2[102]-5418/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5418/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı

“əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının
ödənilməsi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün

əmək haqqı tələbi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən
ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
iddiaçının vəkili Vəkil3,
Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə,

Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4079/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli

qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi.

İşin halları
07.01.2012-ci il tarixli RM 02/13 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" Şirkəti

tərəfindən biznes inkişafı üzrə menecer vəzifəsinə qəbul edilmişdir.

29.08.2014-cü il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı

əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı
filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə
mütəxəssisdir.

08.06.2016-cı il və 16.08.2018-ci il tarixlərdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə

xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, İddiaçı "xxxx" Şirkətinin
Azərbaycan Respublikasındakı filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi
üzrə vəzifəsi biznes inkişafı üzrə menecerdir.

06.07.2017-ci il tarixdə verilmiş, 31.12.2030-cu il tarixə qədər qüvvədə olması qeyd edilmiş

Etibarnamədən görünür ki, həmin etibarnamə ilə R&M Electrical Group Limited” Şirkəti İddiaçı
şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin etmişdir. Etibarnamənin
məzmununa əsasən iddiaçıya Şirkətin adından qanunvericiliyə əsasən filialı idarə etmək,
Azərbaycan Respublikasındakı filialın cari fəaliyyəti ilə bağlı bütün zəruri əməliyyatları yerinə
yetirmək, zərurət olduqda, alıcılarla, təchizatlarla, işçilərlə və digər orqanlarla müqavilələr
imzalamaq və onları icra etmək, filialın işçilərini cəlb etmək və onları işdən azad etmək, üçüncü
şəxslərə etibarnamə vermək, banklarda bank hesabları açmaq kimi hərəkətləri icra etmək
səlahiyyətləri verilmişdir.

04.01.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı

əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı
filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə
direktordur.

18.05.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı

əmək müqaviləsi bildirişi”ndən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə
İddiaçı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə 18.05.2020-ci il tarixli,
002/20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə
əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.

"xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18.05.2020-ci il tarixli, 002/20

saylı əmrindən və aktından görünür ki, İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı
Filialı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə 18.05.2020-ci il tarixdən
etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a”
yarımbəndinə əsasən xitam verilməsi, işçinin əmrlə tanış edilməsi və əmək kitabçası və əmək
müqaviləsinə xitam verilməsi barədə əmrin bir nüsxəsinin son iş günü işçiyə təqdim edilməsi əmr
edilmişdir. Əmrin bir nüsxəsi 18.05.2020-ci il tarixdə İddiaçı təqdim edilmiş, o, əmrlə tanış olmuş,
lakin əmrlə tanış olması barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina
etmişdir.

27.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı

və P.A.Kərimovun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb
ödənilmədiyindən və xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan X17 barəsində
İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib edilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10

Xidmətinin Bakı şəhər İdarəsinin 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə
haqqında qərardan görünür ki, X17 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli
bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10

Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06.08.2020-ci il tarixli məktubdan
görünür ki, İddiaçı və digərlərinin "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək
hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətlərə X10
Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar "R&M Electrical Group Limited”
şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən X10 Xidmətinin Bakı şəhər
İdarəsinə təqdim olunmuş sənədlərdən X6, X1, X2, X3 cəmiyyət ilə aralarında bağlanmış əmək
müqavilələrinə 18.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu

maddəsinin 1-ci hissəsinə (İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar
etməklə əmək müqaviləsini ləğv edə bilər) əsasən xitam verildiyi, İddiaçı isə 18.05.2020-ci il tarixdə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə
əsasən xitam verildiyi bildirilmiş, son haqq-hesablarının 83-cü maddəsinin 2-ci hissəsinin (əmək
müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən
imzalamalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və
işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə
ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir)
tələblərinə müvafiq olaraq sonuncu iş günü işəgötürən tərəfindən İddiaçı və X9 tam ödənilmədiyi,
və əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur.
Bununla bağlı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X18 barəsində
Azərbäycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən
inzibati xəta haqqında protokol tərtib edilmiş və filialın rəhbərliyinə aşkar olunmuş qanun
pozuntularının aradan qaldırılması ilə bağlı məktub göndərilmişdir.

Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər
İdarəsi tərəfindən qəbul edilmiş 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə
haqqında qərardan X17 verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 06.08.2020-ci il
tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata
xitam verilməsi qərara alınmışdır.

Bakı Apelyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər
İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin
10.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

"xxxx"in İdarə Heyətinin qərarından görünür ki, Qeydiyyat ünvanı və əsas ofisi 362a Spring

Road, Southampton, SO 19 2PB, UK-da yerləşən, İngiltərə qanunlarına uyğun olaraq təşkil edilmiş
və mövcud olan R&M ELECTRİCAL GROUP LİMİTED şirkətinin aşağıda imzası olan İdarə
Heyətinin bütün üzvləri burada yekdilliklə qərara almışdır: “1. 18 May 2020-ci İl tarixindən etibarən
İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı, 29 iyun 2018-cİ il tarixində ASAN2 tərəfindən
verilmiş AZE 19176226 şəxsiyyət vəsiqəsinin sahibi) Azərbaycan Respublikasındakı R&M
ELECTRİCAL GROUP LİMİTED filialının rəhbəri vəzifəsindən azad edilsin və R&M Electrical
Group Limited şirkəti tərəfindən cənab İddiaçı verilmiş bütün etibarnamələr ləğv edilsin və həmin
tarixdən etibarsız hesab edilsin. 2. 18 May 2020-ci il tarixindən etibarən, cənab X17 (Britaniya
vətəndaşı, GBR No. ********* seriyalı pasport sahibi, 04 Oktyabr 2012-ci il tarixində verilmiş və
müddəti 04 iyul 2023-də bitəcəkdir) R&M ELECTRİCAL GROUP LİMİTED şirkətinin Azərbaycan
Respublikasındakı filialının rəhbəri vəzifəsinə təyin edilsin və R&M ELECTRİCAL GROUP
LİMİTED tərəfindən müvafiq etibarnamə verilsin. 3. Yuxanda göstərilən dəyişikliklər Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin
X7 Reyestri tərəfindən qeydə alınsın. 4. CASPİAN BUSİNESS CONSULTANTS MMC-yə
yuxarıdakı dəyişikliklərin Azərbaycan Respublikasının bütün tələb olunan dövlət orqanlarında
qeydiyyatı üçün lazım olan bütün tədbirləri görməyi (ayrıca bir etibarnamə verilərək) səlahiyyət
verilsin. Bu qərar qəbul olundu, imzalandı və 06 aprel 2020-ci il tarixindən qüvvəyə mindi.”

Birinci instansiya məhkəməsində icraat
İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək

məhkəmədən 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv
edilməsi ilə bərabər iddiaçının işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may
2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan
tutulması; cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının
pozulması nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi; AR
Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 07 yanvar 2013-cü ildən 07 yanvar
2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh
tərəfindən hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan

Respublikasındakı Filialı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı
həmin müqaviləyə xitam verildiyi tarixədək filialın direktoru vəzifəsini icra etmiş və hüquqi şəxsin
hüquq və mənafelərinin fiziki və hüquqi şəxslər qarşısında layiqincə təmsil edilməsi üçün hərtərəfli
çalışmışdır. Bu müddət ərzində əmək fəaliyyəti nəticəsində filial mövcud olduğu biznes sektorunda

ən aparıcı təşkilatlardan biri olmuş, hətta, bir neçə böyük dövlət layihələrinin icraçısı olmuşdur.
Buna baxmayaraq, anidən, əvvəlcədən heç bir xəbərdarlıq olmadan İddiaçı ilə bağlanmış əmək
müqaviləsinə 18 may 2020-ci il tarixində xitam verilərək artıq filialın direktoru vəzifəsini icra
etməyəcəyi bildirilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam
verilmənin ümumi əsasları göstərilmişdir. Bu əsaslardan biri də tərəflərin birinin təşəbbüsü
anlayışıdır. Məlumdur ki, hazırda əmək müqaviləsinin iki tərəfi var: işçi və işəgötürən. İşçi
tərəfindən əmək müqaviləsini xitam etmə qaydası və forması Əmək Məcəlləsinin 69-cu maddəsi ilə
tənzimlənir ki, İddiaçı işçi kimi işdən çıxarılması ilə bağlı heç bir ərizə təqdim etməmişdir.
İşəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunması isə Əmək Məcəlləsinin 70-ci
maddəsindəki əsaslarla mümkündür ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü
kimi, İddiaçı əmək müqaviləsinə sözügedən maddədə sadalanmış əsaslardan biri ilə də xitam
verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilib
tutduğu vəzifədən azad edilərkən yuxarıdakı əsaslardan heç biri olmamışdır. Bundan əlavə,
cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə müraciət
edilmişdir. X10 tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh
Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati
Xətalar Məcəlləsinin 192.4-192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri
pozularaq xitam verilməsinə görə) maddələri ilə 06 avqust 2020-ci il tarixli MN № ******* saylı
inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdehə qarşı 18 may 2020-ci il tarixli 002/20

nömrəli əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək
müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən
imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və
işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə
ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin
iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul
əvəzi hesablanaraq ona verilməmişdir və bu cavabdehə xidmət göstərən bankın verdiyi çıxarışla
təsdiq edilir. Belə ki, iddiaçı 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci il tarixinədək heç vaxt əmək
məzuniyyəti hüququndan istifadə etməmişdir və işəgötürən onunla son haqq-hesab apararkən bu
halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və
ödəməmişdir.

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin

tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, 2(006)-4503/2020 saylı məhkəmənin
icraatında olan qeyd edilən iş üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülüb. Belə ki, İddiaçı işdən
18 may 2020-ci il tarixində azad edilib. Deməli, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə
məhkəməyə yalnız həmin tarixdən Əmək Məcəlləsinin 296.2-ci maddəsinə uyğun olaraq, bir ay
müddətində, yəni 18 iyun 2020-ci il tarixədək müraciət edə bilərdi. İddiaçı isə məhkəməyə işdən
azad edildiyi tarixdən üç aydan artıq vaxt keçdikdən sonra müraciət edib ki, bununla işə bərpa
tələbini irəli sürmək üçün iddia müddətini ötürmüş olub. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə
alaraq, İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı işə bərpa, əmək haqqı
və s. tələblərinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-
4503/2020 saylı iş üzrə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-4503/2020 saylı

23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən işin mübahisələndirilməyən halları kimi müəyyən

edilmişdir ki, İddiaçı 07.01.2012-ci il tarixli RM 02/13 saylı əmək müqaviləsinə əsasən "xxxx"
Şirkətində biznes inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. 06.07.2017-ci il tarixli
etibarnamə ilə ona "xxxx" şirkətinin adından etibarnamədə göstərilən hərəkətləri yerinə yetirmək
üçün müvafiq səlahiyyətlər verilmiş və o, kommersiya qurumunun dövlət reyestrindən çıxarışda
həmin

şirkətin

qanuni

təmsilçisi

kimi

qeyd

edilmişdir.

"xxxx"

Şirkətinin

Azərbaycan

Respublikasındakı Filialının 18.05.2020-ci il tarixli, 002/20 saylı əmrə əsasən İddiaçı ilə "xxxx"
Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək
müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a”
yarımbəndinə əsasən xitam verilmiş, əmrin bir nüsxəsi ona təqdim edilmişdir. İşdən çıxarılması ilə
əlaqədar narazı qalan İddiaçı və digərlərinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 06.08.2020-ci
il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X17 İnzibati Xətalar Məcəlləsinin
192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilsə də, həmin qərar

qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə
ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsi iddia tələbini üç hissəyə bölmüşdür:

1. 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və

qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli
olan əmək haqqının cavabdeh təşkilatdan tutulması;

2. 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək

məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi;

3. cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması

nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi.

Birinci hissə ilə bağlı qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin

təşəbbüsü işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini
mübahisələndirir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 18 may 2020-ci il tarixli
002/20 nömrəli əmrin ləğv edilməsi və həmin əmrin ləğv edilməsi ilə bərabər özünün işə bərpa
olunması dedikdə əmək müqaviləsi üzrə vəzifəsinə deyil, etibarnamə ilə icra etdiyi filialın direktoru
vəzifəsinə bərpa olunmağını xahiş edir. Halbuki, işin materiallarından görünür ki, onun bu vəzifəni
həyata keçirməsi əmrlə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinin
tələblərinə uyğun etibarnamə əsasında olmuş, hazırda da etibarnaməni verən bu etibarnaməni ləğv
etmişdir.

İddiaçı onun adına verilmiş etibarnamənin ləğv edilməsi yolu ilə Azərbaycan

Respublikasındakı "xxxx" filialının rəhbəri vəzifəsindən azad edilmişdir. Başqa sözlə, Şirkət
tərəfindən iddiaçının adına verilmiş 06.07.2017-ci il tarixli etibarnamənin 18.05.2020-ci il tarixdən
hüquqi qüvvəyə malik olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab
etmişdir ki, iddiaçının Azərbaycan Respublikasındakı "xxxx" şirkəti ilə filialının rəhbəri vəzifəsinin
icrasına dair münasibətləri əmək qanunvericiliyi baxımından qiymətləndirilməməlidir. Çünki
etibarnamə verən şəxslə etibarnamə alan şəxs arasında yaranan münasibətlər daha çox etibarlılıq
və qarşılıqlı inam əsasında qurulur. Belə olan halda etibarnamədən kənar filialın rəhbəri ilə
bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü əmək qanunvericiliyində nəzərdə
tutulmayan, lakin şirkətin mülkiyyətçisinin qanuni maraqlarının müdafiəsinə, şirkətin maliyyə
vəziyyətinin bərpasına, maliyyə sağlamlaşdırılmasına birbaşa yönələn əsaslarla əlaqəli ola bilər. Bu
əsaslar hüquqi şəxsin icra orqanının fəaliyyətinə nəzarət edən və idarəetməni həyata keçirən
orqanın qəbul etdiyi qərarlarla müəyyən edilir. İş materiallarından göründüyü kimi sözügedən
etibarnamənin ləğv edilməsi məhz şirkətin direktorlar şurasının 06 aprel 2020-ci il tarixli qərarına
əsasən baş vermişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçının həmin
vəzifədən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılması və məhz həmin vəzifəyə də
bərpa olunmasına dair dəlilləri əsaslı sayıla bilməz.

Cavabdehin 18 may 2020-ci il tarixli əmrindən göründüyü kimi "xxxx" Şirkətinin Azərbaycan

Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə
xitam verilmişdir. İddiaçı isə qeyd edilən əmrin ləğv edilməsi ilə əmək müqaviləsində nəzərdə
tutulmuş vəzifəsinə, yəni biznes inkişafı üzrə menecer vəzifəsinə bərpa olunmasını iddia
etməmişdir. İddiaçı 04.01.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək
müqaviləsi bildirişinə istinad etsə də, məhkəmə qeyd edilən bildirişi sübut əhəmiyyətli sənəd kimi
qiymətləndirmir. Belə ki, Şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinin icra
edilməsinə dair etibarnamənin iddiaçıya verilməsi 06.07.2017-ci il tarixə təsadüf etdiyinə
baxmayaraq bu barədə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron sistemə
xeyli müddət sonra, 04.01.2019-cu il tarixdə daxil edilmişdir. Həmçinin sözügedən müqavilədə
dəyişiklik edilməsi, yəni iddiaçının direktor vəzifəsinə qəbul edilməsi barədə əmək kitabçasında
qeydlərin aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək
kitabçası işə baxılan zaman iddiaçıda olduğundan onun tərəfindən məhkəməyə təqdim edilə
bilərdi. İddiaçı tərəfindən əmək kitabçasının təqdim edilməməsini məhkəmə, filialın rəhbəri
vəzifəsinə təyin edilməsi barədə Şirkətin Azərbaycan Respublikasındakı filialının möhürü ilə təsdiq
edilmiş qeydlərin kitabçada aparılmaması ilə əlaqələndirir və belə olan halda sözügedən bildirişin
İddiaçı əmək müqaviləsi üzrə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar əmək müqaviləsinə
hər-hansı dəyişikliyin edilməsinə dəlalət etmədiyini hesab edir.

Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsaslanaraq iddianın 18 may 2020-ci il tarixli

002/20 nömrəli əmrin ləğv edilməsi, bununla bərabər iddiaçının işə bərpa olunması və qanunsuz
işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan
əmək haqqının cavabdeh təşkilatdan tutulmasına dair tələblərinin təmin edilməməsi nəticəsinə
gəlmişdir.

İddianın ikinci hissə ilə bağlı qeyd edilmişdir ki, iddiaçının "xxxx" Şirkətinin Azərbaycan

Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4
- 192.6-cı maddələri ilə inzibati tənbehə məruz qalmasına istinad etməsi əsassızdır, ona görə ki,
işin materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə
06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş
üzrə icraata xitam verilməsi qərara alınmış, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin
26.10.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

27.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və 06.08.2020-ci il

tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına xitam verilərkən qanunvericiliyin
tələblərinin pozulması məhz iddiaçı və digərlərinin əmək müqaviləsinə xitam verilərkən son haqq-
hesab düzgün hesablanıb ödənilməməsi ilə bağlı olmuşdur. Bu protokol və qərarlarda iddiaçının
mübahisələndirdiyi əmr əsasında işdən çıxarılmasının qanunsuz olması öz əksini tapmamışdır.

Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, "xxxx" şirkətinin

Azərbaycan Respublikasındakı filialının rəhbəri X17 tərəfindən X11, X4, X5 və X8 ilə bağlanılmış
əmək müqavilələrinə qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmiş, filialın əvvəlki
rəhbəri olmuş İddiaçı səlahiyyətləri də Mülki Məcəllənin tələblərinə uyğun ləğv olunmuş və bu işə
də qurumun yeni rəhbəri olan X14 heç bir aidiyyəti yoxdur.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
İddia tələbinin üçüncü hissəsi ilə bağlı qeyd edilmişdir ki, iddiaçının 18 may 2020-ci il tarixli

002/20 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, qanunsuz işdən çıxarıldığına görə 18 may
2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan
tutulması, 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək
məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı
irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə
uzlaşmadığından və buna görə də iddia tələbləri bu hissələrdə əsassız olduğu üçün rədd
olunduğundan iddianın digər, yəni mənəvi ziyanın tutulması tələbinə hüquqi qiymət verilməsinə
zərurət yoxdur.

Cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair

ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun
pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan
məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 76,

83.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3, 365.1.3-cü maddələrinə istinad edərək
əsaslandırmışdır.

İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-

4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi
haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, AR Əmək Məcəlləsinin 83-

cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri
(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu
əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək
məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu
iş günü işçiyə verilməlidir. Lakin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək
məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir və bu cavabdehə xidmət göstərən
bankın verdiyi çıxarışla da təsdiq edilir. Belə ki, o 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci il
tarixinədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmiş və işəgötürən onunla son
haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul
əvəzi hesablamamış və ödəməmişdir. Bundan başqa, məhkəmə qətnaməsində göstərmiş olduğu
“etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmağını xahiş edir”-qeydinin özü
əsassızdır. Belə ki, o direktor vəzifəsini etibarnamə üzrə yox, əmək müqaviləsinə edilən əlavədən
irəli gələn şərtlər əsasında icra edirdi. Belə olan halda etibarnamənin ləğv edilməsinin onun əmək
hüququ ilə nə əlaqəsi var? Lakin hörmətli məhkəmə unutmuşdur ki, Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə
əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı əmək mübahisələrinin həlli üçün işçi, hüququnun
pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia tələbindən və
iddia tələbinin həcminin artırılması barədə ərizədən açıq-aşkar görünür ki, iddiaçı 18 may 2020-ci il
tarixli 002/20 nömrəli əmrin ləğv edilməsini, həmçinin də ləğv edilməsi ilə bərabər, işə bərpa
olunmağı tələb etmişdir. İşə bərpasını tələb etdiyi vəzifə isə əmək müqaviləsində göstərilən biznes
inkişafı üzrə menecer vəzifəsidir. Həmçinin, iddiaçı qeyd edir ki, məhkəmə iddiaçının barəsində

olan əmrin guya bir nüsxəsinin 18.05.2020-ci il tarixdə İddiaçı təqdim edilməsinə, lakin əmrlə tanış
oİmayaraq, bu barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etməyinə istinad
etsə də, buna dair iş materiallarında olan həmin tarixli akti imzalayanların buna səlahiyyətli olub-
olmamasına diqqət yetirməyərək hüquqi qiymət verməmişdir. Aktı "xxxx" şirkətinin Azərbaycan
Respublikasındakı filialının direktoru kimi imzalayan X15 əmək müqaviləsinə dəyişiklik edilməsi ilə
bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bu bildiriş 19.05.2020-ci ildə sistemə daxil
edilmişdir. X18 ilə əmək müqaviləsinin 18.05.2020-ci il tarixdə bağlanması nəzərə alınsa onun
rəsmi olaraq əmək müqaviləsi üzrə direktor kimi səlahiyyətlərinin 19.05.2020-ci il, yəni, əmək
müqaviləsinin sistemə daxil edildiyi gündən başlanır. Belə olan halda X15 nəinki 18.05.2020-ci il
tarixli aktın, heç iddiaçı barəsində verdiyi 18.05.2020-ci il tarixli, 002/20 saylı əmri də həmin tarixdə
imzalamağa səlahiyyəti olmamışdır.

Apelyasiya instansiyası məhkəməsindəki icraat
Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi,

Elnur Həsənov və Fuad Babayev) 2(103)-4079/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə
İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-
4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına

əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq
normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya
şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki,
şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan
və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4079/2021

nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına
göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən iddiaçının əmək müqaviləsini

qanunun tələbinə uyğun olaraq ləğv etməmiş, əmrdə sadəcə Əmək Məcəlləsinin 68-ci maddəsinin
2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini göstərmişdir. Yəni tərəflərdən birinin
təşəbbüsü ilə.

İşəgötürən öz təşəbbüsü ilə onu işdən çıxartmışdır ki, bu da öz növbəsində əmək

müqaviləsinin ləğv edilməsi zamanı kifayət qədər nəzərə çarpan qanun pozuntularının müşahidə
olunması ilə özünü göstərir.

Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin 6 (altı) əsası vardır və

bu əsaslar Azərbaycan Respublikası Əmək Məcəlləsində 70-ci maddəsində konkret göstərilmişdir.
Bu halda sual olunur ki, hansı səbəbdən işçinin işəgötürən tərəfindən çıxarılması səbəbi qanunda
göstərilən 6 əsasdan biri ilə əsaslandırılmamışdır. Görünən odur ki, ümumiyyətlə işdən çıxartma
əmri özü düzgün verilməyib.

Bundan başqa məhkəmə qətnaməsində göstərmiş olduğu, “etibarnamə ilə icra etdiyi filialın

direktoru vəzifəsinə bərpa olunmağını xahiş edir”-qeydinin özü əsassızdır. Belə ki, iddiaçı direktor
vəzifəsini etibarnamə üzrə yox, əmək müqaviləsinə edilən əlavədən irəli gələn şərtlər əsasında icra
edirdi. Belə olan halda etibarnamənin ləğv edilməsinin onun əmək hüququ ilə nə əlaqəsi var?

Tərəfindən məhkəmə iclasları zamanı 04.01.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik

edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə istinad edilsə də təəssüf ki, məhkəmələr nəzərə
almamışdı ki, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron sistemdə mövcuddur.
Qeyd edilən bildirişi sübut əhəmiyyətli sənəd kimi qiymətləndirməyərək bildirilmişdir ki, onun
direktor vəzifəsinə qəbul edilməsi barədə əmək kitabçasında qeydlərin aparıldığını təsdiq edən hər
hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda da sual olunur ki, hökumət portalında olan
onun direktor vəzifəsinə təyin edilməsilə bağlı qeyd sübut deyildirmi?

İddia tələbinin ikinci hissəsi olan 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan

dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən
hesablanaraq iddiaçıya ödənilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd edilmişdir
ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə və 300-cü

maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmayaraq düzgün
olmayan nəticəyə gəlinmişdir.

İddiaçı məhkəmə prosesinin gedişi vaxtı faktlar və dəlilləri tam gətirdiyi, lakin cavabdehin

heç bir tutarlı sübut gətirmədiyi halda qətnamə qət edilmişdir. İddiaçının şəxsiyyətini, uzun müddət
filialın direktoru vəzifəsini icra etməsini və hüquqi şəxsin hüquq və mənafelərinin fiziki və hüquqi
şəxslər qarşısında layiqincə təmsil etməsi ilə bağlı faktlar araşdırılmamışdır. Buradan da belə
məlum olur ki, prosesin çəkişmə prinsipi təmin edilməmişdir.

Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2,

8.3, 9.1, 9.3-cü maddələrinə, “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını
nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 23 dekabr 1993-cü il 5 saylı qərarına, Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, “Məhkəmə qətnaməsi
haqqında” Qərarına istinad olunmuşdur.

Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Mayıs Əliyev kassasiya

şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə

etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.

İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar

edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç
bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü
maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını
mümkün hesab edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada

xitam verilə bilər.

Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin

sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar
nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin
iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə
tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin
əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı,

qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti,
işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə
görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə
verilməlidir.

Maddə 144.2 əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı

olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə
etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən

edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya
digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd
etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar
və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin
əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi
göstərilə bilər.

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin

qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət
qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş
dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı

olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv
edilməsi üçün əsasdır.

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya
məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş
sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları
araşdırması kimi qiymətləndirilməməlidir

Hazırkı kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

iddiaçının

apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı ətraflı araşdırma aparmamış və iş üzrə ziddiyyətli
nəticəyə gəlmişdir.

Belə ki, ilk növbədə məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin

təşəbbüsü ilə ləğv edildiyi qənaətinə gəlsə də, bu halda əmək müqaviləsinin Əmək Məcəlləsinin
70-ci maddəsində göstərilən əsaslardan birinə istinad edilməklə ləğv edilməli olmasını nəzərə
almamışdır.

Həmçinin məhkəmə iddiaçının 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi

və həmin əmrin ləğv edilməsi ilə bərabər özünün işə bərpa olunması dedikdə əmək müqaviləsi
üzrə vəzifəsinə deyil, etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmağını xahiş
etdiyi qənaətinə gəlmişdir. Lakin iddia ərizəsindən və ya məhkəmə iclas protokolundan iddiaçının
konkret olaraq filialın direktoru vəzifəsinə bərpa olunmasını xahiş etdiyi müəyyən edilmir.
Məhkəmənin bu qənaətə hansı əsasla gəlməsi aydın deyil. Apellyasiya şikayətində iddiaçının məhz
əmək müqaviləsində göstərilən biznesin inkişafı üzrə menecer vəzifəsinə bərpa edilməsini
istədiyinin qeyd edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi bu dəlillə qiymət verməmiş və
iddia tələbi üzrə dəqiqləşdirmə aparmamışdır.

Məhkəmə qeyd etmişdir ki, iddiaçının filialın direktoru vəzifəsini həyata keçirməsi əmrlə

deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun
etibarnamə əsasında olmuş, hazırda da etibarnaməni verən bu etibarnaməni ləğv etmişdir. İddiaçı
onun adına verilmiş etibarnamənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikasındakı "xxxx"
filialının rəhbəri vəzifəsindən azad edilmişdir.

Həmçinin məhkəmə iddiaçının 04.01.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi

və onun filialın direktoru kimi göstərildiyi əmək müqaviləsi bildirişini sübut əhəmiyyətli sənəd kimi
qiymətləndirməmiş, sözügedən müqavilədə dəyişiklik edilməsi, yəni iddiaçının direktor vəzifəsinə
qəbul edilməsi barədə əmək müqaviləsinin mövcudluğunu qəbul etməmişdir.

Belə olan halda, etibarnaməni ləğv edilməsinə görə iddiaçının filial rəhbəri vəzifəsindən

azad edilməsi ilə yanaşı onunla bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə hansı əsasla
xitam verilməsi, yəni iddiaçının həmin müqavilə üzrə tutduğu biznesin inkişafı üzrə menecer
vəzifəsindən hansı əsasla azad edilməsinin göstərilməməsinə məhkəmə hüquqi qiymət
verməmişdir.

Həmçinin məhkəmənin Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarına istinad

edərək cavabdehin filial rəhbəri barəsində 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh

vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına istinad
edərək, iddiaçının işdən azad edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmaması və onunla
əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın düzgün hesablanıb ödənilməsinin həmin
qərarla müəyyən edilməsi

qənaətinə gəlməsi MPM-nin 83-cü maddəsinin tələblərinə zidd

olmuşdur. Çünki həmin maddədə inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarında müəyyən
edilən halların mülki işə baxılarkən sübuta ehtiyacı olmayan hal hesab edilməsi əks olunmamışdır.

Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi daxilən ziddiyyətli olsa da,

apellyasiya məhkəməsi

bu ziddiyyəti aradan qaldırmamış, apellyasiya şikayətinin dəlillərinə

müfəssəl hüquqi qiymət verməmişdir.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbinin 07 yanvar 2013-cü ildən 07

yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin
cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində də məhkəmənin
mövqeyi əsassız olmuşdur.

Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə

xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı
şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə
pul əvəzi ödənilməlidir. 

İddiaçı ona 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə

edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmədiyini iddia edirsə, bu tələbin əsassız
olmasını işəgötürən sübut etməli, həmin dövr ərzində iddiaçının əmək məzuniyyətindən istifadə
etdiyini və ya istifadə edilməmiş günlərə görə ona pul əvəzinin düzgün hesablanıb ödənildiyi
barədə sübutları məhkəməyə təqdim etməlidir.

İş materiallarında isə həmin tələbin əsassız olmasının cavabdeh tərəfindən təqdim edilmiş

sübutlarla təsdiq edilməsi müəyyən edilmir.

MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən

müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna
bilməz.

Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən

mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil,
yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş
həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən

fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas
verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:
1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin
güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu
sübutlar birlikdə dəyərləndirilməlidir.

Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan

hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz,

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq
olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları

əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul
edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv
edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, iddiaçının

kassasiya şikayəti təmin

edilməlidir.

İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla

müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə
əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı,
mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan
qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən
nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət
verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq
etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilsin.
Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4079/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli

qətnaməsi ləğv edilsin və iş yeni baxışa göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.