2[102]-5438/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5438/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs

qismində “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi”nin Bakı
filialı cəlb edilməklə) razılaşma müqaviləsinə dəyişiklik edilməsi tələbinə dair iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: Müqavilənin dəyişdirilməsi, iddia tələbinin faktiki əsası, lazımi qaydada

imzalanmış müqavilənin şərtlərini tərəfin iradəsinə uyğun olmamasını sübutetmə vəzifəsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa
oğlundan ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
Cavabdeh vəkili X4,
Üçüncü şəxsin vəkili X3 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4340/2021 nömrəli iş üzrə 07 may

2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı
qəbul etdi.

İşin halları
Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 52a saylı evin ümumi

sahəsi 681,3 kv.m., yaşayış sahəsi 353,7 kv.m., yardımçı sahəsi 327,6 1 mərtəbəli fərdi yaşayış evi
Cavabdeh, evin altındakı 0,04045 ha torpaq sahəsi isə dövlətin mülkiyyətindədir və mülkiyyət
hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən 13.08.2013-cü il tarixli Çıxarış verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarına

əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı,
Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi
görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli
istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək,
yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil
məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri
cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır.

Nəsimi rayon İcra Başçısının 03.11.2016-cı il tarixli, 208 saylı sərəncamına əsasən İddiaçı

MMC-yə Bakı şəhəri Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin
kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və
qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin
tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə
verilmişdir.

“Tikinti şirkəti” qismində İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi” qismində Cavabdeh və “İcarəçi”

qismində “Şifa Medikal və X6 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış 24.04.2019-
cu il tarixli razılaşma müqaviləsinə əsasən Cavabdeh 13.08.2013-cü il tarixdə qeydə alınmış və
Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № *******
ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi
istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı
MMC-yə təhvil verməyi, bu müqavilə ilə sənədləşdirilmiş müddətdə və qaydada İddiaçı MMC
tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün
nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ünvan
1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti
və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin
ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi
ünvan 2 ünvanında 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 kv.m. və 2-ci
mərtəbəsində isə 554 kv.m. ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəslərini, lift və
digər yardımçı qurğulara aid sahələri çıxmaqla), cəmi 945 kv.m. qeyri-yaşayış sahəsini içərisi
təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə
uyğun sahəni hesablamaqla Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC
Cavabdeh müvəqqəti sahəni təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq 5000
manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 20 ay ərzində
ödəyir. Qalan vaxtlar icarə haqqı əvvəlcədən hər ayın 1-də həmin ay üçün ödənilir. 30.04.2019-cu il
həmçinin icarə haqqının ödənilməli olduğu ilk ayın başlanğıcı hesab olunmuşdur.

“Tikinti şirkəti” qismində İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi” qismində Cavabdeh və “İcarəçi”

qismində “Şifa Medikal və X6 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış 27.06.2019-
cu il tarixli X1 əsasən tərəflər arasında notarial qaydada imzalanaraq bağlanmış 24.04.2019-cu il
tarixli Razılaşma müqaviləsində Cavabdeh 13.08.2013-cü il tarixdə qeydə alınmış Hüquqların
Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No ******* ilə öz
mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi
istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı
MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə 10.05.2019-cu il olaraq
müəyyən edilmişdir. 10.05.2019-cu il tarixdə “Şifa Medikal və X6 Ticarət Anonim Şirkəti”nin Bakı
filialı obyekti və altındakı torpaq sahəsini boşaldaraq Cavabdeh təhvil vermiş, Cavabdeh da öz
növbəsində 10.05.2019-cu il tarixdə obyekti və altındakı torpaq sahəsini İddiaçı MMC-yə təhvil
vermişdir. Tərəflərin qarşılıqlı razılığı ilə "xxxx" MMC Cavabdeh müvəqqəti sahə ilə təmin etmək
üçün ona kompensasiya şəklində 5000 manat aylıq icarə haqqını ödəməli olduğu ilk ayın başlınğıcı

10.05.2019-cu il tarixi hesab olunmuş və "xxxx" MMC Cavabdeh arasında qeyd edilən
kompensasiya ilə əlaqədar hesablaşmalarda 10.05.2019-cu il tarixi əsas götürmüşdür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4224/2020 saylı,

25.08.2020-ci il tarixli qərarında müəyyən edilir ki, İddiaçı MMC cavabdehlər Cavabdeh və “Şifa
Medikal və X6 Ticarət Anonim Şirkəti”nin Bakı filialına qarşı “müqavilənin və X2nun etibarsız hesab
edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin
17.12.2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin
ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3112/2020
saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli,
2(006)-6987/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali
Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11.03.2020-ci il
tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.10.2020-ci il tarixli pretenziya

məktubunda 24.04.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216
nömrəsi ilə qeyd edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində
olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa
edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi Cavabdeh verilməsinə dair müqaviləyə
dəyişiklik edilməsini təklif olunmuşdur. 10 gün ərzində cavab verilmədiyi təqdirdə, səlahiyyətli
məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat
İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra –

cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh arasında
24.04.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrə ilə qeyd
edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, cavabdehin mülkiyyətində olmuş 681,3 kv.m.
ümumi sahəsi olan fərdi yaşayış evinin (bundan sonra – mübahisəli fərdi yaşayış evi) əvəzinə
MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsinin cavabdehə verilməsi
barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız

hesab olunması barədə məhkəmə mübahisələri olmuş və iddia tələbləri iddia müddətinin
ötürülməsi əsası ilə rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış
evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla cavabdehin ancaq istifadə hüququ
olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi MMC-yə təhvil verilən sahə əslində sənəd üzrə
fərdi yaşayış evidir.

İddiaçı hesab edir ki, cavabdeh ilə aralarında bağlanılmış 24.04.2019-cu il tarixli razılaşma

müqaviləsinə dəyişiklik edilərək ona mübahisəli fərdi yaşayış evinin əvəzinə MMC tərəfindən inşa
edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi verilməlidir. Aldıqları mütəxəssis rəyi ilə
təsdiqlənmişdir ki, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin dəyəri 920000 manat
təşkil edir, onlarda işin bu halını nəzərə alaraq cavabdehə 945,0 kv.m. sahə verilməsi nəzərdə
tutmuşlar. Hazırda göstərilən torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olmaması
təsdiqlənmişdir.

“Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi”nin Bakı filialı birinci

instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini xahiş
etmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret

Anonum Şirketi”ni 3-cü şəxs qismində cəlb etmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən: Şahin Abdullayev) 2(009)-349/2021

nömrəli iş üzrə 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi ya tərəflərin

razılaşması ilə, ya da Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulduğu halda yol verilir. Eyni
zamanda tərəflərdən biri müqavilənin dəyişdirilməsini o halda tələb edə bilər ki, digər tərəf
müqaviləni əhəmiyyətli dərəcədə pozsun.

Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən cavabdehin mülkiyyətində

olan əmlakın texniki göstəriciləri (əmlakın ümumi sahəsi, əmlakın növü və əmlakın altında yerləşən
torpaq sahəsinin mülkiyyət forması) barədə məlumatı olmuş və cavabdehin mülkiyyətindəki əmlaka
dair çıxarış müqavilə bağlanmamışdan qabaq ona təqdim olunmuşdur. Yəni iddiaçı cavabdehlə
razılaşma müqaviləsi bağlayarkən əmlakın ümumi təsivri barədə məlumatlı olmuşdur. Digər

tərəfdən razılaşmadan da göründüyü kimi cavabdeh mülkiyyətində olan əmlakın altındakı torpaq
sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Əksinə
cavabdeh razılaşma müqaviləsinə və razılaşma protokoluna əsasən mülkiyyətindəki əmlakı MMC-
yə təhvil verməsini öhdəsinə götürmüşdür.

Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı müqavilə bağlayarkən cavabdehin mülkiyyətində

olan mübahisəli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə
verilməsinin qeyri-mümkünlüyünü bilməli idi. Yəni iddiaçı tikinti sahəsində ixtisaslaşmış təşkilat kimi
dövlət reyestrindən çıxarış əsasında torpaq sahəsinin mülkiyyət növünü müəyyən etməyi bacaran
şəxsdir. Digər tərəfdən çıxarışda da yaşayış evinin altındakı torpaq sahəsinin dövlət mülkiyyətində
olması konkret göstərilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinə dair
sənədlərin təqdim edilməməsinə istinad edərək müqavilənin dəyişdirilməsini tələb etməkdə haqlı
hesab edilə bilməz. Həm razılaşma müqaviləsində, həm X2nda cavabdehin mülkiyyətindəki
əmlakın altında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin verilməsi ilə bağlı hər hansı
öhdəliyi nəzərdə tutulmamışdır.

Məhkəmə mübahisəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi təqdim edilməsi ilə bağlı

qeyd etmişdir ki, razılaşma müqaviləsindən də görünüdüyü kimi iddiaçı cavabdehin mülkiyyətində
olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu bilmişdir. Eyni zamanda həmin əmlaka
dair çıxarış ona təqdim edilmiş və iddiaçı müqavilə bağlanmamışdan əvvəl cavabdehin
mülkiyyətindəki sahənin yaşayış sahəsi olsa da, qeyri-yaşayıs kimi istifadə olunduğunu bilirdi.
İddiaçı bu halları bilərək müqaviləni bağlamış və müqavilə bağlandıqdan sonra əmlakı iddiaçıdan
təhvil almışdır. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması
halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.

Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir.
Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2-ci

maddələrinə istinadla əsaslandırmışdır.

İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması

barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya instansiyası məhkəməsindəki icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik

edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-4340/2021 nömrəli iş üzrə 07
may2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası

məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya
məhkəməsində iclasın yarısında üçüncü şəxsin nümayəndəsi məhkəmə zalına daxil olaraq, onları
3-cü şəxs qismində işə cəlb etmələrini istəmiş, ilk əvvəl hakim iclasın artıq başlandığını bildirsə də,
iclasın sonuna yaxın nümayəndənin etibarnaməsini alaraq 3-cü şəxs kimi işə qəbul etdiyini və
məhkəmə iclasını bitdiyini, çıxışlara keçdiyini və müddətin bitməsini bildirirək, işi yekunlaşdırdığını
elan etmişdir.

İddiaçının bu dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən ki,

“Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi” Bakı filialı birinci instansiya
məhkəməsinə ərizə (i.v. 59) ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsi həmin şəxsi üçüncü şəxs qismində cəlb etmişdir. 18 fevral

2021-ci il tarixli məhkəmə iclas protokolunun 4-cü səhifəsindən görünür ki, iddiaçının nümayəndəsi
E.Paşayev “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi” Bakı filialının nin
üçüncü şəxs qismində cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir.

Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının 24.04.2019-cu il tarixli müyavilədə dəyişiklik

edilməsi ilə bağlı irəli sürdüyü tələbinin əsassız olması təsdiq olunduğundan, həmçinin müqavilənin
dəyişdirilməsi üçün qanunla müəyyən olunmuş hər hansı hal müəyyən olunmadığından, iddia
tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş,
apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.

İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə
göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsinin qətnaməsində

göstərilir ki, iddiaçı müqavilə bağlayarkən əmlakın fərdi yaşayış evi olması, torpaq sahəsinin isə
dövlətə məxsus olması barədə məlumatlı olmuş və cavabdehin mülkiyyətindəki əmlaka dair çıxarış
müqavilə bağlanmamışdan qabaq ona təqdim olunmuşdur.

Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçının müqavilə bağlayarkən əmlakın qeyri-yaşayış

sahəsi deyil, fərdi yaşayış evi olması, torpaq sahəsinin isə dövlətə məxsus olması barədə
məlumatlı olması qənaətinə gəlinməsi tam əsassızdır. Əgər, iddiaçı əmlakın fərdi yaşayış evi
olması, torpaq sahəsinin isə dövlətə məxsus olması barədə məlumatlı olsaydı cavabdeh ilə
müqaviləni daha yüngül şərtlərlə bağlayardı və daha çox maddi zərərə düşməzdi. Çünki, fərdi
yaşayış evinin mülkiyyətçisi ilə bağlanan müqavilələr ilə qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri
arasında bağlanan müqavilələr bir-birindən tam fərqlidir. Üstəlik torpaq sahəsi də cavabdehə
məxsus deyildir və iddiaçının həmin məsələni bilməməsi müqavilənin daha da ağır şərtlərlə
bağlanmasına səbəb olmuşdur. Həmçinin, cavabdehin torpaq sahəsinin onun mülkiyyətində
olduğunu əminliklə bildirməsi və notarial qaydada bağlanmış müqavilədə həmin sahənin MMC-nin
mülkiyyətinə verməsi barədə öhdəliyi üzərinə götürməsi iddiaçıda əminlik yaratmışdır. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində
yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi
keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Həmçinin, məhkəmələr işin hallarını
araşdırsaydl, bəlli olardı ki, təkcə vacib yanılma təsiri altında yox, həm də aldatma yolu ilə əqd
bağlanılmışdır. Beləliklə, apellyasiya məhkəməsinin iddiaçının müqavilə bağlayarkən əmlakın fərdi
yaşayış evi olması, torpaq sahəsinin isə dövlətə məxsus olması barədə məlumatlı olması,
iddiaçının müqavilə bağlayarkən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin altında
yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin qeyri-mümkünlüyünü bilməli olması,
iddiaçının cavabdehin mülkiyyətində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu
bilərək müqaviləni bağlaması barədə hüquqi mövqeyinin formalaşması və həmin hüquqi
qiymətləndirmə əsasında apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul etməklə
apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324.5, 339.2, 347,
404, 560.1, 560.2-ci və digər maddələrini pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Cavabdehin və üçüncü şəxsin vəkilləri məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini

əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə
məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab
etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya

müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli

dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda
dəyişdirilə və ya ləğv edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin

gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına,

məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və
yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır .

Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan,
aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya)
müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini

bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan
apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas
yoxdur.

Kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı müqavilənin vacib əhəmiyyətli

yanılmanın təsiri altında bağlandığına istinad edir və bu qənaətini onunla əsaslandırır ki, müqavilə
bağlanarkən cavabdeh mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət
mülkiyyətində olmasını bildirməmiş və cavabdeh mübahisəli fərdi yaşayış evini qeyri-yaşayış
sahəsi kimi təqdim etmişdir.

Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, şikayətin dəlillərindən görünür ki, iddiaçı

tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı hallara istinad edir.

Lakin baxılan işdə iddia tələbinin əsası kimi müqavilənin etibarsızlığına deyil, müqaviləyə

dəyişiklik edilməsinə istinad etmişdir. Bu isə Mülki Məcəllədə ayrı-ayrı fəsillərdə nəzərdə tutulmuş,
tamam fərqli iddia tələbinin qanuni əsaslarını təşkil edir.

MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə

qətnamə çıxarır.

Prosessual qanunvericilik iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi qəbul

edilənədək iddia tələbinin həcmini azaltmaq və ya artırmaq hüququ verir. Lakin iddianın əsası və
predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin
verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın
əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir.

İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus

olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə
tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə
etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun
əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının
iradəsindən asılıdır.

İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək

yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki
prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki
iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək,
habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş
tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

Baxılan iş üzrə iddia tələbinin əsası müqavilənin etibarsız hesab edilməsi deyil, dəyişdirilməsi

olmuşdur. Tərəflər arasında etibarsızlıqla bağlı əvvəllər başqa məhkəmə mübahisəsi olmuş və bu
barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır.

Müqavilə bağlanan zaman torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması və

cavabdehin həmin sahəni qeyri-yaşayış sahəsi kimi təqdim etməsi ilə bağlı məhkəmə kollegiyası
qeyd edir ki, tərəflər arasında 24.04.2019-cu il tarixli Razılaşma Müqviləsi və 27.06.2019-cu il tarixli
X2 imzalanarkən müqavilə iddiaçının səlahiyyəti nümayəndəsi tərəfindən imzalanmış, müqaviləyə
MMC-nin möhürü vurulmuşdur.

Belə olan halda müqavilənin düzgünlüyü prezumpsiyası qüvvədərir və iddiaçı MMC lazımi

qaydada imzalanaraq bağlanmış müqavilənin şərtlərinin iddiaçının iradəsinə uyğun olmamasını,
müqavilə şərtlərinin ona fərqli qaydada məlum olmasını sübut etməlidir.

İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edəcək dəlilləri nə birinci

instansiya məhkəməsi, nədəki apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir.

MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri

sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Tərəflər arasında bağlanmış razılaşma protokolunda mübahisəli fərdi yaşayış evi ilə bağlı

mülkiyyəti hüququna dair Çıxarışın nömrəsi və tarixi göstərilmişdir. Belə olan halda həmin
Çıxarışdakı məlumatların hüquqi şəxs olan iddiaçıya məlum olmaması riskini iddiaçı daşıyır.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4340/2021 nömrəli iş üzrə 07 may

2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.