2[102]-5424/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5424/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl
Kamil oğlundan ibarət tərkibdə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1555/2022 nömrəli iş üzrə

04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini
nəzərdən keçirərkən, aşağıdakıları müəyyən etdi:

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a)

Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı

“doldurulmuş su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son
qoyulması” tələbinə dair iddia qaldıraraq, ona məxsus Astara rayonu Miki kəndində olan
fərdi yaşayış evinə gedən yolun kənarında olan su kanalını qanunsuz olaraq dolduraraq
suyun təbii axarını dəyişdirdiklərinə görə cavabdehlərin qanunsuz olaraq doldurduqları su
kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə
qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqılı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və

Cavabdeh4 cavabdeh İddiaçı və maraqlı tərəf Astara rayon Siyaku Bələdiyyəsinə qarşı
“suyun təbii axını dəyişdirməklə yararsız vəziyyət salınmış yolun düzəltməklə əvvəlki
vəziyyətə gətirilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Astara Rayon Məhkəməsinin 2(018)-08/2022 saylı, 19 may 2022-ci il tarixli

qətnaməsi (hakim Z.İbrahimov) ilə ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd
olunması, ekspertiza xərclərinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası
Mərkəzinə, "xxxx" MMC, “X1” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

b)

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Heydərov -

sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev, Samir Mayılov) 2(106)-1555/2022 saylı, 04 iyul
2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti qeyri-mümkün
hesab edilmiş, apellyasiya şikayətinin MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə
uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə
qaytarılması qərara alınmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin vəsatətləri
a) Kassasiya şikayətinin dəlilləri
6. Qərardaddan Cavabdeh2 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini

xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayəti mülki

prosessual qanunvericiliyin tələbləri qaydasında verildiyindən icraata qəbul edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Tərəflərin vəsatətləri
9. Cavabdeh2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək

kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10.

404-1.3. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə

iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması
barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması
barədə qərardad qəbul edir.

Kassasiya baxışının hədləri
11.

Hazırki işdə cavabdeh tərəfindən kassasiya şikayətinin geri qaytarılması

barədə ərizə daxil olduğundan məhkəmə kollegiyası kassasiya şikayəti üzrə hər hansı bir
araşdırma aparmır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və təqdim edilmiş

ərizəni nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin geri qaytarılması barədə
ərizə qəbul edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

13.

Ərizənin qəbul edilməməsi üçün əsaslar olmadığından ərizə təmin

edilməlidir.

14.

Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1.3, 410, 417 və 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1555/2022 nömrəli iş üzrə

04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti
geri qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.