2[102]-5429/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5429/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı xxx qızının Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia

ərizəsi üzrə

Q Ə R A R İ

(Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında

qalmasının müəyyən edilməsi, aliment)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev

Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və
Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə,

Cəfərov Araz Əhməd oğlunun katibliyi,
İddiaçı xxx qızının və vəkili Vəkil1,
Cavabdeh və vəkili Vəkil2 xxx oğlunun iştirakları ilə,

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2021-ci il tarixli, 2(105)-
555/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə
Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakıları müəyyən etdi:

İşin halları:

Cavabdeh və İddiaçı xxx qızı 17 sentyabr 2005-ci ildə nikaha daxil olmuşlar.
Tərəflərin birgə nikahlardan 09 aprel 2005-ci il təvəllüdlü X5, 21 yanvar 2009-cu il

təvəllüdlü X6 və 21 avqust 2014-cu il təvəllüdlü X4 adlı övladları anadan olmuşlar.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik

Komissiyasının 14 aprel 2021-ci il tarixli rəyinə əsasən komissiya 09 aprel 2005-ci il
təvəllüdlü X2 və 21 avqust 2014-cu il təvəllüdlü X1 anaları İddiaçı xxx qızının, 21 yanvar
2009-cu il təvəllüdlü X3 atası Cavabdeh himayəsində saxlanılmasını məqsədəmüvafiq
hesab etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçı xxx qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

tərəflər arasında 17 sentyabr 2005-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə
nikahdan olan 09 aprel 2005-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü X3 və 21
avqust 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər
uşağa 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçının
xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, tərəflərin münasibətləri evliliyin ilk illərində normal

olmuş, sonradan cavabdehin xarakterində dəyişikliklər əmələ gəlmiş, sonuncu ailə
qayğılarından uzaqlaşmış, evə baxmamış, evdə tez-tez heç nədən mübahisə yaratmış,
başqa qadınla iddiaçıya xəyanət etmişdir. Son vaxtlar məlum olmuşdur ki, cavabdehin
başqa qadından uşağı dünyaya gəlmişdir. Ona görə iddiaçı cavabdehdən ayrılmaq
qərarına gəlmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(060)-2196/2020

nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh
ilə Əhmədova (Zamanova) Aygün xxx qızı arasında 17 sentyabr 2005-ci il tarixdə
Sumqayıt şəhər Nikah evində bağlanmış 1101 nömrəli akt qeydli nikahın pozulması, birgə
nikahdan anadan olmuş 09 aprel 2005-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü
X3 və 21 avqust 2014-cu il təvəllüdlü X1 anaların - İddiaçı xxx qızının yanında qalmaları,
Cavabdeh İddiaçı xxx qızının xeyrinə 09 aprel 2005-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu
il təvəllüdlü X3 və 21 avqust 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək
saxlanmaları üçün 21 fevral 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 130
manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan
hissədə rədd edilməsi qət edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr

2020-ci il tarixli, 2(060)-2196/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, birgə
nikahdan olan 09 aprel 2005-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü X3
cavabdehin yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları
üçün 130 manat məbləğində alimentin İddiaçı xxx qızından tutulması barədə qətnamə
qəbul edilməsini xahiş etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2021-ci il tarixli,

2(105)-555/2021 nömrəli qətnaməsi ilə (hakim L.M,Məmmədovanın sədrliyi və məruzəsi
ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) cavabdehin apellyasiya
şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli,
2(060)-2196/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə

razılaşaraq hesab etmişdir ki, uşaqların bir-birindən təcrid olunması məqsədəuyğun
deyildir, ona görə də uşaqların mənafeyi nəzərə alınaraq hər üçünün ananın yanında
saxlanılmasına dair nəticə haqlı olmuşdur. X6 atası Cavabdeh yanında qalmaq istədiyini
bildirməsinə baxmayaraq, onun digər bacı və qardaşından ayrı qalması, təcrid olunması
məqsədəmüvafiq deyil.

Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 34-

cü maddəsinin İV bəndinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə,
“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan
Respublikasının Qanununa istinad etmiş və uşaqların mənafeyini, o cümlədən tərəflərin
diqqətəlayiq maraqlarını nəzərə alaraq 09 aprel 2005-ci il təvəllüdlü X2, 21 yanvar 2009-
cu il təvəllüdlü X3 və 21 avqust 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək
saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa 130 manat olmaqla,
cəmi 390 manat sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab
etmişdir.

Apellyasiya məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində

uşaqların ikisinin onun himayəsinə verilməsi və onların saxlanılması üçün iddiaçıdan hər
uşaq üçün 130 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini
xahiş etsə də, buna dair dəlilini əsaslandıra bilməmiş, heç bir sübut təqdim edə bilməmiş,
göstərdiyi dəlili sübuta yetirməmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları:

a) Kassasiya şikayətinin dəlilləri

Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki

kollegiyasının 25 may 2021-ci il tarixli, 2(105)-555/2021 nömrəli qətnaməsinin ləğv
edilməsi və birgə nikahdan olan 21 yanvar 2009-cu il təvəllüdlü X3 cavabdehin yanında
qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi

qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki,
apellyasiya instansiyası məhkəməsi qəyyumluq və himayəçilik komissiyasının rəyini
nəzərə almamış, uşağı məhkəmə iclasında dindirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil2 xxx oğlu kassasiya şikayətinin

dəlillərin müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

Məhkəmə iclasında İddiaçı xxx qızı və vəkili Vəkil1 Əminbəy oğlu kassasiya

şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya
məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından
xahiş etmişlər.

Kassasiya baxışının hədləri:

Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə

kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan
apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi
qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya
instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki,
işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə
mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki,

iddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunmuş, həmin qətnamədən
cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya baxışının hədlərini uşaqlardan 09
aprel 2005-ci il təvəllüdlü X2 və 21 yanvar 2009-cu il təvəllüdlü X3 tərəflərdən hansının
yanında saxlanılmalı olması olmuşdur. Hazırki kassasiya şikayətində isə cavabdeh yalnız
X3 onun yanında saxlanılmasını xahiş etmişdir. Odur ki, hazırki kassasiya baxışının
hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq
normalarına uyğunluğunun mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının
17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək

valideynlərin borcudur.

34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara

qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları

haqqında” Konvensiyanın

3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq

mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat
məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə
də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə

müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq
hüququ vardır.

19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və

vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi
tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas
vəzifələridir.

27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan

həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas
məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin
22.2 və 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən

məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya

tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına
çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir.

49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz

valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan
hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və

vəzifələrə malikdirlər.

58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna

malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və

onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata

keçirilə bilməz.

60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri

onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni
uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına,
valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın
yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik

hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər
razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra
hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların

saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara

aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan
valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin)
hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud
onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından
(gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya
tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların
saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı
məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm
sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın
(gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən

tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın
əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq
müəyyən edilir.

“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”

Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar
üçün 170 manat məbləğində müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz

fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına
şərait yaratmalıdır.

17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan

qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa
valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan

uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə

olmaq hüququ vardır.

19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və

vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi
tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas
vəzifələridir.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh

edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul
2016-cı il tarixli qərarında 
göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın
valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf,
məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi,
yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum
dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar
bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya
qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən
azad etmir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların

valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment
tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi
təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-
cı il tarixli Qərarının

7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının

yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər
tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən
hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri;
valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və
inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə
vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri
üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

7.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında

qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci
maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud
“qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri
uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər
bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın
üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və

tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq
qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi
yoxdur.

217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında

tədqiq olunmuş sübutlarla əsaslandırır.

416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət

həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları
müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərinə səlahiyyətləri

çərçivəsində hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam
razılaşır.

Bununla yanaşı qeyd olunmalıdır ki, hazırki qəbildən işlərə baxılarkən ilk olaraq

uşağın üstün mənafeyi rəhbər tutulmalıdır. Bu zamanı uşağın yaşı, onun təhsil alması,
yaşayış şəraiti, bacı və qardaşlarının mövcudluğu və onlarla bağlılığı nəzərə alınmalıdır.

Məhkəmə kollegiyasının qənaətinə görə 21 yanvar 2009-cu il təvəllüdlü X3 ananın

himayəsində saxlanılmasını qət edən məhkəmələr qanunvericiliyin yuxarıda qeyd olunan
tələblərini tam nəzərə almış, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 28

mart 2016-cı il tarixli qərarında da göstərildiyi kimi qəyyumluq və himayəçilik orqanının rəyi
uşağın kimin yanında saxlanılmasının müəyyən edilməsi üçün mütləq əhəmiyyətə malik
deyildir, həmin rəy digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün
maraqlarını nəzərə almalıdır.

Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində X3

dindirilməməsini göstərsə də, iş materiallarından olan protokollardan müəyyən olunur ki,
23 fevral 2021-ci il tarixli məhkəmə iclasında həmin uşağın izahatı alınmışdır. Məhkəmənin
onun fikrini nəzərə almaması isə uşaqları hər üçünün mənafeləri nöqteyi-nəzərindən
əsaslı olmuşdur.

Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə

ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan
maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı
qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2021-ci il tarixli,

2(105)-555/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni 21 yanvar 2009-cu il
təvəllüdlü X3 İddiaçı xxx qızının yanında saxlanılması hissəsində dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.