2[102]-5418/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5418/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

(kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev

Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan
ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3732/2022 nömrəli, 14

iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini
nəzərdən keçirərək,

Müəyyən etdi:

İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3732/2022 nömrəli

iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə

cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir.

Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə

məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu
məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər
sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses
iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron
kabinet vasitəsilə həyata keçirilir.

MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən

edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).

Hazırkı işdə İddiaçı qaydalara riayət etməyərək, kassasiya şikayətini elektron kabinet

vasitəsilə verməmişdir.

MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün

prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair
qərardad qəbul edilir.

MPM-nin 408.1.1-ci və 408.1.7-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin

402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə “Elektron məhkəmə”
informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-
cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında
kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti
apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya

instansiyası məhkəməsinə qaytarılmalıdır.

Qeyd olunanlara əsasən Mülki Prosessual Məcəllənin 404, 407 və 408-ci maddələrini

rəhbər tutaraq,

Q ə r a r a a l d ı:

İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3732/2022

nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya

Məhkəməsinə qaytarılsın.