2[102]-5455/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5455/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçılar İddiaçı və xxx oğlunun cavabdehlər Cavabdeh, X2, X15, X4, X8, X9 qarşı “qeyri-

yaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi”

tələblərinə dair iddia ərizəsi üzrə

Q Ə R A R İ

(Açar sözlər: mülkiyyətin müdafiəsi, məcburi köçkünün başqasının mülkiyyətində olan

sahədən çıxarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev

Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və
Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə,

Cəfərov Araz Əhməd oğlunun katibliyi,
Cavabdeh vəkili Vəkil2 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-
1528/2021 nömrəli qətnaməsindən iddiaçılar və Cavabdeh tərəfindən ayrı-ayrılıqda

verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin
inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi:

İşin halları:

ünvan 1 ünvanda yerləşən 0,183340 ha torpaq sahəsi İddiaçı, ünvan 1 ünvanda

yerləşən 0,0063 ha torpaq sahəsi və onun üzərində olan 49.10 kv.m. qeyri-yaşayış binası
xxx oğlunun xüsusi mülkiyyətindədir.

Qeyd olunan qeyri-yaşayış sahəsində və torpaq sahəsinin bir hissəsində Cəbrayıl

rayonundan məcburi köçkün olan Cavabdeh öz ailə üzvləri ilə birlikdə məskunlaşmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçılar İddiaçı və xxx oğlu cavabdehlər Cavabdeh, X2, X15, X4, X8, X9 qarşı

iddia ərizələri ilə, həmin iddialar birinci instansiya məhkəməsində bir icraatda
birləşdirildikdən sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət
edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində
olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin
dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış
sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış
sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və
istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

İddialar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma

və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən
verilmiş 29 may 2019-cu il tarixli 36 saylı obyektin tikintisinə icazəyə əsasən İddiaçı
təsisçisi olduğu "xxxx" MTK-ya yuxarıda qeyd edilən torpaq sahələrində yaşayış binasının
tikintisi üçün icazə verilmişdir. Lakin Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətçi torpaq
sahəsinin bir hissəsindən qanunsuz istifadə etdiyindən, iddiaçılar mülkiyyətində olan
daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir və nəzərdə tutulmuş
tikinti işlərinin həyata keçirilməsində süni maneələrlə rastlaşır.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il, 2(006)-1784/2020

nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddialar təmin edilmiş, cavabdehlər Cavabdeh,
X1, X13, X3 (övladları X16, X22 ilə birlikdə), X5, X6 (övladları X11, X7 ilə birlikdə) ünvan
2 ünvanda yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında
yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, cavabdehlər
Cavabdeh, X1, X13, X3 (övladları X16, X22 ilə birlikdə), X5, X6 (övladları X11, X7 ilə
birlikdə) ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən, torpaq sahəsində olan tikililərdən
və 66A ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, ünvan 2 ünvanda
yerləşən torpaq sahəsinin, torpaq sahəsində olan tikililərin və 66A ünvanda yerləşən
qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçilər xxx oğluna və İddiaçı təhvil verilməklə,
onların mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüquqlarının) bərpa olunması qət
edilmiş, bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi
tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qeyd
edilmişdir.

Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu

maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, “Qaçqınların və Məcburi
Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında” Azərbaycan Respublikası
Qanununun 17-ci maddəsinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin
sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə,
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı” insan hüquqları və əsas azadlıqların
müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin

presedentlərinin

tətbiqi

haqqında”

Azərbaycan

Respublikası

Ali

Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa
Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa
Məhkəməsinin presedent hüququna, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə
əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi
köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na, “Məcburi köçkün ailələrinin
mənzil məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1346 saylı 21 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və
məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə istinad
edərək hesab etmişdir ki, mübahisələndirilən sahələr iddiaçıların mülkiyyətində
olduğundan cavabdehlərin həmin sahələrdə məskunlaşması və çıxmamaları hazırki
vəziyyətdə mülkiyyətçilərin hüquqlarını pozduğu üçün onların bu hüquqlarının həyata
keçirilməsinin təmin etmək məqsədi ilə iddiaları təmin edilməlidir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11

iyun 2020-ci il, 2(006)-1784/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı rədd
edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli,

2(103)-1528/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə,
hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş
apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun
2020-ci

il,

2(006)-1784/2020

nömrəli

qətnaməsi

dəyişdirilmədən

saxlanılmış,

cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmalarının onların
Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan
sonra həyata keçirilməsi qeyd olunmuşdur.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni

əsaslı saymış və qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar
qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə hesab etmişdir ki, birinci instansiya
məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və
prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və
tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş
sübutlarla əsaslandırılmışdır.

Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, birinci

instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə qətnamənin cavabdehlərin
Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunmaları
üçün əsas olduğunu qeyd etmiş, qətnamə həmin hissədə iddiaçılar tərəfindən
mübahisələndirilməmişdir. Bununla bağlı məhkəmə dəqiqləşdirmə apararaq hesab
etmişdir ki, cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları
onlar Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin
olunduqdan sonra həyata keçirilməlidir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları:

a) Kassasiya şikayətinin dəlilləri

İddiaçılar İddiaçı və xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya

Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli

qətnaməsinin dəyişdirilməklə, qətnamənin nəticə hissəsində “Cavabdehlərin hazırkı
qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və X10 üzrə
Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilsin.”
müddəalarının xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi

qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, mövcud
olmayan tələb üzrə cavabdeh olmayan Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı
qətnamə qəbul etmiş, bununla da qətnamənin icra olunmaması təhlükəsini yaratmışdır.

Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin

Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsinin ləğv
edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul
edilmiş, cavabdehin mübahisələndirilən ərazidə 1993-cü ildən məskunlaşması, orada
abadlıq işlərini aparmasını nəzərə almamışdır. Cavabdehlərin yeni mənzillə təmin
olunmadıqları və kompensasiya ödənilmədiyi halda iddanın təmin edilməsi qanunsuzdur
və cavabdehlərin hüquqlarını pozur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 tərəflərin mübahisəni

məhkəmədən kənar həll etdiklərini, cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin
edilmələrini bildirmiş, lakin kassasiya şikayətindən imtina etmək səlahiyyətində olmadığı
üçün kassasiya şikayətlərinin həllini məhkəmənin səlahiyyətinə buraxmışdır.

Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq, iddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərin
iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası
Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən
tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri:

Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə

kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan
apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi
qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya
instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki,
işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə
mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

İddiaçılar

cavabdehlər

apellyasiya

məhkəməsinin

qətnaməsini

tam

mübahisələndirdiyindən,

kassasiya

baxışının

hədlərini

apellyasiya

instansiya

məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və

dövlət tərəfindən müdafiə olunur.

29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir

növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla
qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,

bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət
qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə
daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan
hallarda qeydə alınmalıdır.

139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib
edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140-cı

maddəsinə

əsasən

reyestrin

məzmununun

qeyri-dəqiqliyi

sübuta

yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd
əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən
şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə
edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka

(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə
dövlət tərəfindən tanınan və qorunan hüququdur.

157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz

əmlakını geri tələb edə bilər.

165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə

pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların
davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq

sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar
istisna olmaqla, icazə verilmir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”

Azərbaycan Respublikası Qanununun

5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün
yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı
binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda
məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali
sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş
düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab
verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol
verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar
mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış
məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

“Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu

haqqında” Azərbaycan Respublikası Qanununun

17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi

yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və

faktlar əsasında həyata keçirilir.

9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin

etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,
onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət
verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında

tədqiq olunmuş sübutlarla əsaslandırır.

416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət

həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və

ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

iddia təmin edilərkən düzgün nəticəyə gəlinsə də, qətnamənin icrası ilə bağlı əlavə qeyd
edilməklə maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

İlk olaraq qeyd edilməlidir ki, cavabdehin vəkilinin izahatına əsasən tərəflər

arasında olan hazırki mübahisəyə barışıq yolu ilə son qoyulsa da, bununla bağlı kassasiya
məhkəməsinə rəsmi hər hansı sənəd daxil edilmədiyindən, o cümlədən tərəflər kassasiya
şikayətlərindən imtina etmədiklərindən həmin şikayətlərə mahiyyəti üzrə baxılmalıdır.

Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki,

apellyasiya instansiyası məhkəməsi eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə
hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır.

Belə ki, mübahisələndirilən torpaq sahələri və qeyri-yaşayış sahəsi iddiaçıların

mülkiyyətində olmaqla dövlət qeydiyyatına alınmış, cavabdeh isə həmin sahədən istifadə
hüququnun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda,
iddianı təmin etməkdən ibarət işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyi
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci
maddələrin dispozisiya şərtlərinə uyğun olmuşdur.

Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin

ləğvi üçün əsas deyildir.

İddiaçıların isə kassasiya şikayətini məhkəmə kollegiyası əsaslı hesab edir.
Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrası ilə bağlı apellyasiya

məhkəməsinin etdiyi dəqiqləşdirmə, iddiaçıların yuxarıda qeyd olunan hüquqlarını
pozmaqla yanaşı, dövlətin adından çıxarılmış qətnamənin icrasına maneə yaradır. Belə ki,
həmin qeydlə qətnamənin icrası hazırki işdə cavabdeh olmayan Azərbaycan Respublikası
Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin hərəkətlərindən asılı edilir.

Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayəti

təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan
onun icrası ilə bağlı əlavə edilmiş müddəa çıxarılmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçılar İddiaçı və xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli,

2(103)-1528/2021 nömrəli qətnaməsinin məzmunundan cavabdehlərin hazırkı qətnamə
əsasında mübahisəli ünvandan çıxarılmalarının onların Qaçqınların və X10 üzrə Dövlət
Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməsinə dair
müddəa xaric edilsin.

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli,

2(103)-1528/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə (iddianın təmin
olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.