2[102]-5396/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5396/2022

22.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl

Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq
qızından ibarət tərkibdə,

İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili X2 tərəfindən birgə verilmiş kassasiya şikayətini

nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili X2 Bakı Apellyasiya Məhkəməsi mülki

kollegiyasının 2(103)-2810/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsindən
birgə kassasiya şikayəti vermişlər.

İddiaçıların vəkili X2 tərəfindən tərtib edilmiş kassasiya şikayəti Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab
vermədiyindən qeyri-mümkün hesab edilməlidir.

Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun

qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən
imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun
səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

Kassasiya şikayətini iddiaçıların vəkili Kamran Tağıyev imzalayaraq elektron

məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir.

Belə ki, İddiaçı2 adından kassasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını

təsdiq edəcək sənəd (etibarnamə) iş materiallarına əlavə edilsə də, digər İddiaçı1 adından
kassasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını təsdiq edəcək sənəd (etibarnamə)
iş materiallarında yoxdur.

MPM-in 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi

aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud
müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya
vəkillər təmsil edir.

MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və

407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ
olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya
şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri
qaytarılır.

MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün

prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair
qərardad qəbul edilir.

MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyas

ı

məhkəməsi

iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü
yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması
daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya
şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

Ona görə də cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş

apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.3, 408.1, 408.1.1-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2810/2022 nömrəli iş üzrə

26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili X1 verdiyi
kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə
qaytarılsın.