2[102]-5399/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5399/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdeh X2rşı müqavilə üzrə ödənilməli olan pulun tutulması tələbinə dair

ilkin iddiası və X5 cavabdeh İddiaçı qarşı əqdin etibarsız sayılması və mənəvi

zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə

Q Ə R A R İ

(Açar sözlər: tərəfin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd

edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığına görə, məhkəmə tərəfindən

belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmaması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X8 oğlunun katibliyi, iddiası (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun

nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi və
vəkili Vəkil2 iştirakları ilə,

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli,

2(105)-2575/2020 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş kassasiya
şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə
iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. 
X7 və İddiaçı Kanada Respublikası Newfounland və Labrador əyalətinin St.John

şəhərində Salmonier Line-da 12.08.2010-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikah
16.08.2010-cu il tarixdə **********2 nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Tərəflər 27.01.2017-ci il tarixdə qarşılıqlı razılıq əsasında boşanma müqaviləsi

bağlayaraq, aralarında olan nikahı ləğv etdirmişlər.

3. Tərəflərin arasında olan nikahın pozulması barədə Azərbaycan Respublikası Bakı

şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində 15.05.2019-cu il tarixdə 174 nömrəli
qeydiyyat aparılmışdır.

4. Stephen Williams və İddiaçı arasında 27.01.2017-ci il tarixdə Nyufaundlend və

Labrador əyalətindəki St.John şəhərində notariat qaydada boşanmaq barədə müqavilə
bağlanmış, həmin müqavilədə ər üç il müddətində (01.01.2017-ci il tarixindən 01.12.2019-
cu il tarixinə qədər) mütəmadi olaraq arvada ayda 3500 ABŞ dolları məbləğində aliment
ödəmək barədə öhdəlik götürmüşdür.

5. Bundan başqa, İddiaçı ilə X7 arasında 11.01.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı

notariat kontorunda təsdiqlənmiş razılaşma müqaviləsi bağlayaraq, X7 son ödəmə ayı
dekabr 2019-cu il olmaqla özünə məlum olan İddiaçı bank hesabına hər ay 3500 ABŞ
dolları məbləğində pulu maddi dəstək (aliment) olaraq ödəmək barədə öhdəlik
götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 66.500 ABŞ

dolları məbləğində əsas borc, gecikdirməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 5431
ABŞ dolları olmaqla, cəmi 71931 ABŞ dolları maddi zərərin, 20000 manat məbləğində
mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı
ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında 11.01.2018-ci il

tarixdə bağlanmış müqavilə üzrə X7 tərəfindən bu günə kimi həmin məbləğdən
05.11.2018, 02.12.2018, 28.12.2018-ci il tarixlərində 3 dəfə İddiaçı bank hesabına pul
köçürülmüş, 2019-cu ilin fevral ayında bir dəfə cavabdehin özü tərəfindən, 2019-cu ilin
noyabr ayında bir dəfə cavabdehin köməkçisi tərəfindən ödənilməklə cəmi 5 ayın pulu
İddiaçı ödənilmişdir (2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral və
noyabr ayları üçün). Lakin 2019-cu ilin dekabr ayı da daxil olmaqla, 19 ayda ödənilməli
olan 66.500 ABŞ dolları məbləğdə pul X7 tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh
iddiaçıya məxsus 66.500 ABŞ dolları pulu qanunsuz olaraq özündə saxladığı müddətlərə
uyğun olaraq 5431 ABŞ dolları məbləğdə pul da cavabdehdən tutularaq iddiaçıya
ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı həm də mənəvi istirablar
keçirmişdir və 20.000 manat mənəvi zərər də cavabdehdən tutularaq iddiaçıya
ödənilməlidir.

8. Cavabdeh X4rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.01.2018-ci il

tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz müqavilə

imzalatması səbəbindən mənəvi sarsıntı keçirilməsinə görə 10000 manat məbləğində
vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş
etmişdir.

9. Qarılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Jamesin işi və

vətəndaşlığından dolayı mütəmadi olaraq Azərbaycan Respublikasının ərazisini tərk
etməsi, Azərbaycanda olmadığı müddətdə əmlakının idarə edilməsi ilə əlaqədar ortaya
çıxan çətinliyin aradan qaldırılması məqsədilə cavabdeh Jamesin ona bu məqsəd üçün
etibarnamə verməsini təklif etmişdir. James isə həyat yoldaşının bu təklifini hər hansısa
şübhə etmədən qəbul etmiş, etibarnamənin tərtibi və rəsmiləşdirilməsi üçün onunla
birlikdə cavabdehin təklifi ilə Bakı şəhəri 9 saylı notoriat kontoruna getmişdir. Jamesin ABŞ
və Kanada vətəndaşı olmasını, Azərbaycan dilini başa düşməməsini nəzərə alaraq
cavabdeh sənədləşməni Azərbaycan dilində tərtibini təşkil etmişdir. Notorius isə onların
ailə üzvləri olmasını nəzərə alaraq ona sənədin məzmununu tərcümə etməmiş və ya hər
hansı tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər
arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən
aldadıldığını anlamamışdır. Bununla birlikdə aldadılma yolu ilə bağlanılmış müqavilə üzrə
cavabdehin hər hansı məbləğ tələbi olmamışdır. Daha sonra tərəflər arasında nikah
müqaviləsi 15 may 2019-ci il tarixdə ləğv edilmişdir. Bundan sonra cavabdeh maddi
yardıma ehtiyac olduğunu bildirərək Jamesə müraciət etmiş, James isə keçmiş ailə
münasibətlərini və mövcud dostluqlarını nəzərə alaraq cavabdehə dəfələrlə maddi
yardımlar etmişdir. Müxtəlif adlar və problemlər adı altında iddiaçının etimadını sui-istifadə
edən cavabdeh bənzər müraciətlərini davam etdirməkdən çəkinməmişdir. James isə
cavabdehin hər dəfə bu cür iri məbləğdə ehtiyacının yaranmasını real hesab etməyərək bir
müddət sonra cavabdehin mütəmadi xarakter alan xahişləri üzrə ödəniş etməkdən imtina
etmişdir. Sözügedən müqavilənin olmasından xəbərsiz olan James ödəniş etməyəcəyini
bildirmişdir. Bundan sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sözüngedən
aldatma yolu ilə bağlanmış müqavilə üzrə 66500 ABŞ dolları dəyərində vəsaitin
ödənilməsi tələbi ilə məktub ünvanlanmış və ödənişin edilməyəcəyi təqdirdə bir sıra
addımların atılacağı barədə təhdid edilmişdir. Bu hadisə Jamesi dərindən sarsıtmışdır və
onun etibarından sui-istifadə edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur.
Tərəflər arasında bağlanılmış 11.01.2018-ci il tarixli razılaşma müqaviləsi aldatma yolu ilə
bağlanmış, “Notariat haqqında” qanunun və “Azərbaycan Respublikasında notariat
hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri nəzərə alınmadan
təsdiqlənmişdir.

10.

Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-752/2020 saylı, 06 mart

2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1rşı ilk iddiası qismən təmin
edilərək, X3 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi
manatın məzənnəsi ilə 66500 ABŞ dolları əsas məbləğ, 5263 ABŞ dolları əldən çıxmış
fayda və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq İddiaçı
verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi
qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki X7 notariusa etibarnamə

vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia
etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış
27.01.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə
01.01.2017 - 01.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 ABŞ dolları
məbləğində pulu aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür.
Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017-
ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir. Buna əsaslanaraq
məhkəmə hesab edir ki, X5 aldadılmasını iddia etməsi həqiqəti əks etdirmir.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci

maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan
boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin
hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə

həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya
onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün
üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki mülki işin materiallarından

görünüdüyü kimi X7 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin tələbini yerinə
yetirməməklə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir, lakin onun hərəkət və
ya hərəkətsizliyi ilə İddiaçı məxsus hər hansı əmlaka ziyan dəyməmiş, nə də sonuncunun
qeyri-əmlak hüquqları pozulmamışdır. İlkin iddia mənəvi zərər hissəsində təmin
edlməməlidir.

14. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Qarşılıqlı iddia əsassız olduğundan

təmin edilmədiyinə görə, hazırki mülki iş üzrə iddia müddətinin tətbiqinə gərək yoxdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1,

372.2, 372.2, 372.3, 373.4, 375.1, 375.2, 377.1 və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə
istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv

edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli,

2(105)-2575/2020 saylı qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi),
G.Tağızadə və L.Məmmədova) cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron
Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X7 notariusa etibarnamə

vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi
iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 27.01.2017-ci il
tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə 01.01.2017-
01.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 (üç min beş yüz) ABŞ dolları
məbləğində pulu aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür.
Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017-ci
il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, X5 müqavilə

üzrə öhdəliklərini yerinə yetirməməklə İddiaçı maddi (real) zərər vurmuşdur. Bu baxımdan
ondan əsas məbləğlə yanaşı, göstərilən məbləğə illik beş faiz olmaqla hesablanmalı olan
əldən çıxmış fayda tutularaq, ilkin iddiaçıya verilməlidir.

20. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi apellyasiya şikayətinin

dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə
bilməmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh X5 nümayəndəsi (vəkil) kassasiya şikayəti verərək, apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı
iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətləri apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə

olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1, 39.1, 39.2, 39.3,
40.5-ci maddələrinin, «Notariat haqqında» Azərbaycan Respublikası qanununun 13-cü
maddəsinin, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları
haqqında» Təlimatın 9,38-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337, 339.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin
faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2

kassasiya

şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş
etdi.

25. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək,

şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona

vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya
müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək

üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının
zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə
şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi

zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü
şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması
nəzərə alınmalıdır.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və

əhəmiyyətsiz əqdlər

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd

etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu
ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə
qarşı mübahisə edilir.

337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından

asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi

nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri

nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə
qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar
əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun
dəyərini pulla ödəməlidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə

lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların
prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin
nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata
keçməsinə kömək göstərir.

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

Maddə 80. Sübutların aid edilməsi

Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır

ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 81. Sübutların mümkünlüyü
Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə

təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını

tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası
məhkəməsinə göndərə bilər;

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının

ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, tərəflərin

izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti
təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməlidir.

33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki X7 notariusa etibarnamə

vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia
etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış
27.01.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə

01.01.2017 - 01.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 ABŞ dolları
məbləğində pulun aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür.
Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017-
ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir. Buna əsaslanaraq
məhkəmə hesab edir ki, X5 aldadılmasını iddia etməsi həqiqəti əks etdirmir.

34. Bu əsaslandırma ziddiyyətli olmaqla, tam deyildir. Çünki məhkəmənin

27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinad etməsi, həmin müqavilənin
etibarlılığına şübhə etməməsini ehtiva edir. Əgər məhkəmə mübahisələndirilən müqavilə
ilə eynilik təşkil edən 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinadən
mübahisələndirilən müqaviləni etibarlı sayırdısa, bu halda eyni şərtlərlə sonradan yeni
müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən etməli idi.

35. Məlumdur ki, Mülki Məcəllənin 389 və 390-cı maddələrinə əsasən fiziki və hüquqi

şəxslər mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı
haqqında azad surətdə qanuna zidd olmayan müqavilələr bağlaya bilər. Lakin istənilən
halda, müqavilənin formalaşdırıcı ünsürü tərəflərin niyyətidir və bağlanmış müqavilə həmin
niyyəti ifadə etməlidir.

36. Baxılan iş üzrə qarşılıqlı iddiada müqavilənin etibarsızlığnın dəlili kimi ona istinad

edilir ki, həmin müqavilə cavabdehin əsil niyyətinə uyğun olmamışdır. Bu baxımdan,
tərəflər arasında 2019-cu ilin dekabr ayına qədər aliment ödənilməsi barədə 27.01.2017-ci
il tarixli müqavilə olduğu halda həmin dövrə qədər aliment ödənilməsi barədə yeni
müqavilə bağlanması səbəbinin müəyyən olunması əhəmiyyətli idi. Əgər tərəflər əvvəlki
müqavilənin Ailə Məcəlləsinin 39.3-cü maddəsinin (nikah müqaviləsi yazılı formada
bağlanılır və notariat qaydada təsdiq olunur) tələblərinə uyğunlaşdırmaq niyyəti
güdmüşsə, o halda məhkəmə həmin müqavilənin təsdiqlənməsi üçün qanunla müəyyən
olunmuş tələblərə riayət olunduğunu da yoxlamalıdır.

37. Cavabdehin nümayəndəsi iddia ərizəsində, apellyasiya şikayətində və

məhkəmələrdə verdiyi izahatlarında məhz müqavilənin təsdiqlənməsinin qanunazidd
olduğunu qeyd edərək, cavabdehin sazişin tərtib edildiyi Azərbaycan dilini bilmədiyini,
notarius tərəfindən cavabdehə tərcümə olunmadığını bildirmişdir.

38. Lakin işə baxmış birinci instansiya məhkəməsi və apellyasiya instansiyası

məhkəməsi cavabdehin bu dəlilini ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir.

39. Halbuki, “Notariat haqqında” qanunun 13-cü maddəsinin tələbinə əsasən, notariat

hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə 
ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində
tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn
tərcüməçi tərəfindən ona tərcümə edilir
.

40. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları

haqqında Təlimat”nın 9-cu hissəsinin ikinci və üçüncü abzaslarında 11.06.2018-ci il tarixli
261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək
qüvvədə olmuş redaksiyasında deyilirdi ki, notariat hərəkətinin aparılması üçün müraciət
etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə
aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin
mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd
təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili
bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir.

41. Göründüyü kimi, cavabdeh tərəfin irəli sürdüyü və işin həlli üçün əhəmiyyətli olan

bu halı məhkəmələr tərəfindən araşdırılmamışdır.

42. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin

məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin
əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən
şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə
qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir

sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan
sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli

məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli
məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə
dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya
instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın
olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin
əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü
il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan

qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq
normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun
olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli
və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-
ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

45.

Məhkəmə

kollegiyası

yuxarıda

göstərilənlərə

əsasən

Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin.
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli,

2(105)-2575/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin
məhkəməyə göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.