2[102]-5413/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5413/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması”

tələbinə dair iddia ərizəsi üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiyanın yolverilməzliyi, kassasiyanın baxışdan çıxarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından
və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə,

Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-
7654/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə
mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə
iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(006)-

3771/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı
“əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

Cavabdeh1 nümayəndəsi, Vəkil1 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon

Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(006)-3771/2021 nömrəli qərardadının ləğv
edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab
olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi barədə
qərardad qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə

şikayət qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin
etibarsız hesab olunması” tələbinə dair həmin Məhkəmənin 03 iyun 2021-ci il tarixli,
2(006)-3771/2021 nömrəli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş
və məhkəmə baxışı iclası təyin olunmuş, şikayət digər hissədə rədd edilmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadından

Cavabdeh1 nümayəndəsi, Vəkil1 tərəfindən şikayət verilmiş, həmin şikayət birinci
instansiya məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət
işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2020-ci il tarixli, 2(103)-

7654/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci
il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş şikayət üzrə
apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə
həmin məhkəməyə göndərilmişdir.

Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli qərardadının ləğv
edilməsini və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-
3771/2021 nömrəli qərardadından verilmiş şikayət üzrə apelyasiyanın mümkün hesab
edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan

Respublikası Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli
qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə

əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı
qərardadlarından kassasiya şikayəti verilə bilər:

402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya

instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən
qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi

barədə;

402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə

göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş
apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası
ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci
instansiyası məhkəməsinə qaytarılması haqqında.

Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər

qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı
hallarda şikayət verə bilərlər:

395.1.1. bu Məcəllədə göstərilən hallarda;
395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər

qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı
qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən

qərardadı ilə cavabdehin şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və
apellyasiya şikayətinin geri qaytarılması qərara alınsa da, qərardadla həll olunan
mübahisənin

mahiyyəti

iddianın

baxılmamış

saxlanılması

barədə

məhkəmənin

qərardadının ləğv edilməklə icraatın təzələnməsi və iş üzrə icraata xitam verilməsi barədə
vəsatətin təmin edilməməsi olmuşdur.

Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində

apellyasiya və kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq
müəyyən edilmiş və bundan hər hansı istisna, o cümlədən baxılmamış saxlanılmış icraatın
təzələnməsi və icraata xitam verilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi
nəzərdə tutulmamışdır. Apellyasiya icraatı nəzərdə tutulmayan şikayətlər üzrə kassasiya
şikayətinin verilməsi isə prosessual qənaət prinsipinə ziddir.

Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadda cavabdehin

apellyasiyasının qeyri-mümkün hesab olunmasının və apellyasiya şikayətinin geri
qaytarılmasının qeyd edilməsi, özlüyündə ondan şikayət verilməsi imkanını vermir.

Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti

verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və
məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir.
Belə ki, hazırki vəziyyətdə iddia birinci instansiya məhkəməsinin icraatında olmaqla, qəbul
edilmiş qərardad işin sonrakı hərəkətinə mane olmur.

Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə Cavabdeh1 Bakı Apellyasiya

Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli
qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış
predmeti ola bilməz.

Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul

edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərardadı
ləğv edilməli və cavabdehin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri
qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan

Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-
5313/2021 nömrəli qərardadı ləğv edilsin.

Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli

qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından
çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.