2[102]-5438/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5438/2022

19.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

kassasiya şikayətinin icraata qəbulundan imtina barədə

Ali Məhkəmənin hakimi Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi),

Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1217/2022 nömrəli, 26 may

2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən (Vəkil) verilən kassasiya şikayətini
nəzərdən keçirərək,

Müəyyən etdi:

İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6000 manat əsas borc,

600 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun, ümumilikdə 6630 manat pulun
alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2543/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi

ilə (hakim Q.Paşayev) iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat borcun və 30 manat
dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1217/2022 nömrəli,

xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Zeynalov (sədrlik edən və məruzəçi),
Z.Allahyarov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Cəlilabad
Rayon Məhkəməsinin 2(073)-2543/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş,
Cavabdeh 1400 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.
Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki

Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün
hesab edilməlidir.

Belə ki, hazırkı iş üzrə qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi 1400

manat təşkil edir ki, bu da əmlak xarakterli iddialar üçün qanunda müəyyən olunmuş 5000
manatdan azdır.

MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin

mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə
dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə
qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının
və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının
qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və

407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və
ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək
hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən 
qaytarılır.

Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi

kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu
yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya
şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin maddənin tələbləri

pozularaq prosessual qanunvericiliklə istisna kimi müəyyən olunmuş qətnamədən verilmiş
kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya

şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina
edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə
göndərilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409-cu

maddələrini rəhbər tutaraq

Qərara aldı:

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1217/2022 nömrəli, 26 may

2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən
Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.