2[102]-5320/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5320/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı

Cavabdeh qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: uşaqların valideynlərdən kimin yanında

qalmasının müəyyən edilməsi və alimentin tutulması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(106)-

1219/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. Tərəflər 29 may 2012-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 15 mart

2013-cü il təvəllüdlü X4 və 28 iyul 2015-ci il təvəllüdlü Şərbətov İsmayıl Ramil oğlu
doğulmuşdur. Tərəflər hazırda ayrılmışdır və aralarında olan nikah Cəlilabad Rayon
Məhkəməsinin 2(073)-539/2020 saylı, 10.06.2020-cil tarixli qətnaməsi ilə pozulmuşdur.
Uşaqlar atanın yanında yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı

cavabdeh

Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon

Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 15.05.2013-
cü il təvəllüdlü X2 və 28.07.2015-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq ona verilməsi
və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə
340 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqları cavabdehin yanında yaşayır.

Cavabdeh tərəf uşaqları gəzdirmək adı ilə ondan almış və uşaqların onun yanına
qayıtmasına imkan verməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh
uşaqları ona verməyəcəyini bildirmişdir. Uşaqları azyaşlı olmaqla ana qayğısına,
nəvazişinə, qulluğa daha çox ehtiyacları vardır. O, uşaqlarına çox bağlıdır və onları çox
sevir. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı qeyri-müntəzəmdir, ona görə də
cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa görə 170 manat aliment tutulmasını
istəyir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək izahatında

göstərmişdir ki, iddiaçı ona xəyanət etməsi səbəbindən ailə münasibətləri pozulmuş və
ayrılmışlar. Ayrıldıqları vaxtdan azyaşlı uşaqları onun yanında qalmışdır. Uşaqların
iddiaçıya verilməsinə razı deyildir. İddiaçı uşaqlarının qayğısını çəkmək və onlara nəvaziş
göstərmək iqtidarında deyildir. Uşaqların yaxşı yaşaması və sağlam böyüməsi üçün hər
cür şərait yaratmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair
qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qəyyumluq və Himayə orqanı iş üzrə verdiyi rəydə uşaqların anaları İddiaçı

yanında yaşamasını məqsədə müvafiq hesab etmişdir.

6. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-630/2020 saylı, 10 sentyabr 2020-ci il

tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia tələbi qismən təmin edilmiş, 15.05.2013-cü
il təvəllüdlü X4 və 28.07.2015-ci il təvəllüdlü X3 Cavabdeh alınıb İddiaçı himayəsinə
verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər
uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq
İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, uşaqların saxlanılması üçün
alimentin tutulması hissəsinin onların ataları Cavabdeh alınaraq anaları İddiaçı himayəsinə
verildiyi gündən hesablanması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cəlilabad rayon İcra

Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı 15.05.2013-cü il təvəllüdlü X2 və
28.07.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında yaşaması yetkinlik yaşına
çatmayanların hüquq və mənafeyinə uyğun hesab etmişdir.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddia tələbi aliment hissəsində təmin

edilərək,

Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla aliment tutulmasını

ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə qənaətə gələrkən bu hallarla yanaşı uşağın
əvvəlki təminatının və hazırki səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas
meyar olmaqla yanaşı, bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə
alınmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60, 75, 78

,81-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv

edilməsini, 15.05.2013-cü il təvəllüdlü X2 və 28.07.2015-ci il təvəllüdlü X1 ataları
Cavabdeh yanında qalması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli,

2(106)-1219/2021 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi),
T.S.Kərimov və İ.H.Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,

uşaqların yaşı, uzun müddət ana qayğısından məhrum olmaları, eləcə də atanın və onun
ailə üzvlərinin anaya qarşı mənfi psixoloji və emosional vəziyyətin uşaqlara mənfi təsiri
nəzərə alınmalıdır. Uşaqla ünsiyyət davamedici xarakter daşıdığı üçün münasibət ananın
övladı ilə ünsiyyət qurma bacarığından asılı olaraq tədricən yaxşılığa doğru dəyişilə bilər.
Ananın uşaqları incitməsi, döyməsi, valideynlik vəzifəsini icra etməməsi barədə
cavabdehin göstərdiyi dəlillər, uşaqların anasından ayrı yaşaması üçün müstəsna hallar
işin halları ilə təsdiq olunmur. Əksinə, Qəyyumluq və Himayə orqanının rəyi ilə uşaqların
analarının yanında yaşaması daha məqsədəuyğun hesab edilmişdir.

13. Məhkəmə daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin

“qanunvericiliyin və Ali Məhkəmənin Plenumunun qərarında qeyd olunan uşaqların
valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən “10 yaşına
çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına
çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə
alınıb verilməsi üçün yeganə əsas olmaması, uşaqların hər birinin fikrini öyrəndikdən
sonra, iş üzrə toplanmış sübutlarla birlikdə məcmu halında qiymət verərək belə
hesab etmişdir ki, uşaqların hazırkı vəziyyətdə atada qalması onların mənafeyinə
ziddir. Hər iki uşaq azyaşlıdır və həmçinin biri (15.05.2013-cü il təvəllüdlü Y.Şərbətov)
məktəblidir. Uşaqların atası işdə olduğu müddətdə onları validyinlərinin ümudinə buraxır.
Yaşlı nənənin, babanın və yaxud digər qohumların azyaşlı uşaqlarına baxması, onların
tərbiyəsi ilə məşğul olması gələcəkdə həmin uşaqların bir şəxsiyyət kimi formalaşması
üçün kifayət deyildir. Uşaqlara ana tərəfindən verilən nəvazişi başqa heç bir şey əvəz
edə bilməyəcəkdir. Həmçinin beynəlxalq hüquq normalarının tələblərinə əsasən
uşaqların anadan ayrılması yalnız müstəsna halda yol verilir” qənaəti ilə razılaşır və
tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağların mənafeyini, uşağın yetkinlik
yaşına çatmamasını, ana qayğısına daha çox ehtiyacının olmasını və işin digər mühüm
hallarını, X2 anası tərəfindən əlinin sobada yandırılması ilə bağlı verdiyi izahatla əlaqədar
məhkəməyə heç bir sübut və ya əsas təqdim etmədiyini nəzərə alaraq, hesab edir ki,
birinci instansiya məhkəməsinin 15.05.2013-cü il təvəllüdlü X4 və 28.07.2015-ci il
təvəllüdlü X1 Cavabdeh alınıb İddiaçı himayəsinə verilməsi, qənaətinə gəlməkdə haqlı
olmuşdur.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv olunması və uşaqların atanın yanında qalması barədə qərar
çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Qəyyumluq və

Himayə orqanının verdiyi rəy, formal əsaslara söykənərək verilmişdir. Rəylə tanış olarkən
də belə nəticəyə gəlmək olur ki, komissiya ilk növbədə azyaşlıların mənafeyini
gözləməmiş, onlarla ünsiyyət yaradaraq uşaqların fikrini öyrənmək əvəzinə, rəydə
iddiaçının atasına məxsus olan torpaq sahəsinin ölçüsünü və onun Rusiya
Federasiyasında

ticarətlə

məşğul

olub

aylıq

qazancının

qədər

olmasını

aydınlaşdırmışdır. Bundan başqa, Yusif Şərbətovun 7 yaşı olduğu üçün dindirilmiş və uşaq
atasının yanında qalmaq istədiyini bildirmişdir. Həmçinin analarının ibtidai təhsili belə
yoxdur. Lakin uşaqlar cavabdehin yanında qalaraq müasir şəraitli məktəbdə təhsil alır və
həmçinin həftədə 3 dəfə repetitor yanına hazırlığa gedirlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh vəkilsiz iştrak etdiyinə

görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə
əsasən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyinə və gəlməmənin səbəbi barədə
məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə
onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 34.Nikah hüququ
İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə

etmək valideynlərin həm hüququ, həm də borcudur.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini

bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək
hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına
çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda
məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə
qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və
nəzərə ala bilər.

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi
56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri
58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını

tərbiyə etməyə borcludurlar.

Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi
60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və

mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll

olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq
icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.

Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və
mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən
hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun
inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

21. “Uşaq hüquqları haqqında” Qanun
Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,
müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və
mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin
vəzifələridir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını

dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya

qərardadının ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi
məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu
düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyinə baxmayaraq, kassasiya şikayətinin məzmunundan görünür ki,
cavabdeh onun iddiasının uşaqlarının öz yanında saxlanmasından narazıdır və
qətnaməni həmin hissədə mübahisələndirir. Ona görə də məhkəmənin aktı uşaqların
ananın yanında saxlanılmasına dair hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

28. Tərəflər arasında yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda

uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan
mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdər
çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

29. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan

Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir.

30. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı

qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq
şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O,
mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda,
məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait
mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

31. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki,

iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan
ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq
edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən
yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-
birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin.

32. Məhkəmə kollegiyası işin həllinə ilk növbədə uşaqların münasibətini

araşdırmaqdan başlamağı zəruri sayır.

33. Çünki qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq

maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları
haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan
dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud
qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq,
uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin
edilməsinə ilk növbədə diqqət yetirilir.

34.

Hər bir

halda

başlanğıc

prinsipin

uşağın

üstün

mənafeyi

olduğu

unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası, “Uşaq hüquqları haqqında”
Bəyannamənin 2-ci maddəsindən, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü
maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə
Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi
Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah
yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi
fərdi hallarla müəyyən edilir».

35. “Uşaq hüquqları haqqında” Konvensiyanın 12-ci maddəsinə görə iştirakçı

dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər
barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın
baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir.

36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində də uşağın öz

fikrini bildirmək hüququ təsbit edilərək göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan
istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati
araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan
hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu
Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı
yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7
yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

37. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın

pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən
hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair
işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28
mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb
etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır.
Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci   və Ailə Məcəlləsinin 52-ci maddələrinin
tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən  məsələnin həlli zamanı uşaq öz
fikrini bildirmək, habelə məhkəmə  istintaqı və inzibati araşdırmaların gedişində
dinlənilmək hüququna malikdir. Uşağın      fikrinin obyektiv qiymətləndirilməsini təmin
etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud
uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə
dinlənilməsi  məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına
çatmış    uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin
7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər

38. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsində uşaqlardan

birinin - 15.05.2013-cü il təvəllüdlü Yusifin fikri öyrənilmişdir.

39. Qanunvericilik uşağın rəyinin 10 yaşına çatdıqdan sonra mütləq nəzərə

alınmasını müəyyən edir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə 10 yaşına
çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda
göstərilən qərarında göstərilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı
uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində
qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul
edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir
valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda
uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün
maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. 

40. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə uşağın maksimal

qaydada müstəqil fikir formalaşdırmaq imkanına malik olub-olmamasını müəyyən etmək
öhdəliyi daşıyır. «Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyanın 12-ci maddəsində
bəhs olunan uşağın fikrini «azad» ifadə etməsi anlayışı, uşağın öz fikirlərini heç bir təzyiq
olmadan ifadə etmək və dinlənilmək hüququnu həyata keçirmək və ya keçirməmək
seçiminin olması, «uşaq manipulyasiyaya və ya əsassız təsir və təzyiqə məruz
qalmamalıdır» deməkdir.

41. Apellyasiya instansiyası məhkəməsi azyaşlı Yusifin atasının yanında qalmaq

barədə fikrini təhlil edərək, onun anaya qarşı motivasiya olunan mühitdə yaşamasını
nəzərə alaraq qeyd etmişdir ki, uşaqların yaşı, uzun müddət ana qayğısından məhrum
olmaları, eləcə də atanın və onun ailə üzvlərinin anaya qarşı mənfi psixoloji və emosional
vəziyyətin uşaqlara mənfi təsiri nəzərə alınmalıdır. Uşaqla ünsiyyət davamedici xarakter
daşıdığı üçün münasibət ananın övladı ilə ünsiyyət qurma bacarığından asılı olaraq
tədricən yaxşılığa doğru dəyişilə bilər.

42. Həmçinin apelyasiya instansiyası məhkəməsi ananın uşaqları incitməsi,

döyməsi, valideynlik vəzifəsini icra etməməsi barədə cavabdehin göstərdiyi dəlillərin,
uşaqların anasından ayrı yaşaması üçün müstəsna halların işin halları ilə təsdiq
olunmadığını müəyyən etmişdir.

43. Kassasiya şikayətinin digər dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik

təşkil edir və apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları və mübahisəyə
tətbiq olunmalı maddi hüquq normaları əsasında təhlil edilərək, hüquqi qiymət verilmişdir.
Məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun
olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır,
onlara qiymət verilmir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalı,

kassasiya şikayəti təmin olunmamalıdır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(106)-

1219/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.