2[102]-5480/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5480/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

(kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev

Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan
ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3378/2022 nömrəli, 04

may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini
nəzərdən keçirərək,

müəyyən etdi:

Cavabdeh (Vəkil tərəfindən tərtib edilmiş) Bakı Apellyasiya Məhkəməsinin Mülki

kollegiyasının 2(103)-3378/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən
kassasiya şikayəti vermişdir.

Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan

Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün
hesab edilməlidir.

Belə ki, Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya

şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

Cavabdeh kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə

edilməmişdir.

MPM-nin 404-1.2-ci maddəsinə görə, işə kassasiya qaydasında baxmaq üçün

prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair
qərardad qəbul edilir.

MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş

qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə
kassasiya şikayəti qaytarılır.

Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-

408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya
instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-

mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya
Məhkəməsinə göndərilməlidir.

Göstərilənlərə əsasən MPM-nin 404-1.1, 404-1.2, 407.4, 408.1.1, 408.1.3, 408.1.5,

408.2-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3378/2022

nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya

Məhkəməsinə qaytarılsın.