2[102]-5372/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5372/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: maddi və mənəvi zərər)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X2 oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)-

3992/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. Cavabdeh2 idarə etdiyi “Kamaz 61115” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli

nəqliyyat vasitəsi ilə Siyəzən rayonu ərazisində hərəkətdə olarkən, lazmi qaydada ara
məsafəsi saxlamadığına görə qarşısında hərəkətdə olan, Cavabdeh1 məxsus olan “X3
Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini arxadan vurmuş,
sonuncu da lazımi qədər ara məsafəsi saxlamadığından ondan qabaqda olan, İddiaçı
məxsus olan, həmin vaxtı onun oğlunun idarə etdiy “Nissan Sunny” markalı, **-DA-***
dövlət qeydiyyat nömrəli avtomobili vurmuşdur.

2. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 900,30 manat sığorta haqqı

ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi

ziyana görə 8870 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş 30 manat
məbləğində dövlət rüsumunun, cəmi 9310 manat pulun cavabdehlərdən müştərək
qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində avtomobilinə

əhəmiyyətli dərəcədə ziyan dəymiş, demək olar ki, avtomobil bütün hissələrdən, xüsusilə
də arxa hissədən yararsız hala düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehə müraciət
edərək vurulmuş ziyanın ödənilməsini, avtomobilin əvvəlki saz vəziyyətinin bərpa
edilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalıb
avtomobili özü təmir etdirmişdir. “Nurgün Motors” şirkətinin servis mərkəzinin qüsur aktına
əsasən avtomobilini əvvəlki vəziyyətə gətirmək üçün ümumilikdə 9771,30 manat
məbləğində real xərc tələb olunur.

5. Cavabdehlər

iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş

etmişlər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(011)-754/2020

saylı qərardadı ilə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə
Ekspertiza Mərkəzinin 12 oktyabr 2020-cil 9/1683 saylı rəyinə əsasən, hesablama yolu ilə
“Nurgün Motors” şirkəti tərəfindən təqdim edilmiş 26.10.2017-ci il tarixli qüsur aktındakı
məlumatlara görə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Nissan
Sunny” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, ehtiyat
hissələrinin köhnəlmə faizi tətbiq edilməklə, təxmnən 7708 manat müəyyən edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)-

754/2020 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, vurulmuş
maddi ziyana görə 6807,70 manat məbləğində pulun və 30 manat məbləğində dövlət
rüsumunun, cəmi 6837,70 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı
ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının
dəyəri olaraq hesablanmış 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq dövlət
büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan

üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert
rəyini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də,

məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Belə olan halda dəymiş zərərin
məbləğini təşkil edən 7708 manatdan iddiaçıya "xxxx" SŞ ASC tərəfindən ödənilmiş
900,30 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 6807,70 manat məbləğində (7708
manat - 900,30 manat =6 807,70 manat) maddi zərər Cavabdeh2 tutularaq iddiaçıya
ödənilməlidir.

9. Məhkəmə həmçinin hedab etmişdir

ki, iddia tələbi mənəvi zərərin tutulması

hissəsində əsassızdır. İddiaçı mənəvi zərəri hadisə zamanı stress, əsəb, gərginlik, mənəvi
sarsıntı, avtomobilsiz qalması, polis orqanlarına düşməsi ilə əsaslandırsa da, qeyd etdiyi
hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki

Məcəlləsinin

1096.1,1096.2, 1097.1, 1108.2, 23 və

MPM-nin 77.1-ci maddələrinə istinadla

əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv,

iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli,

2(103)-3992/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi),
Z.A.Şirinov və R.Ə.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən hissədə

apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096,
1097, 1108, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın 41, Mülki Prosesual
Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385,
386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta
yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya
məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə
ki, şikayətdə qeyd edilən avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin fərqli qiymətlərinə
dair sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi
ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh3 aid edilməlidır

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh

Cavabdeh2

oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya

Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin
yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə
qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert 2006-cı il buraxılışlı

“Nissan Sunny" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərəri dəqiq
yox, nəzəri hesablama yolu ilə hesablamış, hesablama zamanı “Nurgün Motors” şirkəti
tərəfindən təqdim edilmiş 26.10.2017-ci il tarixli qüsur aktındakı məlumatlara
əsaslanmışdır. “Nurgün Motors" şirkəti özəl şirkətdir və onun verdiyi rəy mötəbər sübut
kimi qəbul edilə bilməz. Ekspert isə məhz həmin rəydəki məlumatlara əsasən rəy
vermişdir. 2006-cı il buraxılışlı “Nissan Sunny” markalı avtomobilin real bazar qiyməti
6500-7000 manat təşkil edir. Belə olan halda həmin maşına 7708 manat məbləğində ziyan
dəyməsi real deyildir. Hazırkı vəziyyətdə dəymiş ziyan dəqiq müəyyən olunmadığından
iddia tələbi ilə razılaşmır. İş üzrə təkrar ekspertiza keçirilməli və dəymiş zərər dəqiq
müəyyən olunmalıdır. Həmçinin təkrar ekspertiza keçirilən zaman avtomobil ekspertiza
mərkəzinə təqdim olunmalıdır. Avtomobilə təxminən 800-900 manat zərər dəyib. Sığorta
isə ona 900 manat məbləğində dəymiş ziyanı ödəyib.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili

Vəkil2 kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və
gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-
nin 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona

vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya
müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək

üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının
zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə
şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi

zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü
şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması
nəzərə alınmalıdır.

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı
1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa

şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa
zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları
1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya

əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş
zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini
ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya

instansiyası məhkəməsinin qətnamə və ya qərardadını

dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və

prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud

qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya

instansiyası məhkəməsinin aktı

cavabdehlərdən Cavabdeh2 tərəfindən mübahisələndirildiyinə görə, məhkəmə aktı həmin
hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya

instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin müəyyən olunan hallarından göründüyü kimi, iddiaçıya məxsus avtomobilə

zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 tərəfindən yol
hərəkəti qaydalarının pozulması (ara məsafəsini saxlamaması), törədilən xətada
Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir.

26. Kassasiya kollegiyası qeyd edir ki, iddia tələbinin cavabdehlər Cavabdeh1 və

Cavabdeh3 aid hissəsi ilə bağlı 15.10.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat
hadisəsində təqsirli olmaları iş materialları ilə müəyyən olunmur.

27. Belə ki, sığortalanmış avtomobil Cavabdeh2 etibarnamə ilə istifadəsində və

sahibliyində olduğundan və onun tərəfindən idarə edildiyindən, həmçinin yol-nəqliyyat
hadisəsinin baş verməsində Şahid Avvasovun təqsirli olması müəyyən edildiyindən,
yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, Şahid Avvasov özü birbaşa məsuliyyət
daşıyır.

28. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki

Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun araşdıraraq qiymət vermiş,
prosessual normanın pozuntusuna yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassatorun maddi zərərin düzgün müəyyən edilməməsi

barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktik hallarının müəyyən edilməsi ilə
əlaqəlidir və kassasiya icraatında qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına
uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi
şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh2 Tehram oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)-

3992/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.