2019 nömrəli

qətnaməsi ilə (hakim Z.İbrahimov) iddianın qismən təmin edilməsi, hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2015-ci il tarixli **********
qeydiyyat və RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
ümumi birgə mülkiyyətlərindəki Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673 hektar
torpaq sahəsinin Cavabdeh1 oğlu tərəfindən zəbt edilmiş 46 m

2

hissəsinin və cavabdeh

X10

oğlu tərəfindən zəbt edilmiş 1048 m

2

hissəsinin azad edilərək iddiaçılara

qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət büdcəsinə ödənilmiş 30
manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlərdən müştərək
qaydada iddiaçıların xeyrinə tutulması, hər iki ekspertiza xərcini təşkil edən 100 manat
məbləğində pulun 60 manat hissəsinin cavabdehlər Cavabdeh1 və X3, 40 manat
hissəsinin isə iddiaçılar İddiaçı1 Xani oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Mayıl qızından
müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, hər iki mütəxəssis rəyi ilə
əlaqədar 159,6 manat məbləğində xərcin (pulun) 100 manat hissəsinin cavabdehlərdən,
59,6 manat hissəsinin isə iddiaçılardan müştərək qaydada alınaraq dövlət büdcəsinə
ödənilməsi qət edilmişdir.

7. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.03.2019-cu il tarixli, 6981 nömrəli
və 11.09.2019-cu il tarixli ekspert rəyinə və 20303 nömrəli əlavə ekspert rəyinə istinad
etmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.03.2019-cu il tarixli, 6981

nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673 hektar torpaq
sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı1 Xani oğlu və ailə

üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673 hektar
torpaq sahəsi X7 tərəfindən tutulmamışdır. İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
mülkiyyətinə verilmiş Astara rayonu Siyəkü kəndində yerləşən 0,255673 hektar torpaq
sahəsinin 0,0944 hektar hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı1 Xani oğlu
və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673
hektar torpaq sahəsi X7 tərəfindən tutulmamışdır.

9. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.09.2019-cu il tarixli, 20303

nömrəli əlavə ekspert rəyində qeyd edilmişdir ki, RX ******* seriya nömrəli çıxarışa əsasən
İddiaçı1 Xani oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü
kəndində yerləşən 0,255673 hektar torpaq sahəsinin bir hissəsi (46 m

2

) Cavabdeh1

istifadəsində olan torpaq sahəsində yerləşir. Lakin bu torpaq sahəsi MA ******* seriya
nömrəli çıxarışa və ona əlavə olunmuş AA 013119 nömrəli torpaq sahəsinin planı və
ölçüsünə əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndində yerləşən
0,1 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyakü kəndində yerləşən 0,255673 hektar torpaq
sahəsinin bir hissəsi (1048 m

2

) X7 tərəfindən istifadə olunur. İddiaçı1 Xani oğlu və ailə

üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673
hektar torpaq sahəsinin 46 m

2

hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı1 Xani

oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndində yerləşən
0,255673 hektar torpaq sahəsinin 1048 m

2

hissəsi X4 istifadəsində olan torpaq sahəsində

yerləşir. Lakin RX ******* seriya nömrəli çıxarışa və ona əlavə olunmuş AN 281167 nömrəli
torpaq sahəsinin planı və ölçüsünə əsasən X4 mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü
kəndində yerləşən 0,1063 hektar torpaq sahəsi İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
mülkiyyətlərinə verilmiş torpaq sahəsinin qərbində yerləşir.

10. Məhkəmə ekspert rəylərini sübut kimi araşdıraraq hesab etmişdir ki, cavabdehlər

tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 Xani oğlu, Əzizova

Mələk Məmməd qızı, Əzizova Jalə Mayıl qızı, İddiaçı4 Mayıl qızı iddia əruizəsindəki
torpaq sahəsindən qanunsuz istifadə nəticəsində onlara 5000 manat məbləğində ziyan
vurulmasını iddia etsələr də bu hal müvafiq sübutlarla təsdiqini tapmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu

maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 157.4 164,
165.1, 178.1-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü
maddəsinin 4-cü hissəsinə və 111-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13Cavabdeh X7 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv

edilməsini, X5 münasibətdə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş
etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli,

2(106)-59/2021 saylı qətnaməsi ilə (M.K.Həsənov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov
və Z.A.Zeynalov) cavabdeh X4 apelyasiya şikayəti təmin edilmiş, Astara Rayon
Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(018)-19/2019 nömrəli qətnaməsi qismən,
yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
10.06.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat və RX ******* seriya nömrəli çıxarışa
əsasən İddiaçı1 Xani oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərindəki Astara rayonu,
Siyəkü kəndində yerləşən 0,255673 hektar torpaq sahəsinin cavabdeh X7 tərəfindən zəbt
edilmiş 1048 m

2

hissəsinin azad edilərək iddiaçılara qaytarılması, həmçinin iş üzrə

məhkəmə xərclərinin (iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu
məbləğinin, ekspertiza və mütəxəssis xərclərinin) cavabdeh X3 tutulması hissələrində ləğv
edilmiş, həmin hissələrdə iddiaçılar İddiaçı1 Xani oğlunun, İddiaçı2, İddiaçı3 Məmməd
qızının və İddiaçı4 Məmməd qızının iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə
dəyişdirilmədən saxlanılmış, iş üzrə apelyasiya instansiyası məhkəməsində icraat zamanı
təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə

50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1 Xani oğlundan, İddiaçı2,
İddiaçı3 Məmməd qızından və İddiaçı4 Məmməd qızından tutularaq Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi
qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş 13.01.2021-

ci il tarixli, 011/Mİ/21 nömrəli mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 10/440
nömrəli ekspert rəyinə istinadla hesab etmişdir ki, tərəflərin sənədlərində uyğunsuzluqlar
mövcuddur və həmin uyğunsuzluqlar aradan qaldırılmadan iddiaçıların iddia tələbinə
onların xeyrinə qiymət verilməsi mümkünsüzdür. Çünki tərəflərin mülkiyyət hüququnun
əsasını aqrar islahat komissiyasının qərarı və həmin qərar əsasında verilmiş torpağa
mülkiyyət hüququna dair dövlət aktları təşkil edir. Həmin dövlət aktları əsasında tərəflərin
mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onlara çıxarışlar
və yeni torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Lakin tərəflərin mülkiyyət
hüquqlarına dair dövlət aktları ilə onlara daşınmaz əmlakın dövlət reyestri xidməti
tərəfindən verilmiş sənədlər arasında uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların
aradan qaldırılması üçün iddiaçılar və cavabdehlər aidiyyəti inzibati orqana müraciət
etməli və bu uyğunsuzluqların aradan qaldırılmasında maraqlı olmalıdırlar.

16. İddiaçı1 Xani oğlu kassasiya şikayəti verərək, apelyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya
instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya

məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə
istinad etdiyi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli,
10/440 saylı ekspert rəyi, işdə olan əvvəlki ekspert rəyləri ilə ziddiyyət təşkil etmişdir.
Lakin məhkəmə bu ziddiyyətə qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti

mülahizələrə əsaslandığı üçün təmin edilməməsini, Şirvan Apellyasiya məhkəməsinin
qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz
onunla əsaslandırılmışdır ki, iş üzrə 3 dəfə məhkəmə mühəndis-texniki ekspertizası təyin
edilmişdir. İlk dəfə iş üzrə mütəxəssis rəyini Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri
xidməti tabelyində olan Kadastr və Yerquruluşu Layihə təhqiqat Mərkəzi” MMC-nin
Cəlilabad Layihə Təhqiqat İdarəsinin Lənkəran sahəsinin rəisi Əlövsət Rukiyev və həmin
idarənin mütəxəssisi Etibar Həsənov vermişdir. Həmin şəxslər vəzifə səlahiyyətlərindən
istifadə edərək həqiqətə uyğun olmayan mütəxəssis rəyi verdikləri üçün onun şikayətinə
əsasən baş idarə tərəfindən vəzifələrindən azad edilmişdir. İddiaçı X11 real vəziyyətə
uyğun olmayan mütəxəssis rəyinə istinad edərək, onun böyük zəhmət hesabına tikib uzun
illər yaşadığı evi və mağazanı sökdürmək istəyir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. 
İç üzrə İddiaçı1 Xani oğlu vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual

Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun
izahatı dinlənilmədi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlmədikləri və
gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in
415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə

olunur.

Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır.
İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi

mülkiyyət hüququ qanunla qorunur.

İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti
ilə yol verilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi

sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən
tanınan və qorunan hüququdur.

152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər

nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola
bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa
şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə
istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü
şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

Maddə 157. Mülkiyyətin müdafiəsi
157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan

məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb
edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son
qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının

müdafiəsi və təminatı

84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla

qorunur.

84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin,

istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və
fiziki şəxslərin qarışmasına yol verilmir.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi)

qanunla qadağan olunur.

111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı

çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə

lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri

barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək
göstərir.

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

Maddə 80. Sübutların aid edilməsi
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır

ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.3. apellyasiya

instansiyası məhkəməsinin qətnamə və ya qərardadını

tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası
məhkəməsinə göndərə bilər.

Maddə 418. Apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin və ya

qərardadının ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyinə baxmayaraq, iş materiallarından, habelə kassasiya şikayətinin
dəlillərindən görünür ki, kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsini
qismən, yəni cabadeh X5 qarşı iddianın təmin olunmaması (yəni hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2015-ci il qeydiyyat
tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı1 Xani oğlu və ailə üzvlərinin
ümumi birgə mülkiyyətindəki Astara rayonu, Siyəkü kəndində yerləşən 0,255673 hektar
torpaq sahəsinin cavabdeh X7 tərəfindən zəbt edilmiş 1048 m

2

hissəsinin azad edilərək

iddiaçılara qaytarılması, həmçinin iş üzrə məhkəmə xərclərinin cavabdeh X3 tutulması
hissələrində ləğv edilməsi, həmin hissələrdə iddiaçılar İddiaçı1 Xani oğlunun, İddiaçı2,
İddiaçı3 Məmməd qızının və İddiaçı4 Məmməd qızının iddia tələbinin təmin edilməməsi)
hissəsində mübahisələndirir. Kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsini
birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində
mübahisələndirmir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi
cavabdeh X5 qarşı iddianın rədd olunmasına dair hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə apelyasiya
instansiyası məhkəməsinin qətnaməsi cavabdeh X5 qarşı iddianın rədd olunmasına aid
hissədə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

30. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflərin

mülkiyyət hüquqlarına dair dövlət aktları ilə onlara daşınmaz əmlakın dövlət reyestri
xidməti tərəfindən verilmiş sənədlər arasında uyğunsuzluqlar mövcuddur. Həmin
uyğunsuzluqlar aradan qaldırılmadan iddiaçıların iddia tələbinə onların xeyrinə qiymət
verilməsi mümkünsüzdür. Bu uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçılar və
cavabdehlər aidiyyəti inzibati orqana müraciət etməli və bu uyğunsuzluqların aradan
qaldırılmasında maraqlı olmalıdırlar.

31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə

razılaşmır. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2-ci maddəsinə
əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların
əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu
hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi
aktdır.

32. Mülki Məcəllənin 140-cı maddəsində əksini tapmış daşınmaz əmlakın dövlət

reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına görə, reyestrin
məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və
tamamlığı prezumpsiyası qüvvədədir.

33. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət

orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi
məqsədi daşıyır.

34.

Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun

təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsasında
həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində
qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından
vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə
etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn
pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı
əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat
kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin
şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
25.10.2010-cu il tarixli Qərarı).

35. Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulan

reyestrin məzmununun

həqiqiliyi və tamamlığı prezumpsiyası, t

ərəflərin hüquqlarının daşınmaz əmlakın dövlət

reyestrində qeydə alınmış hüquqlar həddində təmin olunmasını zəruri edir. Buna görə də,
tərəflərin arasında yaranmış mübahisə, məhz onların təqdim etdiyi və qüvvədə olan
çıxarışların məlumatlarına istinad edilməklə həll olunmalıdır.

36. Apelyasiya instansiyası məhkəməsinin «tərəflərin mülkiyyət hüquqlarına dair

dövlət aktları ilə onlara daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş
sənədlər arasında uyğunsuzluqlar mövcuddur» dəlili ilə bağlı məhkəmə kollegiyası
həmçinin bildirir ki, əvvəla Mülki Məcəllənin 141-ci maddəsinə əsasən, əgər daşınmaz

əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn
məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə
alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan
yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın
dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan
şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə
bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin
qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata
keçirilir.

37. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi

üzərində hüquqa uyğun olmadığı halda, dövlət reyestrində qeyddə düzəlişin
aparılmasının, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin
daxil edilməsinin xüsusi qaydası və əsasları müəyyən edilmişdir.

38. Baxılan işdə cavabdeh tərəfindən bu qaydalara riayət edilməsi müəyyən olunmur.
39. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi «tərəflərin mülkiyyət

hüquqlarına dair dövlət aktları ilə onlara daşınmaz əmlakın dövlət reyestri xidməti
tərəfindən verilmiş sənədlər arasında uyğunsuzluqlar olması» barədə nəticəyə gələrkən, iş
materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası
Mərkəzi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 10/440 nömrəli ekspert rəyinə istinad
etmişdir. Lakin həmin rəy verilərkən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti mübahisəli
torpaq sahəsinə baxış keçirib yerində tədqiqat aparmamış, ekspertiza tədqiqatını "xxxx"
MMC tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 011/Mİ/21 nömrəli mütəxəssis rəyi
əsasında aparmışdır (səh. 21-22).

40. "xxxx" MMC tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 011/Mİ/21 nömrəli

mütəxəssis rəyində, apelyasiya instansiyası məhkəməsinin ekspertiza təyin edilməsi
barədə 01.07.2020-ci il tarixli, 2(106)-764/2020 saylı qərardadının 1-4-cü suallarına cavab
olaraq göstərilmişdir ki, tərəflərə məxsus torpaq sahələrinin ilkin sənədləri, yəni torpağa
mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən koordinatlarla hazırkı, yəni daşınmaz
əmlakın dövlət reyestrinin təqdim etdiyi çıxarışlar arasında 20 metrədək qərb istiqamətində
sürüşmə (uyğunsuzluq) aşkar olunmuşdur. Torpaq sahələrinin naturadakı ölçüləri üzrə X5
məxsus 0,1063 hektar torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair dövlət aktına
əsasən hal-hazırda İddiaçı1 Xani oğlunun istifadəsində olan torpaq sahəsinə düşür. X5
reyestr xidməti tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki
koordinatlar üzrə 0,1063 hektar torpaq sahəsi, İddiaçı1 Xani oğlunun hazırda istifadəsində
olan torpaq sahəsinin qərb sərhədindən başlayaraq 20 metr qərb tərəfə doğru yerləşir.
Analoji olaraq tərəflərin hər üçünün torpaq sahələri DƏDRX-nin sənədlərindəki
koordinatlara görə eyni qaydada qərb tərəfə doğru 20 metr sürüşür.

41. Bu mütəxəssis rəyi istər Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən,

istərsə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməzdi.

42. Çünki, əvvəla apellyasiya instansiyası məhkəməsinin ekspertiza təyin edilməsi

haqqında qərardadında ekspert qarşısında qoyulan 1-4-cü bəndlərində, tərəflərin adına
verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların onlara aid olmuş torpağa
mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən koordinatlarla uyğun olub-olmaması
barədə sual qoyulmamışdı.

43. Bundan əlavə, mütəxəssislərin tədqiqat zamanı çöl-tədqiqat işlərini hansı

vasitələrdən istifadə etməklə həyata keçirməsi, koordinarları nəyə əsasən müəyyən etməsi
rəydən görünmür.

44. Bundan başqa, "xxxx" MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə

rəyi imzalamış ekspertlərin yerquruluşu məsələləri üzrə xüsusi bilik tələb olunan rəy vermə
səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. İşə əlavə edilmiş sertifikatdan görünür ki,
rəy vermiş şəxlərdən biri olan Emin Mehtiyev “Yaşayış təyinatlı daşınmaz əmlakın
qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması

sistemi haqqında

Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verdiyinə

görə ona sertifikat verilmişdir (səh. 87). Rəyi imzalayan Nazim İsmayılov MMC-nin
direktoru olmaqla hüquqşünasdır (səh. 77). Rəyi imzalayan Hüseyn İsmayılovun isə MMC-
nin qiymətləndirmə şöbəsinin baş mütəxəssisi olmaqla yanaşı həm də yerquruluşu üzrə
mühəndis olduğu qeyd edilməsinə baxmayaraq, bu faktı təsdiq edən hər hansı sübut işə
əlavə olunmamışdır.

45. Göründüyü kimi yerquruluşu ilə bağlı xüsusi bilik tələb edən məsələlərə dair rəy,

əmlakın qiymətləndirməsi üzrə mütəxəssis tərəfindən verilmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə görə, ekspertin rəyi

məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

47. MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsi üçün müəyyən olunmuş

sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq
edilməli hüquq normalarına müvafiq olaraq qiymət veriilməsi barədə qayda, eyni ilə
ekspert rəyinin qiymətləndirilməsi üçün də tətbiq edilir.

48. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması

dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu
təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə
sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı
tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu
təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal
tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu
halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün
işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda
mövcud sübutu yenidən araşdırmalıdır.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən -
cavabdeh X5 qarşı iddianın rədd olunmasına dair hissədə ləğv edilməli, iş həmin hissədə
yeni apellyasiya baxışına qaytarılmalıdır.

50. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan

qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq
normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun
olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli
və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-
ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

51.

Məhkəmə

kollegiyası

yuxarıda

göstərilənlərə

əsasən

Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı1 Xani oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan

Apellyasiya

Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(106)-59/2021 saylı qətnaməsi
cavabdeh X5 qarşı iddianın rədd olunmasına dair hissəsində ləğv edilsin və iş həmin
hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.