2[102]-5421/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5421/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh ASC-yə qarşı “işə çıxmağının təmin edilməsi və əmək haqqı” tələbinə

dair iddia ərizəsi üzrə

Q Ə R A R İ

(Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək vəzifələrinin icrasına

buraxılma)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev

Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və
Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə,

Cəfərov Araz Əhməd oğlunun katibliyi,
İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil,
Cavabdehin vəkili Bağırzadə Nofəl İsax oğlunun iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il i tarixli, 2(103)-
2945/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə
Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakıları müəyyən etdi:

İşin halları:

İddiaçı Cavabdeh ASC-də Su kəməri təsərrüfatının 2 saylı xidmət sahəsinə 5-ci

dərəcə

nəzarətçi

vəzifəsində

işləmiş,

Cəmiyyətin

Suraxanı

rayon

Sukanal

Departamentinin 13 noyabr 2014-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən 12 noyabr 2014-cü il tarixdən 27 mart
2015-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü sosial
məzuniyyətə, həmin Departamentin 19 mart 2015-ci il tarixli əmri ilə uşağın 3 yaşı tamam
olana qədər 18 mart 2015-ci il tarixdən 10 yanvar 2018-ci il tarixədək, 01 iyun 2016-ci il
tarixli əmri ilə isə uşağın 3 yaşı tamam olana qədər 01 iyun 2016-cı il tarixdən 09 mart
2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır.

İddiaçı işə başlama tarixi 11 mart 2019-cu il müəyyən olunmuşdur.
Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin 10 mart 2020-ci il

tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən 10 mart 2020-ci il
tarixdən 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərrüfatında
nəzarətçi vəzifəsinə təyin edilmişdir.

Bundan sonra Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin 29

aprel 2020-ci il tarixli əmri ilə İddiaçı 18 təqvim günü əmək məzuniyyəti verilmiş, işə
başlama tarixi 04 may 2020-ci il müəyyən edilmişdir.

Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı

20 may 2020-ci il tarixli məktubuna əsasən, sonuncuya 04 may 2020-cu il tarixdən
etibarən hər hansı bir səbəb bildirmədən iş yerində olmaması qeyd olunmaqla, işdə
olmama səbəblərini açıqlayan sənəd nümunələri ilə birgə gəlməsi xahiş edilmişdir.

Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı

31 may 2020-ci il tarixli məktubu ilə sonuncudan 04 may 2020-ci il tarixdən 31 may 2020-
ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi səbəbi barədə məlumat
verilməsi xahiş edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq barəsində müvafiq
qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir.

Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Bakı şəhəri, X2 İttifaqının

“Bakı şəhər Komitəsi”nin sədrinə ünvanladığı 07 sentyabr 2020-ci il tarixli 40 saylı
məktubunda göstərilmişdir ki, Suraxanı rayon Sukanal İdarəsinin Müştəri Xidmətləri
şöbəsinin nəzarətçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”
bəndi ilə xitam edilməsinə, pandemiya dövrünün şərtlərini də nəzərə alınaraq, təqdim
olunan sənədlər maddənin tətbiq olunmasına yetərincə zəmin yaratmır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə

çıxmağının təmin edilməsi, işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının

cavabdehdən tutularaq ödənilməsi, cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə ona
dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 3000 manat və 30 manat dövlət
rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini
xahiş etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə uşağının səhhətində

yaranmış problemlərlə ilə əlaqədar olaraq öz hesabına məzuniyyət götürmüş, 10 mart
2020-ci il tarixdən işə çıxmışdır. Lakin Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il
16 mart tarixli 1/384 nömrəli məktubu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və
dövlət qurumlarının rəhbərlərinə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin
təşkil edilməsini, o cümlədən məktubun 3-cü hissəsində öhdəsində azyaşlı uşağı olan
qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi tapşırılmışdır. İddiaçı həmin
güzəştin tətbiq edilməsi məqsədilə çalışdığı müəssisəyə müraciət etmiş, lakin rəhbərlik
tərəfindən bu güzəştin ona tətbiq edilməyəcəyi, işə gəlməli olduğu, işə gəlmədiyi təqdirdə
isə işdən azad olunacağı bildirilmişdir. İddiaçı güzəştin tətbiq edilməsi və öhdəsində 2
azyaşlı uşağın olmasının nəzərə alınması ilə bağlı yenidən Suraxanı Rayon Sukanal
İdarəsinə, Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin Ombudsman
aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidmətinə müraciət etmiş, lakin
ona heç bir məlumat verilməmişdir. Çalışdığı müəssisə iddiaçının əmək müqaviləsinə
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız olaraq xitam verməyə
çalışmış, lakin Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi tərəfindən bildirilmişdir
ki, pandemiya dövrünün şərtləri, eyni zamanda təqdim edilmiş sənədlərinin yetərincə
zəmin yaratmaması səbəbindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin
“ç “ bəndinə əsasən xitam verilməsi mümkün deyildir. Bununla belə cavabdeh bu günə
qədər iddiaçıya əmək haqqı ödəməmiş, heç bir səbəb olmadan əmək müqaviləsinə xitam
verməyə çalışmışdır.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(004)-

5527/2020 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilməmişdir.

Birinci instansiyası məhkəməsi Əmək Məcəlləsinin 172.5, 287 və 288-ci

maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının işə çıxmağı ilə bağlı cavabdeh
tərəfindən hər hansı bir maneənin yaradılması halının olması müəyyən edilməmişdir. Belə
ki, işin materiallarından görünür ki, iddiaçı faktiki olaraq 04 may 2020-ci il tarixdən özü işə
çıxmamış, cavabdeh tərəf onun ünvanına göndərdiyi məktubların, xəbərdarlıqların heç
birinə cavab verməmişdir. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iddiaçıya güzəşt
tətbiq edilməsi üçün onun işə çıxması gərək idi və o, yalnız işə çıxarkən güzəştlə bağlı
müraciət etsəydi, ona məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin
tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə
cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait
yaradılması məsələsi müzakirə edilərdi. Pandemiya ərəfəsində onların işçini işdən
çıxartmaq hüququ olmasa da, bunun üçün Həmkarlar İttifaqına müraciət edilsə də,
sonuncu pandemiya dövrünün şərtlərini də nəzərə alsaq onun işdən çıxarılmasına müsbət
rəy verməmişdir. İşin materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin
“Koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik
tədbirlərin gücləndirilməsi barədə” 17.03.2020-ci il tarixli 113 saylı əmri və bu əmr ilə təsdiq
edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-
nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların
qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”ndan görünür ki, öhdəsində azyaşlı uşağı
olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik
çərçivəsində güzəştlər tətbiq edilə bilməsi, eləcə də, yalnız müvafiq siyahı üzrə evdən
çalışan işçilərin kompüterlərinin və ya digər texniki vasitələrinin Cavabdeh ASC-nin
şəbəkəsində işləməsi üçün lazımi texniki imkanların yaradılmasını təmin edilməsi nəzərdə
tutulmuşdur. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi
halların işin araşdırılmış halları ilə tamamlandığı üçün inandırıcı saymış və qeyd etmişdir
ki, iddiaçının vəzifə funksiyasına aid olan iş üzrə o, nəzarətçi kimi, yerə baxış keçirtməli,
başqa sözlə nəzarətçinin “online” qaydada, distant formada işləməsi mümkün deyil.

Həmçinin məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi

ilə bağlı müvafiq qərarı cavabdeh ASC-nin idarələrinin müştəri şöbəsinə aid olmamışdır.
Buna baxmayaraq müəyyən edilmişdir ki, 17 mart 2020-ci il tarixli 113 saylı əmrə əsasən
öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər
tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin o faktiki olaraq işə çıxmadığı və
işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona
münasibətdə heç bir güzəşti təmin etməmişdir.

Məhkəmə cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci

maddəsinin “ç” bəndi ilə xitam edilməsi ilə bağlı müəyyən addımlar atması, daha doğrusu
ilk növbədə iddiaçıya bu bərədə xəbərdarlıq etməklə Azərbaycan Su Təsərrüfatı X4
Respublika Komitəsinə müraciət etməsinə qiymət verərək bu hərəkətlərin anlaşılan
olmasını qeyd etmişdir. Belə ki, heç bir üzrlü səbəb olmadan işə çıxmayan iddiaçıya
qanunvericiliyə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görülməsi ilə bağlı
xəbərdarlıq edilməsi onun işdən azad ediləcəyi ilə təhdid olunmağı kimi qiymətləndirilə
bilməz. Cavabdehin izahatından həmçinin görünür ki, məzuniyyətdən sonrakı müddətdə
ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da
olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı
güzəşt edilərək şərait yaradılmışdır. Məhkəmə hesab etmişdir ki, 20 və 31 may 2020-ci il
tarixlərdə əmək funksiyasına daxil olan təxirəsalınmaz qısamüddətli işlərin yerinə
yetirilməsi ilə bağlı iddiaçıya yazılı formada bir neçə dəfə idarəyə gəlməyi xahiş
olunmasına dair məktublar əsasında iddiaçı işə çıxdığı halda cavabdeh tərəfindən
məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq,
himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu
qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilməməsi halında iddiaçı hazırki iddia ilə
müraciət etməkdə haqlı olardı.

Məhkəmə hazırki vəziyyətdə iddiaçının işçisi olduğu cavabdehin haqlı tələblərinə

məhəl qoymayadan, işə çıxmadan bunu Azərbaycan Respublikasının Baş Nazirinin 2020-
ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda göstərilənlərlə əsaslandırmaqla işə çıxmağım
təmin edilməsi və işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının ödənilməsi kimi
hazırki iddia tələblərini irəli sürməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.

Məhkəmə həmçinin iddiaçının iddia tələbinin işə çıxmağının təmin edilməsi tələbinə

qiymət verməkdə davam edərək bu tələbinin həm anlaşılan olmamasını, həm də iddiasının
əsası kimi istinad etdiyi hallarla bir növ ziddiyyət təşkil etməsini qeyd etmişdir. Belə ki,
əvvəla iddiaçı işə çıxmasına maneə olan halları göstərə və sübut edə bilməmişdir.
İddiaçının işə çıxmaq istərkən cavabdehin buna maneə yaratmasına dair də heç bir sübut
təqdim edilməmişdir. Belə olan halda onun işə çıxmasının təmin edilməsi dedikdə iddiaçı
nəyi nəzərdə tutmasını nə özü, nə də nümayəndəsi məhkəmə iclasında tam izahını verə
bilməmişdir. İkincisi də, məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində pandemiya dövrü ilə
əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına
baxacaq ailə üzvünün olmaması səbəbi ilə həmin güzəştdən istifadə etmək
məcburiyyətində qalmasını göstərdiyi, başqa sözlə ona güzəştin tətbiq edilməsinə nail
olmaq istədiyi halda, işə çıxmasının təmin edilməsi tələbi bu baxımdan da anlaşılan deyil.
Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçının işə çıxmağı ilə bağlı
hüquqlarının cavabdeh tərəfindən pozulması və buna əsas verən hər hansı hal müəyyən
olunmamışdır.

Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının işə çıxdığı tarixə qədər

ödənilməmiş əmək haqqının Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi tələbi də əsaslı
sayıla bilməz. Belə ki, iddiaçıya hazırki vaxta kimi əmək haqqının ödənilməməsi
cavabdehin təqsiri üzündən deyil, iddiaçının özünün qeyri-hüquqi hərəkətləri nəticəsində
baş vermişdir. Cavabdehin haqlı tələbi ilə işə çıxmadan, vəzifə funksiyasının həyata
keçirilmədən, pandemiya ilə bağlı vəzifə funksiyasının həyata keçirilməsi ilə əlaqədar
tətbiq edilə biləcək güzəştləri birbaşa olaraq işəgötürənlə müzakirə etmədən iddiaçının
cavabdehdən əmək haqqı tələbi əsaslı sayıla bilməz.

Bununla yanaşı, birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsası kimi

göstərdiyi digər halın, yəni mənəvi zərərlə bağlı tələbin mülki mübahisənin həlli üçün
hüquqi əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, həmin xüsusatla bağlı əlavə araşdırma
aparılmasını zəruri hesab etməmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27

noyabr 2020-ci il tarixli, 2(004)-5527/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın
tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il i tarixli,

2(103)-2945/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi
ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı apellyasiya
şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il
tarixli, 2(004)-5527/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Nazirlər Kabinetinin

güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı cavabdeh ASC-nin idarələrinin müştəri
şöbəsinə aid olmamışdır. Buna baxmayaraq müəyyən edilmişdir ki, 17 mart 2020-ci il
tarixli 113 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya
qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş,
lakin, o, faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti
olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşti təmin etməmişdir.

Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının səbəbsiz

və öz mülahizəsinə əsaslanıb işə çıxmadığı dövr üzrə əmək funksiyasını qəsdən icra
etməyib əmək haqqı tələb etməsi də qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları:

a) Kassasiya şikayətinin dəlilləri

İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki

kollegiyasının 14 aprel 2021-ci il i tarixli, 2(103)-2945/2021 nömrəli qətnaməsinin ləğv
edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
etmişdir.

Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla

əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və
prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının
işəgötürənə rəsmi qaydada müraciət etməməsi barədə cavabdehin nümayəndəsinin
verdiyi izahatlar həqiqəti əks etdirməmiş, iddiaçının ərizəsi rəsmiyyətə alınmamış və
gizlədilmişdir. Rəhbərlik tərəfindən iddiaçıya qarşı ayrı-seçkiliyə yol verilmiş, hüquqları
pozulmuş, məhkəmə tərəfindən isə bunlara əhəmiyyət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin

dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

Məhkəmə iclasında cavabdehin vəkili Bağırzadə Nofəl İsax oğlu kassasiya

şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya

məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından
xahiş etmişdir.

Kassasiya baxışının hədləri:

Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə

kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan
apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi
qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya
instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki,
işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə
mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

İddiaçı

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsini

tam

mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin
dəlillərinə uyğun olaraq qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına
riayət olunmasının tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının
35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə

işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində

tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun
aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

62-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən yalnız həmin maddədə nəzərdə

tutulmuş hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin
mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək
məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

62-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret

halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər)
toplanılaraq sənədləşdirilməlidir.

62-ci maddəsinin 5-ci hissəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya

başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata
keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş
hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə
müraciət edə bilər.

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin

rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,
işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət
verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında

tədqiq olunmuş sübutlarla əsaslandırır.

218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə

qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən
kənara çıxa bilər.

416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və

ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadının ləğv edilməsi üçün əsasdır.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin

Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli

gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə
mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən
hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına

dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün

əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla
təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan
irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin
materiallarına uyğun olsun.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual
hüquq normalarının pozulmasına yol verilmişdir.

Belə ki, müəyyən olunur ki, hazırki iddia irəli sürülən əsas tələb iddiaçının işə

çıxmağının təmin edilməsindən ibarət olmuş, sonrakı tələblər isə birinci tələbin əsaslı olub-
olmamasından asılı olmuşdur.

İddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, o, Koronavirus (Covid-19)

infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin 16 mart
2020-ci il tarixli göstərişlərini əsas götürərək, himayəsində azyaşlı uşaqlarının olmasını
nəzərə alaraq ona güzəştlərin tətbiq edilməsi ilə bağlı işəgötürənə müraciət etmiş, lakin
işəgötürən onun müraciətinə müsbət cavab verməmiş, sonradan isə onun işə çıxmasına
mane olmuşdur.

Həmin tələbə hüquqi qiymət verən məhkəmələr isə hesab etmişlər ki, iddiaçı qeyd

olunan tələbi, yəni cavabdeh təşkilat tərəfindən maneənin yaradılması sübut edə
bilməmiş, iddiaçı özü özbaşına olaraq işə getməmişdir. Həmçinin məhkəmələr cavabdehin
etirazı ilə razılaşaraq hesab etmişlər ki, iddiaçı Nazirlər Kabinetinin müvafiq qərarına
əsasən onun barəsində güzəştlərin tətbiq edilməsi ilə bağlı işəgötürənə müraciət
etməmişdir.

Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi

iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə qanunla müəyyən olunmuş
qaydada, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verməmişdir.

İlk olaraq qeyd olunmalıdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işə çıxmasına

maneənin yaradılmasının sübut edə bilməməsinə dair məhkəmələrin mövqeyi əsaslı
hesab oluna bilməz. Azı ona görə ki, cavabdeh hazırki iddianı qeyd olunan hissədə təmin
edilməsinə etiraz etmiş və həmin etirazını iddiaçının özbaşına olaraq işə çıxmaması ilə
əsaslandırmışdır.

Halbuki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in

70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün cavabdeh tərəfindən müəssisənin
həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş, lakin həmin təşkilat tərəfindən pandemiya
dövrünün şərtləri nəzərə alınmaqla buna razılıq verilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam

verilmədiyi halda, onun işə çıxmaq tələbinə etiraz edilməsi və məhkəmələr tərəfindən
həmin tələbin təmin edilməməsi maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.
Belə ki, bu halda faktiki olaraq iddiaçı əmək funksiyalarının icrasından kənarlaşdırılmışdır.
Lakin bunun əsasları və qaydası yalnız ƏM-in 62-ci maddəsi ilə müəyyən olunmuş, həmin
normada göstərilən halların iddiaçı barəsində tətbiq edilməli olması isə mübahisənin
predmetini təşkil etməmişdir.

Digər tərəfdən iddiaçı Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar

mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş güzəştlərin barəsində tətbiq
edilməsi ilə əlaqədar işəgötürənə müraciət etdiyini, lakin cavabdehin həmin müraciətini
gizlətdiyini iddia etmişdir. İddia ərizəsinə iddiaçının Suraxanı rayon Sukanal İdarəsinin
rəisinə ünvanladığı may 2020-ci il tarixli ərizənin surəti əlavə edilsə də, həmin ərizənin
işəgötürənə təqdim edilməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır.

Lakin iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən bununla bağlı dəfələrlə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5
Xidmətinə və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana)
müraciətlər edilmiş, həmin müraciətlərdən azı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında X5 Xidmətinə göndərilmiş şikayət barədə işəgötürənə məlumat verilmiş və ASC
bununla bağlı Xidmətin sorğusuna cavab məktubu vermişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

işin həmin faktiki hallarına hüquqi qiymət verilməmiş, iddiaçının işəgötürənə müraciət
etmədən bilavasitə başqa dövlət orqanlarına şikayət ərizələrinin göndərilməsinin
mümkünlüyü araşdırılmamış, buna əsasən cavabdehin etirazının dəlillərinin əsaslılığına
hüquqi qiymət verilməmişdir.

Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı,

ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün
zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini
şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya
məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09

dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan
arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə
tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə
bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya
sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd
etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları

normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya

instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual
hüquq normalarının tələblərinə cavab vermir.

Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı

işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri
görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün
tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi
qiymət verməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il i tarixli,

2(103)-2945/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilsin.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.