2[102]-5328/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5328/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat

Ofisinə qarşı “mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın

qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik

hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya
şikayətinin

məzmununun

prosessual

qanunvericiliyinə

uyğun

olmaması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov

Vüqar Təvəkgül oğlu

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-

854/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən
keçirərək müəyyən etdim,

İşin halları:

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi ilə bağlı

müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi,
qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mərhum ata və anasından miras
qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış
sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930-cu ildə tikilmiş, 4 otaqlı, 0,10 ha
həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı
torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi barədə qətnamə
qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli (hakim T.Həsənov, iş №

2(033)-129/2021) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala
rayon 2 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa
edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə
vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət
edilmişdir.

Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli (hakim T.Həsənov, iş №

2(033)-129/2021) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala
rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa
edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə
vərəsəlik hüququnun müəyyən edilməsi və torpaq sahəsinin vərəsələr arasında bölünərək
payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin “torpaq sahəsinin vərəsələr arasında
bölünərək payın müəyyən edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir.

Apelyasiya instansiyası məhkəməsində birinci icraat

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli (sədrlik

edən və məruzəçi M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-854/2021)
qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon
Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı dəyişdirilmədən
saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli (sədrlik edən İ.Xəlilov, iş

№ 2(102)-3716/2021) qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının
2(107)-854/2021 nömrəli iş üzrə üzrə 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı
tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və işin
kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya
Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli (sədrlik

edən və məruzəçi M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-854/2021)
qərardadı ilə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci
il tarixli, 2(107)-854/2021 saylı qərardadından verdiyi kassasiya şikayəti geri
qaytarılmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-854/2021 nömrəli qərardadını ləğv edib, işə
mahiyyəti üzrə baxılması üçün geri Zaqatala Rayon Məhkəməsinə qaytarılması barədə
qərar qəbul edilməsini xahiş etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

402-ci

maddəsinə

əsasən

apelyasiya

məhkəmələrinin

mülki

və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki
və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab
edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi
barədə qərardadlarından kasasiya şikayəti verilə bilər.

407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi,

maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət
olması göstərilməlidir.

407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi

göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən
kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud
düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti
qaytarılır.

408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci

maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası
məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda
kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində
nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə
ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı
olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin

bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci
maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kasasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının

kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində
müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.

Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı işin hallarını, iş üzrə qəbul

edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin
qərardadının qanunsuz və əsassız olduğunu göstərmişdir.

Kassasiya şikayətində tələb 01.07.2021-ci il tarixli qərardadın ləğv olunması ilə bağlı

olsa da, faktiki olaraq yalnız 05.04.2021-ci tarixli qərardada aid hallar formal olaraq
sadalanmışdır.

Şikayət verilən qərardadla bağlı isə kassator qeyd olunan hüquq normalarının

pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını
göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin
tələblərini pozmuşdur.

Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş

materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə
göndərmişdir.

Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq

normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata
qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə
apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-

854/2021 nömrəli qərardadından İddiaçı kassasiya şikayəti icraata qəbul edilməsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.