2[102]-5365/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5365/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı İddiaçı

cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa )

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X4 oğlunun katibliyi, İddiaçı onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1,

iddiaçının vəkili Vəkil və cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-nin vəkili
Nümayəndə3 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-

910/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02
noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. İddiaçı Gilan FMCG Trade and Distribution” MMC arasında bağlanmış 02.10.2018-

ci il tarixli əmək müqaviləsinə əsasən logistika Departamentində Anbar şöbəsində fəhlə
peşəsinə təyin edilmiş, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Həmin müqaviləyə
işəgötürənin 16.01.2020-ci il tarixli 10 K/Ş saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci
maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-yə qarşı iddia ərizəsi

ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla olan əmək
müqaviləsinin ləğv edilməsinə dair 16.01.2020-ci il tarixli 10 K/Ş saylı əmrin ləğv edilməsi,
məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər hər
ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət MMC-nin nəzdində fəaliyyət

göstərən Logistika Departamentinin Anbar Şöbəsində fəhlə olaraq işləmiş, 06.01.2020-ci il
tarixindən başlayaraq ona və digər işçilərə Anbar Şöbəsinin müdiri Əbülfəz müəllim
tərəfindən bildirilmişdir ki, əmək müqaviləsinin yenilənməsi ilə əlaqədar olaraq, Baş ofisə
gedib müvafiq sənədləri imzalamalıdırlar. O da digər işçilər kimi 15.01.2020-ci il tarixində
Baş ofisə gedərək sənədləri imzalamışdır. 16.01.2020-ci il tarixində işə gəldikdə isə ona iş
yerindən bildirmişlər ki, işdən azad edilib. Elə həmin gün yenidən Baş ofisə gedərək nəyə
əsasən işdən azad olunmasının səbəbini soruşduqda, X1 əmək kitabçası təqdim edilərək
bildirilmişdir ki, hal-hazırda müvəqqəti olaraq işdən azad edilib, lakin onu 01.02.2020-ci il
tarixindən etibarən yenidən işə çağıracaqlar. Lakin yenidən işə çağrılmamışdır. Digər
tərəfdən, onun tərəfindən işəgötürənə ümumiyyətlə işdən azad edilməsi barədə ərizə
təqdim edilmədiyi halda, Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə işdən azad
edilmişdir. Halbuki, onun tərəfindən öz xahişinə əsasən işdən azad edilməsi barədə
işəgötürənə ərizə təqdim edilməmişdir. Eyni zamanda işdən azad edilən zaman işəgötürən
qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqını
birdəfəlik qaydada ödənilməli olduğu halda, işəgötürən bu qaydaya da əməl etməmişdir.
Bundan əlavə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı bir ay əvvəl işçini rəsmi
xəbərdar etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə
işçiyə onun razılığı ilə aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək
müqaviləsinə xitam verə bilər. Həmçinin xəbərdarlıq müddəti ərzində hər iş həftəsində
əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü
əmək funksiyalarının icrasından azad edilməli idi.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1926/2020 saylı, 16.09.2020-

ci il tarixli qətnaməsi ilə (sədrlik edən O.Məmmədli ) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan

iddiaçı tərəfindən verilmiş işdən azad olma barədə ərizədən görünür ki, o, 16.01.2020-ci il
tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və nəticədə Əmək Məcəlləsinin
68.2-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin
hərəkətlərində heç bir qanunsuzluq yoxdur. Mübahisələndirilən 07.01.2020-ci il tarixli ərizə

iddiaçının özü tərəfindən imzalandığından, iddiaçının işdən azad olunması barədə əmr
verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü

maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv

edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş
etmişdir. Apellyasiya icraatında iddiaçının nümayəndəsi onun işdən azad edilməsi barədə
onun adından yazıldığı iddia olunan ərizədə yazıların və imzanın kim tərəfindən icra
edildiyinin müəyyən olunması üçün ekspertiza keçirilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyanın 30.11.2020-ci il tarixli 2(103)-

8588/2020 saylı qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş,
Məhkəmə Ekspertiza Mərkəzinin 12.02.2021-ci il tarixli 4/1148 nömrəli ekspert rəyi ilə
müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş "xxxx" müəssisəsinin adına İddiaçı
adından yazılmış olan 07.01.2020-ci il tarixli, tutduğu vəzifədən azad olunması haqqında
ərizədə “İmza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ərizənin yuxarı sağ
tərəfindəki “Logistika, Anbar, Fəhlə İddiaçı”, “İmza” qrafasındakı “Bədəlov.H” yazıları,
“Ərizə” yazısından aşağıda yerləşən “16.01”, “Tarix:” qrafasındakı “07.01.2020” rəqəmlər –
İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

9. Bakı

Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli,

2(103)-910/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi),
Q.Əsgərov və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri
Yasamal Rayon Məhkəməsinin 2(004)-1926/2020 saylı, 16.09.2020-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi, hesab etmişdir ki, mübahisələndirilən

07.01.2020-ci il tarixli ərizə iddiaçının özü tərəfindən imzalanmış və iddiaçının işdən azad
olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya kassasiya verərək, qətnaməsinin

ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiaya instansiyasına qaytarılması
barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razıdır, çünki

ərizələr şirkət tərəfindən əvvəlcədən tərtib edilmişdir. Lakin o, boş blanka imza etmişdir.
Məhkəmə iş üzrə şahidləri dəvət edib dindirməmişdir. İşdə iddiaçının işdən azad edilməsi
barədə əvvəllər yazdığı ərizə də olmuşdur və bu hala qiymət verilməmişdir. Həmçinin
iddiası işdən azad edilməsi barədə ərizə yazmış olsa belə, işəgötürən bir aylıq xəbərdarlıq
müddətini gözləməli idi. Çünki Əmək Məcəlləsinin 69-cu maddəsinə görə işçi yaşa, əlilliyə
görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil
müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək
müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə
tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin
baxılan işdə bu cür hal olmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil

kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-nin

vəkili Nümayəndə3 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin
edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:
c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada

pozmaq;

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada

xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü.

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək

müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son

haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin
tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün

müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa
işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək
müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti

bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə
işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki,
işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada
yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş
qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və
ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə,

xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin
ləğv edilməsinə yol verilmir.

Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-

ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin

qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək
müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının

və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək
pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar 

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi

əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən

əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci

maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı
maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu
maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə
xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik
hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin
vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq
olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə
qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən
ödənilməsini də nəzərdə tuta bilər. 

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik

edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi
məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu
düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin

dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və iş üzrə
apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

24. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə iddiaçı ilə

cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə iddiaçının
ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən
xitam verilmişdir.

25. İddiaçının işdən çıxması barədə ərizəsinin onun tərəfindən imza edilmədiyi

barədə dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza yolu ilə araşdırılmış
və müəyyən edilmişdir ki, həmin ərizəyə iddiaçı özü imza etmişdir. Apellyasiya
instansiyasının mövqeyinə görə, işin bu halı, işçi ilə əmək müqaviləsinə xitam verilməsi
üçün əsas olmuşdur.

26. İşçi yalnız yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək

üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa
işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək
müqaviləsinin ləğvinin mümkünlüyü barədə kassatorun dəlili əsassızdır.

27. Çünki işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsinin qaydaları

Əmək Məcəlləsinin 69-cu maddəsində müəyyən edilmişdir. Həmin normada imperativ
şəkildə müəyyən olunmuş qaydalar ondan ibarətdir ki: işçi bir təqvim ayı qabaqcadan
işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir; ərizə verildiyi gündən bir təqvim ayı
bitdikdən sonra işçi işə çıxmadığı və və son haqq-hesabının aparılmasını tələb etdiyi halda
işəgötürən işçinin tələblərini yerinə yetirməlidir; əmək müqaviləsini ləğv etmək barədə
ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürdüyü və ya onu
etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verdiyi halda əmək müqaviləsinin
ləğvinin mümkünsüzlüyü (bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin
götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun); əmək
müqaviləsinin bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən
sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə
edilən müraciətin hüquqi qüvvəsinin olmaması; işəgötürən tərəfindən zor işlədilərək, hədə-
qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini
ləğv etməyə onu məcbur etməyin qadağan edilməsi.

28. Baxılan işdə iddiaçıya münasibətdə bu imperativ qaydaların pozulması müəyyən

olunmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iş üzrə

kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə
uyğundur.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları

da Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna
görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq
normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

31. Kassatorun digər dəlilləri

işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması
barədə dəlillərdir və

MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillərin araşdırılmasına yol

verilmir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-

910/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.