2[102]-5327/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5327/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər:kredit borcunun tutulması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar

Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül
oğlundan ibarət tərkibdə,

X2 oğlunun katibliyi ilə,

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(107)-

942/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02
noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2015-ci il tarixli, 0179/15

nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 3.000
manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2
arasında 04 avqust 2015-ci il tarixli, 0179/15/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 2.157,83 manat
əsas, 1.148,89 manat faiz, 1.319,44 manat cərimə, 323,10 manat kredit müqaviləsinin müddəti
bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 4949,26 manat kredit borcu və 30 manat
dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə
ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini

pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri
lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir.

7. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(037)-102/2021 nömrəli

qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2.157,83
manat əsas borc və 30 manat ödənilmiş rüsum məbləği olmaqla, cəmi 2187,83 manat pulun
tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət
edilmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi

baxımından hesab etmişdir ki, iddiaçı 04 avqust 2015-ci il tarixli, 0179/15 nömrəli kredit müqaviləsi
üzrə 2.157,83 manat əsas, 1.148,89 manat faiz, 1.319,44 manat cərimə, 323,10 manat kredit
müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 4.949,26 manat kredit
borcunu Cavabdeh2 tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 24 ay müddətinə
verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminə qarşı iddianı
borcun ödənilməsinin müddətinin bitdiyi 04 avqust 2017-ci il tarixdən bir il, bəzi hallarda isə iki il
keçənədək yəni, 04 avqust 2019-cu ilədək qaldıra bilərdi. İddiaçı zaminə qarşı qanunla müəyyən
edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 yeni müqavilə bağlanılması üçün iddiaçıya

müraciət etməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı
bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, bankın
Fərmanda qeyd edilən müddəalarını nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun
tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab
edilə bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, sözügedən Fərman Cavabdeh1 münasibətdə milli valyutada

olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış
faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən,
restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya
olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği
həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,

448,449 477-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan faiz, cərimə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına
əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ
hissəsində nəticənin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə
çıxarılmasını xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(107)-

942/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
14.

İddiaçının

vəkili

kassasiya

şikayəti

verərək

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni
qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası

Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli
kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərini nəzərə almayaraq
Cavabdeh1 LPO İddiaçı ASC-yə kredit müqaviləsi üzrə olan borcunun tərkib hissələri olan müddət
sonuna hesablanan 1.148,89 manat faiz borcu, 1.319,44 manat cərimə borcu və 323,10 manat
müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il
tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq)
hesablanmış faiz məbləğini əsassız olaraq silmişdir. Şəki Apellyasiya Məhkəməsi tələbin qismən
təmin edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsini qüvvədə
saxlamaqla iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını
nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit
müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 3000 manat kredit götürmüşdür.
İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə
yetirilməməsi təşkil edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə
məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə
həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti

etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya
müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş

digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun
iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi

(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə
müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun

risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün

məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə
məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Maddə 739. Borc müqaviləsi
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən

əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər
iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni
növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi

şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və
vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar
edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya

instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik

edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv

edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması,

o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin
pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün
əsasdır.

20. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə

tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000

(on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə
vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə
Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki
milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin
etsin;

5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta

mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların
müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada
ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.

Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual

hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddianın

təmin olunmayan hissəsində mübahisələndirildiyinə görə, məhkəmə aktı həmin hissədə
yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya

instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki,

Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli
həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının
prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına
təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da
nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi
qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə
yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və
sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə
azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan
kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər
məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında
fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-
cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. X1 üçün dövlət büdcəsindən ayrılan
maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli
şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi
də nəzərdə tutulduğundan məhkəmələr haqlı olaraq qeyd edilən Fərmanın tələblərini
nəzərə

alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği

həddində təmin edilməsini qanuni və ədalətli hesab etmişlər.

26. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya

instansiyası məhkəməsi tərəfindən iddiaçının mənafeyinin və cavabdeh tərəfindən
hüquqlarının pozulub-pozulmamasının nəzərə alınmadığını qeyd etsə də, iş materialları ilə
bu hallar öz təsdiqini tapmır.

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli

olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə
araşdırma aparılmır, onlara qiymət verilmir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,

apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya
şikayəti təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(107)-

942/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.