2[102]-5373/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5373/2022

19.09.2022

ALİ MƏHKƏMƏ

Q Ə R A R D A D

Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev

Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil
oğlundan ibarət tərkibdə,

Qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən

keçirərək,

M Ü Ə Y Y Ə N E T D İ :

Gədəbəy Rayon Məhkəməsinin 2(042)-31/2022 saylı, 03 mart 2022-ci il tarixli

qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi
İdarəsinə

Cavabdeh3nə

qarşı

“qanun

üzrə

vərəsəlik

hüququ

haqqında

şəhadətnamənin, çıxarışın ləğv olunması və miras əmlaklara payın müəyyən edilməsi”
tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh)
Cavabdeh1 qarşılıqlı cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “miras əmlakdan
məcburi payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət
edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1750/2022 saylı, 24 iyun

2022-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-31/2022 saylı, 03
mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayəti verərək Gəncə

Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv
edilərək işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş
etmişdir.

Aşağıdakı əsasa görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 iyun

2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir.

Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti Vəkil2 tərəfindən

imzalansa

da,

Cavabdeh1

tərəfindən

imzalanmamış,

materiallarına

vəkilin

səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir.

Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu

verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil

tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən
şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 

Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə

kassasiya şikayəti bu

Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa,
yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa

qaytarılır.

Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş

apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci

maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi

Q Ə R A R A A L D İ :

Qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki

kollegiyasının 2(104)-1750/2022 saylı, 24 iyun 2022-ci il tarixli qətnaməsindən verilmiş
kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün
mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.