2[102]-5334/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5334/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Bahadur qızının

Cavabdeh qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: borc pul tələbi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X8 oğlunun katibliyi, İddiaçı Bahadur qızının iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)-

658/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. 2005-ci ildə iddiaçının cavabdehə verdiyi borcun qaytarılması ilə əlaqədar tərəflər

arasında mübahisə yaranmışdır. Cavabdeh 20.07.2016-cı il tarixdə Bakı şəhər
prokurorluğuna müraciət edərək, İddiaçı ona verdiyi borc pulu faiz əlavəsi ilə geri almasına
baxmayaraq əlavə pul almaq məqsədi ilə onu ölümlə hədələdiyini bildirmişdir. Həmçinin
İddiaçı 23.07.2016-cı il tarixdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə ərizə yazaraq,
Cavabdeh onun 1100 manat və 4000 ABŞ dolları məbləğdə pulunu ələ keçirərək,
dələduzluq etdiyini bildirmişdir. Onların ərizələri əsasında cinayət işi başlanmış,
araşdırmanın nəticəsi olaraq Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət işi
üzrə icraata xitam verilməsi haqqında 26.12.2018-ci il tarixli qərar çıxarılmışdır. Həmin
araşdırma zamanı Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı Bahadur qızından
2013-cü ilin avqust ayından başlayaraq 2014-cü ilin yanvar ayına qədər olan müddət
ərzində 1.500 manat, sonradan 5.100 manat, İddiaçı bacısı Mehribandan 6.900 manat
olmaqla, ümumilikdə 13500 manat, daha sonra isə 2015-ci ilin oktyabr ayında isə İddiaçı
əlavə olaraq ayrılıqda 3.000 manat məbləğində pul borc götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bahadur qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə

müraciət edərək, cavabdehdən 1100 manat və 4000 ABŞ dolları məbləğində borcun alınıb
ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Cavabdeh əvvəlcə 2500

manat, daha sonra isə 4000 ABŞ dolları məbləğində borc vermişdir. 2500 manatdan 1400
manatını Cavabdeh ona qaytarmış, lakin 1100 manatı və 4.000 ABŞ dollarını bu günədək
ondan ala bilməmişdir. Cavabdeh ona qarşı dələduzluq cinayəti törətməsi barədə şikayəti
əsasında Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1
maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və 26.12.2018-ci il tarixli qərarla həmin
cinayət işi üzrə icraata xitam verilmiş, ona borc tələbi ilə məhkəməyə müraciət etməsi təklif
edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh ifadəsində müxtəlif vaxtlarda ondan
hər ay 7 faiz əlavə pul ödəməklə borc pul götürdüyünü və 2015-ci ilin noyabr ayında ona
1100 manat məbləğində borcu qaldığını bildirmişdir. 2015-ci ilin oktyabr ayında yenidən
ona müraciət edərək 5000 manat pulu faizlə borc kimi verməsini xahiş etmişdir. O da,
5000 manat pulunun olmadığını bildirərək, yalnız 3000 manat məbləğində pulu hər ay 20
faiz əlavə ödəniş etməklə borca verməyi təklif etmiş, əlacsız qalaraq, bu şərtlərlə
razılaşmış və 3000 manat pulu hər ay 20 faiz əlavə ödəniş etmək şərti ilə borca
götürmüşdür. Borc məbləğini və faiz pullarını ödəyə bilmədiyi üçün münasibətləri
kəskinləşmiş, məcbur qalaraq, bacısı oğlu Rafael İsmayılova ona köməklik göstərməsi
barədə xahiş etmişdir. 2016-cı ilin iyun ayında R.İsmayılov özünə məxsus avtomaşını
sataraq, Cavabdeh 5100 manat məbləğində pul vermiş, o da bu pulu iddiaçıya ödəməklə,
ona daha borcu qalmadığını bildirmişdir. Cavabdeh istintaq orqanına vermiş olduğu
ifadələrində ona borcu olmadığını bildirsə də, yanlışlığa yol vermişdir. Hal-hazırda da ona
1100 manat və 4000 ABŞ dolları məbləğində borcu qalmaqdadır.

4. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək

izahatında göstərmişdir ki, həqiqətən də müxtəlif vaxtlarda iddiaçıdan faizlə borc pul

götürmüş, lakin həmin borc məbləğləri tamamilə ödənilmişdir və iddiaçıya hazırda heç bir
borcu yoxdur.

5. Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2019 saylı

qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh 1100 manat və 4000
ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə)
məbləğində pul vəsaitinin alınıb İddiaçı Bahadur qızına verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc

müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Mübahisə həll edilərkən tərəflərin
izahatlarındakı məlumatlar əsas götürülməlidir. Belə ki, işdə yazılı sübut, maddi sübut və
ya digər sübutlar yoxdur. ********** nömrəli cinayət işinin istintaqı zamanı ifadə vermiş
şahidlərin ifadələrindəki məlumatlar isə mötəbər hesab edilməmişdir, çünki şahidlər pulun
verilib-qaytarılmasını şəxsən görməmişlər, habelə onların mübahisə edən tərəflərlə
münasibətləri var, ona görə də mübahisənin münsibətdə olduqları tərəfin xeyrinə həll
edilməsində maraqlıdırlar.

7. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə

vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış 2500 manat və 4000 ABŞ
dolları pulun və ya onun bir hissəsini qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə
düşür. İddiaçı ona 1400 manatın qaytarıldığını yazılı formada etiraf etdiyinə görə cavabdeh
həmin məbləğdə pulu qaytardığını sübut etmək vəzifəsindən azaddır, işin bu halı sübut
olunmuş sayılır. Lakin cavabdeh qalan 1100 manatı və 4000 ABŞ dollarını qaytardığını
sübut edə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,

390.1, 425.1, 442, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, Xətai Rayon

Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2019 saylı qətnaməsinin ləğv
edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli,

2(103)-1700/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi),
E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən
təmin edilərək, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2020
saylı saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin
edilməsi, Cavabdeh 3635 manat məbləğində pulun tutularaq, İddiaçı Bahadur qızına
ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, polis idarəsində verdiyi

ifadədə Səmədova X3 Aygün Bahadur qızından 2013-cü ilin avqust ayından başlayaraq
2014-cü ilin yanvar ayına qədər olan müddət ərzində 1.500 manat, sonradan 5.100 manat,
İddiaçı bacısı Mehribandan 6.900 manat olmaqla, ümumilikdə 13500 manat, daha sonra
isə 2015-ci ilin oktyabr ayında İddiaçı əlavə olaraq ayrılıqda 3.000 manat məbləğində pul
borc götürdüyünü etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Cavabdeh
tərəfindən tərtib olunaraq imzalanmış qəbzdən görünür ki, o, aldığı 12000 manatı 23 fevral
2015-ci il tarixdə İddiaçı bacısı Mehriban Rzayevaya qaytarmış, sonuncu da həmin pulu
təhvil aldığını öz imzası ilə təsdiq etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, məhkəmə

iclasında da İddiaçı Bahadur qızı Cavabdeh verdiyi borc pulların məhz bacısı Mehriban
Rzayeva ilə ona birgə məxsus olduğunu bildirdi və həmin qəbzin həqiqiliyini
mübahisələndirmədi. Göründüyü kimi Cavabdeh İddiaçı və onun bacısı Mehriban
Rzayevadan ümumilikdə aldığı 13500 manat borcdan 12000 manatını geri qaytarmış və
qalıq borc 1500 manat təşkil etmişdir. Lakin iddiaçı həmin borcdan cəmi 1100 manat
borcun tutulması tələbini irəli sürmüşdür.

13. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iş materiallarında olan

qəbzlərlə cavabdehin iddiaçıya 13.07.2015-ci il tarixdə 265 manat, 05.08.2015-ci il tarixdə
isə 200 manat olmaqla, ümumilikdə 465 manat pul ödədiyini müəyyən etmiş və həmin

məbləğlər də nəzərə alınmaqla cavabdehin iddiaçıya cəmi 635 manat borcu (1100 – 465 =
635) qaldığı barədə nəticəyə gəlmişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi
cavabdeh bu borclardan əlavə olaraq 2015-ci ilin oktyabr ayında iddiaçıdan ayrılıqda cəmi
3000 manat pulu borca aldığını etiraf etmiş, lakin həmin borcun geri qaytarılmasına dair
hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş
etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci

il tarixli, 2(102)-4004/2020 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və
məruzəçi), Ə.Əliyev və M.T.Əhmədov) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-1700/2020
saylı qətnaməsi ləğv edilmiş, yenidən baxılması üşün apellyasiya instansiyasına
göndərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası

məhkəməsinin əsaslanmasından belə qənaət hasil olur ki, məhkəmə iddiaçının və onun
bacısı Mehriban Rzayevanın cavabdehə vermis olduğu ümumi məbləği və cavabdehin
qaytarmış olduğu pulların cəmini verilən məbləğdən (iki bacıya verilən) çıxmaqla son
məbləği müəyyən edərək qalan məbləği iddiaçının xeyrinə tutmuşdur.

17. Amma, təqdim edilmiş digər məhkəmə qətnaməsinin mövcudluğu məhkəmənin 

qənaəti ilə ziddiyyət təşkil edir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin
28.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, X4 hazırkı iş üzrə Cavabdeh qarşı
ayrıca pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 1500 manat pulun tutulmasını
xahiş etmiş və məhkəmənin həmin qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələb olunan
1500 manat pul məbləği hazırkı iş üzrə iddiaçının qeyd etdiyi vaxtda və şəraitdə verilən,
məhkəmənin yuxarıda qeyd olunan əsaslanmasına aid olan pul məbləğlərinə daxildir.
Deməli belə qənaət hasil olur ki, əslində digər bacı öz mənafeyini heç kimə həvalə
etməmiş və cavabdehin ona borclu olduğu pulu özü ayrıca iddia verməklə tələb edir.
Həmin qətnamənin mövcudluğu hazırkı işlə bağlı məhkəmənin gəldiyi qənaətlə ziddiyyət
təşkil edir. Çünki məhkəmə hazırkı işdə iki bacıya verilmiş pullardan qalan məbləği
hesablayaraq iddiaçının xeyrinə tutmuşdu. 

18. Cavabdeh tərəf sonrakı qətnamə ilə tələb olunan 1500 manat pulun hazırkı işdə

tələb olunan 1100 manat olduğunu israr edir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi yekun
nəticə bu halı istisna etmir, əksinə onu ehtiva edir ki, digər bacıya qalıq qalmış borc
məbləği də bu işdə həll edilmişdir. Qətnamədə bununla bağlı açıqca qeyd edilir ki,
“Cavabdeh İddiaçı və onun bacısı Mehriban Rzayevadan ümumilikdə aldığı 13500 manat
borcdan 12000 manatını geri qaytarmış və qalıq borc 1500 manat təşkil etmişdir. Lakin
iddiaçı həmin borcdan cəmi 1100 manat borcun tutulması tələbini irəli sürmüşdür. Eyni
zamanda iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya 13.07.2015-ci
il tarixdə 265 manat, 05.08.2015-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə 465
manat pul ödəmişdir.”

19. Nə qədər ki, digər bacı (Mehriban Rzayeva) ona aid olan borcu ayrılıqda tələb

edirdi, hazırkı işdə iki bacının cavabdehə vermiş olduğu və qaytarılan məbləğləri
ümumiləşdirərək yekun qərar qəbul edilməsi əsaslı olmamışdır. Artıq kassasiya şikayətinə
baxılarkən cavabdeh tərəf digər iş üzrə qətnamənin apellyasiya icraatında da
dəyişdirilmədən saxlanmasını təsdiq etmişlər.

20. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,

iddiaçının tələb etdiyi 4000 ABŞ dolları pulun verilməsi təsdiq olunmur. Lakin məhkəmə
həmin məbləğin əvəzi olaraq iddiaçının cavabdehə 3000 manat verməsi barədə
cavabdehin etirafını əsas tutaraq, iddianı həmin məbləğdə təmin etmişdir.

21. Ona görə işə yenidən baxılarkən qeyd olunan ziddiyyətli hallar aradan

qaldırılmalı, iddiaçının cavabdehə vermiş olduğu borcla bağlı təqdim edilmiş sübutlar

ayrıca tədqiq edilməli, iddiaçının 4000 ABŞ dolları pulun qaytarılması ilə bağlı tələbi
aydınlaşdırılmalı, iddiaçının hansı əsasla məhz 4000 ABŞ dolları tələb etməsi, bu halı
təsdiq etmək üçün hansı sübutlar təqdim etməsi, onların mötəbərliliyi müəyyən edilməli,
3000 manat pulun həmin 4000 ABŞ dollarına aidiyyəti olub-olmaması dəqiqləşdirilməli və
bunun nəticəsindən asılı olaraq tərəflərin sübutetmə vəzifəsinin öhdəsindən nə dərəcədə
gəlmələri rəhbər tutulmaqla mübahisəyə hüquqi qiymət verilməlidir.

d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli,

2(103)-658/2021 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi),
E.Nağıyeva və X.Sarıyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin
edilməmiş, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2020
saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya 1.100

manat və 4.000 ABŞ dolları məbləğində borcunun olduğu sübut olunur. Belə ki, Yasamal
RPİ İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş 26.12.2018-ci il tarixli qərardan görünür ki,
cavabdeh şahid kimi dindirilərkən iddiaçıya 1.100 manat borcunun olduğunu yazılı şəkildə
etiraf edib (iş v. 18). Bundan başqa, həmin qərarda şahid X1 ifadəsi əks olunub, o, bildirib
ki, 2005-ci ildə cavabdehin iddiaçıdan 4.000 ABŞ dolları məbləğində borc pul adlığının
şahidi olub (iş v. 17). X2 apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş və iddiaçının
cavabdehə 4.000 ABŞ dolları pul verdiyinini şahidi olduğunu təsdiq etmişdir. Borc alınmış
pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh
1.100 manat və 4.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarıldığını sübut edə
bilmir.

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini
xahiş etmişdir.

Kassasiya

şikayətlərinin

ona

etirazın

dəlilləri,

məhkəmə

icraatı

iştirakçılarının izahatları

a) Kassasiya şikayətlərinin dəlilləri
25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya

instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq
edilməmişdir. Belə ki, o, 3000 manat pulu borc şəklində götürdüyünü, aralarında 4000
ABŞ dollarla bağlı hər hansı bir münasibət olmadığını və götürülmüş manat borcunun
qaytarıldığını bildirmişdir. Bundan əlavə, tərəflər arasında telefon danışığının səs
yazısında iddiaçı cavabdehin ona borcu olmadığını etiraf edir, həmin danışıqlarda hər
hansı bir dollar məbləğindən söhbət getmir. Məhkəmə iddiaçının və onun bacısının
aldıqları puldan qalıq qalmış pulu ondan tutsa da, nəzərə almamışdır

b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı Bahadur qızı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə onun izahatı

dinlənilməmişdir.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə və gəlməmənin səbəbi barədə
məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə
onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri
29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən

hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və
i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını
tələb etmək hüququ vardır.

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə

tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ
gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 389. Müqavilə anlayışı
389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı

haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Maddə 406. Müqavilənin forması
406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada

bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin
edilməsin

Maddə 739. Borc müqaviləsi
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz

edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə
götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə
və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə

lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri
barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək
göstərir.

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

Maddə 80. Sübutların aid edilməsi
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır

ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 81. Sübutların mümkünlüyü
Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə

təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını

tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası
məhkəməsinə göndərə bilər.

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının

ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Buna görə də kassasiya
şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilərək, iddia tələbi qismən təmin edilməlidir.

36. Məhkəmə kollegiyası bildirir ki, «Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin
Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair»
Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli
qərarında deyilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi,
gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə
ifadə olunur.

37. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun

predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses
məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata
keçirilir.

38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi,

apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı
halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin
apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

39. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin

dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü
tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin
qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar”
qaydasına çevrilir».

40. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, dispozitivlik və çəkişmə

prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və
həddini müəyyən edir.

41. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq

tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır

və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən
verilən şikayətlərdə mübahisələndirilir.

42. Baxılan işdə apellyasiyanın hədləri ilə bağlı bir qədər fərqli vəziyyət mövcud idi.

Belə ki, apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(103)-
1700/2020 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti əsasında birinci instansiya
məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin
edilmiş, Cavabdeh 3635 manat məbləğində pulun tutulması qət edilmiş, qalan hissədə
iddia təmin edilməmişdir.

43. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməmişdir. Kassasiya

instansiyası məhkəməsi də cavabdehin dəlilləri həddində yoxlama apararaq apelyasiya
instansiyası məhkəməsinin qətnaməsini ləğv etmişdir. İşin bu halı o nəticəyə gəlməyə
əsas verir ki, iddiaçı tələbinin 3635 manat məbləğdə təmin olunmasını qəbul etmişdir və
bu halda icraatın sonrakı mərhələsində iddiaçının tələbi 3635 manat məbləğdən çox təşkil
etməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçı
qarşısında borc öhdəliyi olduğunu düzgün müəyyən edib, maddi hüquq normasının
düzgün tətbiq etmiş olsa da, iddianı tam təmin etməkdə haqlı olmamışdır.

44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktik halları yeni qərar

çıxarılmasına imkan verir.

45.

Məhkəmə

kollegiyası

yuxarıda

göstərilənlərə

əsasən

Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu madələrini rəhbər tutaraq

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-658/2021 nömrəli iş üzrə 12

mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin.

Cavabdeh 3635 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bahadur qızına

ödənilsin.

Qalan hissədə iddia təmin edilməsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.