2[102]-5350/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5350/2022

16.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

(kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Əliyev Zaur

Əli oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət
tərkibdə,

Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2286/2021 nömrəli,

26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətini
nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçı X (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin 2(104)-2286/2021 nömrəli,

26 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, işə kassasiya

qaydasında baxmaq üçün prosessual əsaslar olmadığı üçün kassasiya şikayəti qeyri-
mümkün hesab edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.1-ci və 135.2-

ci maddələrinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş
hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt
göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan,
forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə,
ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış
şəxslər tərəfindən şəxsən verilir.

Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü,

135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi
qaydada verilmiş hesab edilir.

MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin

qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində kassasiya şikayəti verilə bilər.

İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-

ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixli məktubla Ayişə Abdıyevanın işdə olan rəsmi
ünvanına – Göygöl rayonu Mollacəlilli kəndinə göndərilmişdir. SS750598943AZ kodlu poçt
göndərişinin verilməsi haqqında xəbərnamədən (səh.255) görünür ki, qətnamə 01 oktyabr
2021-ci il tarixdə həmin ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Hazırkı
kassasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur.

İşdən o da görünür ki, iddiaçı, 17 may 2022-ci il tarixində ərizə təqdim edərək bir

ildən çoxdur ki, Göygöl rayonu, Mollacəlilli kəndində yaşamadığını bildirmiş və apellyasiya
instansiya məhkəməsinin 21 iyul 2021-ci il tarixli qətnaməsinin ünvan 2 ünvanına

göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin surətini
təkrarən ərizədə qeyd olunmuş ünvana göndərmişdir. Kassator bildirir ki, qətnaməni 08
iyun 2022-ci ildə almışdır.

MPM-nin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və

nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə
məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum
olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da,
məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

Buna baxmayaraq apellyasiya məhkəməsi yuxarıda qeyd olunan prosessual hüquq

normaları baxımından kassator tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən
edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət vermədən şikayəti
kassasiya məhkəməsinə göndərmişdir.

Halbuki, MPM-nin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa

olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən
şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət

ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin
olunmamışsa kassasiya şikayəti qaytarılır.

Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-

408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya
instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya

şikayəti qeyri-mümkün hesab edilməli, yuxarıda göstərilən halların araşdırılmaqla şikayətin
mümkünlüyünün yenidən müzakirə edilməsi və nəticəsindən asılı olaraq müvafiq qərarın
qəbul olunması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Göstərilənlərə əsasən, MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2286/2021 nömrəli, 26

iyul 2021-ci il tarixli qətnaməsindən X verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab
edilsin və iş həmin məhkəməyə qaytarılsın.