2[102]-5412/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5412/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçın cavabdeh

Cavabdeh ASC-yə qarşı iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün

sayılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-

5346/2022 saylı qərardadından iş üzrə İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayətinin
mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi

İşin halları

1.İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması tələbinə dair

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Cavabdeh ASC-dəki bank hesabında
olan 19062 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial
Müdafiə Fondunun hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş
etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(009)-

1240/2022 saylı qərardadı ilə İddiaçın Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri
qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış,
həmçinin iddiaçıya hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli
olduğu izah edilmişdir.

3. Həmin qərardaddan İddiaçı X4 apellyasiya şikayət verərək qərardadın ləğv

edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini, əks halda şikayətə baxılması üçün
mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)-

1240/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş Bakı şəhəri Səbail Rayon
Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2(009)-1240/2022 saylı qərardadı ləğv edilmiş,
İddiaçın Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia
ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona
əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış, həmçinin iddiaçıya həmin iddia tələbi ilə
onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

5. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon

Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)-1240/2022 saylı qərardadının ləğv
edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2(009)-

1240/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki
işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli,

2(103)-5346/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya
şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel
2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8.Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya

Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı
qərardadının ləğv edilməsi, iddia tələbinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində
baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli,

2(103)-5346/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri
qaytarılmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il

tarixli, 2(103)-5346/2022 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv
olunmasını və kassasiya şikayətinin qəbul edilməsi barədə yeni qərar çıxarılmasını xahiş
etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş

müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət

verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə
baxılmır və onları verən şəxsə qaytarılır.

13. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının

və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının
iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

14. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil

olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə
kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

15. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar

olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul
edilir.

16. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak

edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti
verilə bilər.

17. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə

verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa,
kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
19. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu

Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu
Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti
ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və
apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

21. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin

qərardadından kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi
qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.

22. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın

“rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün
məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən
olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu
Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş
hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində

göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş
sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki,
“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə
işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan

keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron
kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron
qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadının surəti
iddiaçının vəkilinin (həm də iddiaçı qurumun özünə məxsus olan) elektron kabinetinə
xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bu halda qərardaddan kassaiya şikayəti verilməsi
üçün müəyyən olunmuş müddətin axımı dı həmin tarixdən başlanmaqla 10 gün davam
etmiş olur.

25. Lakin iddiaçı həmin qərardaddan kasassiya şikayətini 26 avqust 2022-ci il tarixdə

vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.

26. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya

instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

27. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil

olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya
şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla
nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin
qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli,
göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması
barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

28. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl

etməmişdir.

29. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya

instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi
nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının
səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş
apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli,

2(103)-5346/2022 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya
şikayəti qeyri-mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir