2[102]-5454/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5454/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı eyni

tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə

Q Ə R A R İ

(Açar sözlər: pul tələbi, öhdəliyin üçüncü şəxs tərəfindən icrası, iddianın hədləri)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev

Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və
Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə,

Cəfərov Araz Əhməd oğlunun katibliyi,
İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 iştirakı

ilə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)-
4399/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)
tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali
Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən
etdi:

İşin halları:

Cavabdeh "xxxx" ASC ilə bağladığı 11 iyun 2013-cü il tarixli müqavilə ilə bankdan

38115 manat məbləğində kredit almış və öhdəliyinin icrasının təminatı olaraq həmin pul
vəsaiti hesabına aldığı “xxx” markalı *** qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü
etmişdir.

Cavabdeh 13 avqust 2014-cü il tarixli etibarnamə ilə “xxx” markalı *** dövlət

qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2022-ci il tarixədək idarə etmək səlahiyyətini
İddiaçı vermişdir.

X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə

tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum olunmasına dair Bakı
şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə zərərçəkmiş şəxs
(mülki iddiaçı) Cavabdeh təqsirləndirilən şəxs (mülki cavabdeh) X6 və mülki cavabdeh
İddiaçı qarşı mülki iddiasının qismən təmin edilməsi, “xxx” markalı, *** dövlət qeydiyyat
nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına
aparılmış 02 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv
edilməsi və həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması, mülki iddianın qalan
hissədə rədd edilməsi hökm edilmişdir.

"xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli rəyinə əsasən “xxx” markalı avtomobilin

2014-2020-ci illər üzrə hər bir ildə aylıq ortalama kirayə (icarə) haqlarının bazar dəyərinin
müəyyən edilməsi barədə rəyə əsasən 2013-cü il buraxılış ili olan “xxx” markalı nəqliyyat
vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750
manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400
manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh

tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş “xxx” minik markalı, *** (10UM505)
dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı tərəfindən ödənilmiş 77063 manat
məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun və 30
manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı məxsus 77063 manat pulun

müqabilində “xxx” minik markalı avtomobili əldə etməklə əsassız olaraq varlanmışdır. Belə
ki, iddiaçı 2013-cü ildə özünə məxsus olmuş “xxx” markalı avtomobilini satdıqdan sonra,
yeni avtomobil almaq üçün rəfiqəsi olmuş cavabdehlə birlikdə “xxx” Bakı Mərkəzinə
getmiş, orada 49500 manat dəyərində olan “xxx” markalı avtomobili bəyənmiş, avtomobili
nağd şəkildə almaq iqtidarında olmadığından kreditlə almaq qərarına gəlmişdir. Lakin
iddiaçının "xxxx" ASC-də borcu olduğundan krediti öz adına rəsmiləşdirə bilməmiş,
cavabdehlə birlikdə "xxxx" ASC-nin Nəsimi rayon filialında kredit müqaviləsini sonuncunun
adına bağlamışdır. İddiaçı cavabdehin adına aldığı avtomobilə görə ilkin ödəniş kimi 11500
manat pul ödəmiş, “xxx” markalı avtomobilə öz köhnə avtomobilinin nömrəsinə uyğun ***
dövlət qeydiyyat nişanını almışdır. Sonradan uzun müddət maşının kreditini ödəyə
bilməmiş, bununla bağlı bank iddiaçını narahat etməyə başlamış və o, Moskvada yaşayan
əmisindən pul istəmiş, əmisi xxx 24 oktyabr 2017-ci il tarixdə ona 10000 ABŞ dolları və
1000 manat pul göndərdikdə, avtomobilinin kreditini tam bağlamışdır. Bundan sonra
iddiaçı dəfələrlə avtomobilin onun adına keçirilməsi ilə əlaqədar cavabdehə müraciət etsə
də, sonuncu bundan yayınmışdır. İddiaçının əri xxxv iddiaçının iştirakı olmadan
etibarnamə əsasında avtomobili onun adına rəsmiləşdirilmiş, avtomobilə yeni 10UM505
dövlət qeydiyyat nişanını almışdır. 2017-ci ilin fevral-mart aylarında iddiaçıya məlum
olmuşdur ki, avtomobilin addan ada keçirilməsi qeyri-qanuni yolla baş tutmuş, bununla
bağlı xxxv barəsində cinayət işi başlanılmışdır. Həmin hadisələrin cərəyan etdiyi dövrdə
iddiaçının hamiləliyin axırıncı aylarında olmuş, stress yaşamış, mənəvi zərərə məruz
qalmışdır.

İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan

Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair
ərizə ilə məhkəməyə müraciət edərək, “xxx” markalı *** dövlət qeydiyyat nişanlı nəqliyyat
vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi
111850 manatın, 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə
dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxx” minik markalı avtomobil Cavabdeh

tərəfindən öz istifadəsi üçün kreditlə əldə edilmiş, avtomobilin dəyərinin ilkin ödənişi məhz
onun tərəfindən ödənilmiş, qalan məbləğin ödənilməsi üçün kredit alınmış, bu zaman
qanunvericilikdə nəzərdə tutulmuş rəsmiləşdirmələr aparılmış və nəqliyyat vasitəsini məhz
o idarə etmişdir. 06 mart 2014-cü il tarixdə “xxx” minik markalı avtomobili idarə edərkən
baş vermiş yol nəqliyyat hadisəsindən sonra həmin nəqliyyat vasitəsinə Cavabdeh marağı
itmiş və sığorta şirkəti tərəfindən təmir bitdikdən sonra o, həmin nəqliyyat vasitəsini
satmaq qərarına gəlmişdir. Nəqliyyat vasitəsinin satışı barədə yaxın rəfiqəsi olmuş İddiaçı
ilə razılıq əldə edilmiş, razılığa əsasən sonuncu nəqliyyat vasitəsinə görə 8000 manat
vəsaiti buna maddi imkanı olanda hissə-hissə ödəməli, bank qarşısında yüklü edilmiş
nəqliyyat vasitəsinin kredit borcunu ödəməli, Cavabdeh isə İddiaçı etibarnamə verməli,
kredit tam ödənildikdən və Cavabdeh ödənilməli olan 8000 manat ödənildikdən sonra
nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilməli idi. Nəqliyyat vasitəsi təmirdən çıxdıqdan
sonra Cavabdeh onu idarə etmək üçün İddiaçı 13 avqust 2014-cü ildə notarial etibarnamə
vermişdir. Bundan sonra nəqliyyat vasitəsini İddiaçı istifadə etməyə başlamış, bank
qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu Cavabdeh ödəməmişdir.
İddiaçı ona ödəməli olduğu vəsaiti yaxın rəfiqə olduqlarına görə tələb etməmişdir. 2017-ci
ilin təxminən oktyabr aylarında bankdan Cavabdeh ilə əlaqə saxlanılmış və kredit üzrə
borcun mövcud olması, kredit üzrə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi

bildirilmişdir. Cavabdeh tərəfindən dərhal İddiaçı ilə əlaqə saxlanılmış, sonuncu öz
növbəsində maddi imkanının olmamasını və borcu ödəməkdə çətinlik çəkdiyini bildirmiş,
ondan yardım istəmişdir. Cavabdeh məhkəməyə verilməməsi üçün sonradan ya nəqliyyat
vasitəsinin, ya da ki, İddiaçı yeganə vərəsəsi olduğu nənəsinin mənzili satıldıqdan sonra
həm nəqliyyat vasitəsinə görə ona ödənilməli olan 8000 manatı, həm də borcun
ödənilməsi üçün gərəkli olan vəsaiti geri ala biləcəyini düşündüyündən, borcun tam
ödənilməsi üçün 17300 manatı ona vermişdir. Bank qarşısında yüklü edilmiş nəqliyyat
vasitəsinin kredit borcu 24 oktyabr 2017-ci il tarixində tam ödənilsə də, İddiaçı Cavabdeh
ödənilməli olan vəsaiti ödəməkdən yayınmış, nəticədə münasibətlər gərginləşmiş və faktiki
olaraq bitmişdir. Cavabdeh ödənilməli olan vəsaitin tələb edilməsi üçün İddiaçı ilə əlaqəyə
çıxmağa cəhd etsə də, bu mümkün olmamışdır. Sonradan Cavabdeh məlum olmuşdur ki,
İddiaçı tərəfindən ona ödənilməli olan vəsaitin ödənilməməsinə baxmayaraq, nəqliyyat
vasitəsi

saxta

sənədlər

əsasında

onun

adından

çıxarılaraq

İddiaçı

adına

rəsmiləşdirilmişdir. Cavabdeh şikayəti əsasında İddiaçı xeyrinə saxta rəsmiləşdirmə
aparılması ilə bağlı sonuncunun əri X7 Azərbaycan Respublikası CM-in 320.1 və 322.1-ci
maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun və digər
təqsirli şəxslərin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il
tarixli hökmü çıxarılmış, “xxx” markalı *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta
etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış 02 fevral 2018-ci il tarixli
alqı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv edilmiş, həmin avtomobilin mülkiyyətçi
Cavabdeh qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət
Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ilə X5 və X4 Azərbaycan Respublikası CM-
in 320.1 və 322.1-ci maddələri ilə, X1 Azərbaycan Respublikası CM-in 320.1ci maddəsi ilə
məhkum olunmalarına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il
tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Nəqliyyat vasitəsi uzun müddətdir ki, xüsusi
duracaqda saxlanılır. Nəqliyyat vasitəsi 2014-cü ilin avqust ayından İddiaçı istifadəsində
olmuş, məhz həmin tərəfin hərəkətləri nəticəsində ondan istifadə mümkün olmamaqla
xüsusi duracaqda saxlanılmışdır. 2013-cü il buraxılış ili, qara rəngli, sedan tipli “xxx”
markalı nəqliyyat vasitəsinin və ya onunla eyni seqment və sinifdə olan digər markalı
nəqliyyat vasitəsinin 2014-2020-ci illər üzrə hər bir ildə aylıq ortalama kirayə (icarə)
haqlarının nə qədər olması barədə rəy verilməsi üçün "xxxx" MMC-nə müraciət edilmiş və
26 oktyabr 2020 tarixli rəyə əsasən 2013-cü il buraxılış ili olan “xxx” markalı nəqliyyat
vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750
manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400
manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir.
Beləliklə 2014-cü il avqust ayından 111850 manat vəsait Cavabdeh ödənilməlidir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-

1549/2020 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı
iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)
Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, 33027,92 manatın və dövlət rüsumu
kimi ödənilmiş 13 manatın, cəmi 33040,92 manat məbləğində pulun Cavabdeh tutularaq
İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, ilk iddia üzrə cavabdeh
(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə
cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi işin mübahisələndirilən hallarını yoxlamaq məqsədi ilə

işdə olan materiallara nəzər salmaqla hesab etmişdir ki, ilk öncə mübahisəli nəqliyyat
vasitəsinin kimin tərəfindən əldə edildiyi halı araşdırılmalıdır. Belə ki, məhkəmənin gəldiyi
qənaətə görə avtomobilin Cavabdeh tərəfindən əldə edilməsi daha məntiqli görünür və
həmin fakt işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, “xxx” markalı ***
dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə ilk iddia üzrə cavabdeh
tərəfindən bağlanmış kredit və ipoteka müqavilələri mülki, bank və notarial əməliyyatları
qanunvericiliyinin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi iş materiallarına əsasən
öz təsdiqini tapmışdır. Həmin müqavilələrin etibarsız hesab edilməsi ilə əlaqədar hər-hansı
tələblə məhkəməyə müraciət olunmamışdır.

Məhkəmə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanmadığı qeyd

edərək hesab etmişdir ki, mübahisə əsassız varlanma haqqında normalara əsasən həll
edilməlidir. Belə ki, Cavabdeh müvafiq məbləğ (8000 manat) və banka edilməli olan aylıq
ödənişlər müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. İlkin ödəniş
qismində ödənilməli olan 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə
ödənilməsi faktı öz təsdiqini tapmasa da, Cavabdeh izahatında etiraf etdiyinə əsasən
müəyyən edilmişdir ki, o, banka avtomobilə görə 2014-cü ilin avqust ayından 2016-cı ilin
sentyabr ayına qədər ödənişləri etməmişdir. İş materiallarında olan 14 avqust 2014, 01
sentyabr 2014, 19 sentyabr 2014, 17 dekabr 2014, 27 yanvar 2015, 17 fevral 2015, 13
may 2016, 04 iyul 2016 və 27 fevral 2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, 11
iyun 2013-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə müvafiq olaraq cəmi 15790 manat pul
ödənilmişdir. Bundan başqa iş materiallarında olan **********9 nömrəli kassa mədaxil
orderindən görünür ki, 24 oktyabr 2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh borcunun
ödənilməsi üçün 17237,92 manat məbləğində pul “X10 Edilməsi Agentliyi” MMC-nin
hesabına köçürülmüşdür. İlk iddia üzrə cavabdeh göstərilən məbləğin İddiaçı tərəfindən
banka aparıldığını etiraf etsə də, həmin pulu anası Zərifənin yanında yaşadığı evdə banka
ödəmək məqsədi ilə İddiaçı özünün verdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd
edilən xüsusatlar əsassızdır və mülahizə xarakteri daşımaqla öz təsdiqini məhkəmə baxışı
zamanı tapmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh
avtomobilin üzərində mülkiyyət hüququnu bərpa etməklə ilkin iddia üzrə iddiaçının
hesabına 33027,92 manat (15790 manat + 17237,92 manat) məbləğində əsassız
varlanmışdır.

Məhkəmə cavabdehin ilkin iddiaya etiraz ilə əlaqədar göstərmişdir ki, qanuni

qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli
hökmü ilə İddiaçı mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququnu
itirmiş və bununla da faktiki olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək
hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız
varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddiaya kəsici
müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur.

Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, obyekti nəqliyyat

vasitəsi olan digər əqdlər kimi bəhs edilən kirayə münasibətləri yazılı qaydada müqavilə
bağlanmaqla rəsmiləşdirilməli, kirayə haqqının hansı məbləğdə və qaydada ödənilməli
olduğu isə bu müqavilədə göstərilməli idi. Məhkəmə hesab etmişdir ki, sözügedən icarə
haqqının məhz kirayə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda,
hər-hansı ekspert rəyinə istinad etməsi yolverilməzdir. İddiaçı Cavabdeh məxsus “xxx”
markalı *** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2022-ci il tarixədək idarə etmək
səlahiyyətinə 13 avqust 2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında
etibarnaməyə əsasən malik olduğundan, onun həmin avtomobildən istifadə etməsi qanuni
olmuşdur. Avtomobilin qalan müddət ərzində cərimə meydançasında saxlanması isə
Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə X7 və qeyriləri barəsində aparılan
ibtidai və məhkəmə araşdırmaları çərçivəsində, daha sonra isə avtomobilin üzərinə həbs
qoyulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli
qərardadına əsasən həyata keçirilmişdir. Beləliklə, Cavabdeh mülkiyyətçisi olduğu “xxx”
markalı, *** dövlət qeydiyyat nişanlı avtomobildən uzun müddət ərzində istifadəsinin
mümkün olmamasında cavabdehin təqsirli olduğu, onun tərəfindən hər hansı hüquqa zidd
əmələ yol verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti

verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-
1549/2020 nömrəli qətnamənin ilkin iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin
hissədə də iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilən hissədə ləğv edilməsi və
qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli,

2(103)-4399/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə,
hakimlər A.Ə.İsgəndərovdan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh
(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı
şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-1549/2020 nömrəli
qətnaməsi ləğv edilmiş və ilkin iddia qismən təmin edilərək, Cavabdeh 33027,92 manatın
və dövlət rüsumu kimi ödənilmiş 13 manatın, cəmi 33040,92 manatın alınaraq İddiaçı
ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “pul”
tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbinin faktiki

əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya
əlamətləri ilə uzlaşsa da məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol
vermişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qanuni əsasını Mülki
Məcəllənin 1091 və 1092.1-ci maddələri olduğunu zənn edərək, hazırki mübahisəyə
həmin normaları tətbiq etmiş və bununla da səhvə yol vermişdir. Çünki, ilk iddia üzrə
cavabdehin iddiaçının hesabına əsassız varlandığı iş materialları ilə təsdiq olunmur.
Məhkəmə öhdəliyinin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icra edilməsinə dair
Mülki Məcəllənin 421.1, 421.3-cü maddələrinə istinad etməklə göstərmişdir ki, ilk iddiaçı
cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu
kimi cavabdehin razılığı tələb olunmasa da, etiraz da etməmişdir. İlk iddiaçının həmin
tələb üzrə cavabdehin bank qarşısında olan öhdəliyinə görə 33027,92 manat ödəməsi
işin mübahisəsiz halıdır, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı da qarşılıqlı
iddiaçının nümayəndəsi və vəkili bu halı təkzib etməmişdir. Demək, ilk iddiaçının üçüncü
şəxs kimi kreditoru təmin etməsi mübahisə doğurmadığından bankın Cavabdeh qarşı olan
tələb hüququ avtomatik olaraq ona keçmiş olur ki, o, da bu hüququndan istifadə edərək
məhkəmədə hazırki ilk iddianı irəli sürmüşdür. Düzdür, ilk iddiaçı cavabdehin onun
hesabına əsassız varlandığını düşünə bilər. Ancaq məhkəmənin tərəflərin qarşılıqlı
münasibətlərinə uyğun maddi hüquq normalarını tətbiq etmək vəzifəsi vardır. Ona görə də
birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin olunmalı olduğu hissədə düzgün
nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyi üçün qətnamə
ləğv edilməli, lakin iddia yenə də qismən təmin edilməlidir.

Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki,

qarşılıqlı İddiaçı 13 avqust 2014-cü ildən 29 sentyabr 2022-ci il tarixədək həmin
avtomobili idarə etmək səlahiyyəti vermişdir. Tərəflər arasında həmin avtomobilin kirayə
yaxud icarəyə verilməsinə dair hansısa müqavilə olmamışdır. Bu da işin mübahisəsiz
halıdır. Ancaq qarşılıqlı iddiaçı hesab edir ki, ən azından 2014-cü ilin avqust ayından
2018-ci ilin aprel ayınadək İddiaçı əvəz (kompensasiya) ödənilmədən ondan
faydalanması haqqa-ədalətə uyğun deyil. Mübahisə predmeti olan avtomobillə bağlı
tərəflər arasında hansı münasibətlərin, başqa sözlə hansı razılaşmaların olduğunu birinci
instansiya məhkəməsi müəyyən etmiş və tərəflərin heç biri bunu mübahisələndirmir.
Mübahisələndirilən hal budur ki, qarşılıqlı iddiaçı da avtomobilin ilk iddiaçının istifadəsində
olduğu dövr üçün sonuncunun istifadə (kirayə) haqqı, yaxud hansısa formada
kompensasiya ödəməli olduğunu bildirir. Göründüyü kimi, qarşılıqlı iddiaçının iddiasının
əsasını yalnız ilk iddiaçının göstərilən dövrdə həmin avtomobildən istifadə etməsinə və
duracaqda qalmasına görədir. Lakin bu əsasla qarşılıqlı iddia təmin edilə bilməz. Çünki,
yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında razılaşma avtomobildən kirayə məqsədilə
istifadə edilməsi ilə bağlı olmamışdır. Belə ki, Cavabdeh şikayətində göstərdiyi kimi qarşı
tərəfdən avtomobilin faktiki aşındığına, köhnəltdiyinə yaxud dəyərinin azaldığına görə pul
tələb etməmişdir. Başqa sözlə, qarşılıqlı iddianın əsası həmin avtomobildən ilk iddiaçının
istifadə etməsinə görə ondan pul tələb etməsi ilə bağlıdır. Yəni, qarşılıqlı iddiaçı
şikayətində ilk iddiaçının avtomobilin aşınmasına və köhnəlməsinə ona kompensasiya
ödəməli olduğunu bəyan edirsə, ilk növbədə bu cür iddiası olmalı idi. Ancaq qarşılıqlı
iddia bununla bağlı olmamışdır. Ona görə də, qarşılıqlı iddiaçının qeyd olunan əsasla,
yəni avtomobilin istismarı və köhnəlməsi ilə bağlı iddiası olardısa, qeyd olunan dəlillərlə

bağlı məhkəmə tədqiqi aparıla bilərdi. Ona görə də məhkəmə nəqliyyat vasitəsindən
etibarnamənin verildiyi avqust 2014-cü ildən nəqliyyat vasitəsinin duracağa qoyulduğu
aprel 2018-ci tarixləri arasında qarşılıqlı iddiaçının bəyan etdiyini faydalanma kimi nəzərə
ala bilməzdi və məhz bu cür qarşılıqlı iddia üzrə gəlinən nəticə də qarşılıqlı iddiaçının
bəyan etdiyi kimi haqq-ədalət (bərabər mənafelərə bərabər münasibət) tələblərinə zidd
ola bilməzdi.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları:

a) Kassasiya şikayətinin dəlilləri

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti

verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli,
2(103)-4399/2021 nömrəli qətnaməsini qismən, yəni ilk iddianın təmin olunmuş
hissəsində, qarşılıqlı iddianın isə rədd olunmuş hissəsində ləğv edilməsi və həmin
hissələrdə işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə
göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya

şikayəti

onunla

əsaslandırılmışdır

ki,

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul
edilmişdir. Belə ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini qismən
mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi işə baxılmanın hədlərindən
kənara çıxaraq qətnaməni tam ləğv etmiş, nəqliyyat vasitəsinin kim tərəfindən alınması
məsələsini tam araşdırmamış, əsassız olaraq MM-in 421.3-cü maddəsinə istinad etmiş,
MM-in 431.3-cü maddəsinin düzgün tətbiq etməmiş, 13 avqust 2014-cü ildə verilmiş
nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında notarial etibarnamə, alqı-satqı barədə əqdi
pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olduğu halda, MM-in 340.2-ci maddəsini
tətbiq etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən
avtomobilin uzun müddət istifadəsi nəticələrini nəzərə almayaraq, əsassız olaraq qarşılıqlı
iddianı rədd etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh

vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə
kollegiyasından xahiş etmişdir.

Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclasına
gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər
tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri:

Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə

kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan
apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi
qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya

instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki,
işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə
mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia qismən təmin edilsə də,

həmin tələb üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətində irəli
sürülmüş tələbə uyğun olaraq hazırki kassasiya baxışının hədlərini apellyasiya
instansiyası məhkəməsi qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsi, habelə
qarşılıqlı iddianın rədd olunmasının qanuniliyinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyasının
60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının

məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin

(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş
görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun
isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu

Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna
olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu

hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli
gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun
əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla
bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra

yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi
yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə,
tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin

rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,
işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət
verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında

tədqiq olunmuş sübutlarla əsaslandırır.

218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə

qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən

kənara çıxa bilər.

416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət

həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları
müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən səlahiyyətləri çərçivəsində

işin faktiki hallarına hüquqi qiymət verilmiş, müəyyən etdiyi hallara maddi hüquq
normalarını tətbiq etməklə qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası
apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razıdır.

Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya

instansiyası məhkəməsi işə baxarkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun
olaraq apellyasiya baxışının hədlərini müəyyən etmiş, birinci instansiya məhkəməsi
tərəfindən maddi hüquq normasının pozulmasını müəyyən etdiyindən qətnaməni ləğv
etmiş və iş üzrə yeni qətnamə qəbul etmişdir. Kassatorun apellyasiya instansiyası
məhkəməsi tərəfindən apellyasiya hədlərindən kənara çıxmasına dair dəlili hazırki
qətnamənin ləğvi üçün əsas ola bilməz.

Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi əsaslı olaraq mübahisəyə öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair
maddi hüquq normalarının tətbiq etmişdir. Belə ki, müəyyən olunur ki, ilk iddiaçının tələbi
onun həmin tələb üzrə cavabdehin banka olan öhdəliyinin icrasından irəli gəlir. Belə olan
halda, İddiaçı Cavabdeh kredit borcunun ödənilməsi məhkəmələr tərəfindən müəyyən
edildiyindən, MM-in 431.1 və 431.3-cü maddəsinə əsasən onun həmin pulu reqress
qaydasında tələb etmək hüququ yaranmışdır.

MM-in 431.3-cü maddəsinin hazırki işə tətbiqinin qeyri-mümkün olmasına dair

kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qanunun həmin
normasının 2-ci cümləsi yalnız həmin maddənin 1-ci cümləsində göstərilən hallara deyil,
431.1-ci maddəsinə də tətbiq olunmalıdır. Əks yanaşma öhdəliyi könüllü icra etmiş üçüncü
şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına, öhdəliyi icra etməmiş
borclunun isə hüquqlarından sui-istifadəsinə gətirib çıxaracaqdır.

Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnamənin

əsaslandırıcı hissəsində MM-in 421.3-cü maddəsini qeyd etməsini texniki (mexaniki) səhv
kimi qiymətləndirir. Belə ki, qətnamənin mətnindən də müəyyən olunur ki, məhkəmə faktiki
olaraq MM-in 431.3-cü maddəsinin məzmununa istinad etmişdir. Odur ki, kassasiya
şikayətinin bununla bağ dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz.

Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd olunmasına dair apellyasiya

instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin iddianın
təmin edilməsi istinad olunan əsasa görə (avtomobildən istifadəyə görə icarə haqqının
tutulması) qeyri-mümkündür. Belə ki, tərəflər arasında icarə münasibətlərinin olması
məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Avtomobilin ilkin iddia üzrə iddiaçının
(qarşılıqlı

iddia

üzrə

cavabdehin)

istifadəsində

olduğu

müddətdə

aşınmasının

kompensasiya olunması isə verilmiş iddiadan kənardadır, həmin əsas üzrə birinci
instansiya məhkəməsində araşdırma aparılmamış və bu əsas üzrə apellyasiya

məhkəməsində qətnamənin qəbul edilməsi MPM-in 218.3-cü maddəsinin tələblərinin
pozulmasına səbəb olacaqdır. Apellyasiya instansiyası məhkəməsinin izah etdiyi kimi,
qarışlıqlı iddia üzrə iddiaçı həmin əsasla yeni iddia verəcəyi təqdirdə, məhkəmələr
tərəfindən tədqiq edilə bilər.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər
arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq
normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
Kassasiya şikayətinin digər dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının
araşdırılması ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə
araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli,
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş

kassasiya şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli,

2(103)-4399/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilkin iddianın təmin olunmuş
hissəsində, qarşılıqlı iddianın isə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.