2[102]-5403/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5403/2022

16.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

kassasiya şikayətinin icraata qəbulundan imtina barədə

Ali Məhkəmənin hakimi Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu

(məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət
tərkibdə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli, 14 iyun

2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən (Vəkil2) verilən kassasiya şikayətini
nəzərdən keçirərək,

Müəyyən etdi:

İddiaçı Cavabdehnə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia

ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə
nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş
41895.26 manat ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına
dəymiş ziyanı ödənilməsi vəzifəsinin həmin müəssisənin üzərinə qoyulması barədə
qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1849/2020 nömrəli, xx.xx.2020-ci il

tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı
istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% 
itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi xx.xx.2020-ci il tarixdən
başlayaraq iddiaçının keçmiş “Orconikidzeneft” müəssisəsində Quyuların Əsaslı Təmiri
Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud
əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay ömürlük
zərərin əvəzinin ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan
hissədə təmin edilməməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1605/2021 nömrəli,

xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi),
Q.Əsgərov və V.Sadıqov) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş
apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin
xx.xx.2020-ci

il

tarixli,

2(009)-1849/2020

nömrəli

qətnaməsinin

dəyişdirilmədən

saxlanılması qət edilmişdir.

İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-

1605/2021nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri
vermişlər.

  Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-Ə.Əliyev

(sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 16 dekabr 2021-ci il tarixli, 2(102)-
5713/2021 nöməli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin
edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1605/2021nömrəli iş

üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı
Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli,

xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi),
N.Cəfərov və X.Sarıyev), Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin
edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1849/2020
nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin
edilməməsi qərara alınmışdır.

Həmin qətnamədən İddiaçı tərəfindən (Vəkil2) kassasiya şikayəti vermişdir.
Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki

Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-
mümkün hesab edilməlidir.

Belə ki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalanmaqla, “Elektron məhkəmə”

informasiya sistemi vasitəsilə 20 avqust 2022-ci il tarixdə təqdim edilmişdir.

İş materiallarından (səhifə 74) görünür ki, İddiaçı tərəfindən Vəkil2 verilmiş etibarnamə

xx.xx.2020-ci il tarixə qədər qüvvədə olmuş, bundan sonra yeni etibarnamə verilməmişdir.

Göründüyü kimi, Vəkil2 kassasiya şikayətini imzalayarkən nümayəndə qismində

səlahiyyətli olmamışdır.

MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni

nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini
təsdiq edən sənəd əlavə edilməlidir.

Həmin

Məcəllənin

408.1.1-ci

maddəsinə

əsasən,

kassasiya

şikayəti

bu

Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa,
yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa,
habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə,
apellyasiya instansiyası məhkəməsi tərəfindən  qaytarılır.

Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi

kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.
Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə
olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7
gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Beləliklə, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq

prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün
kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya

şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan
imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası
məhkəməsinə göndərilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409-cu

maddələrini rəhbər tutaraq

  Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli, 14 iyun

2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən
Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.