2[102]-5366/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5366/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

QƏRARDAD

işin icraata qəbulundan imtina edilməsi barədə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şəfiyev

İspəndiyar Əsəd oğlu,

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2145/2021 nömrəli iş

üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayətini nəzərdən keçirərək

MÜƏYYƏN ETDİM:

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2145/2021 nömrəli iş

üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti
verilmişdir.

Kassasiya şikayəti işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə

üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə
olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. Şikayətdə
maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq
edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir.

Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra

– MPM) əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin
gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmir (407.2). Kassasiya şikayətində maddi və prosessual hüquq
normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması
göstərilməmişsə kassasiya şikayəti qaytarılır (408.1.5). Bu Məcəllənin 408.1.1. və 408.1.3-
408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya
instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2).

Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən

etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

Ona görə də cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina

edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün
apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Qeyd olunanlara əsasən və MPM-nin 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2145/2021 nömrəli iş

üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya

şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri
qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Ali Məhkəmənin hakimi

İspəndiyar Şəfiyev