2[102]-5496/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5496/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk,

Cavabdeh İddiaçı qarşı “binanın çirkab su borularının təmir edilməsinin cavabdehin

şəxsi hesabına təmin edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə

Q Ə R A R İ

Açar sözlər: maddi ziyan tələbi, sübutetmə yükü

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa
oğlundan ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
İddiaçı, vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə,
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-115/2021 nömrəli iş üzrə 12 fevral

2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr

2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi.

İşin halları
Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı

İdarəsi tərəfindən verilmiş 06.01.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki,
ünvan 1, mənzil 49 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu
barədə 58 saylı reyestr kitabının 8705 nömrəli vərəqində, 30/30028 nömrə ilə qeydiyyat
aparılmışdır.

151 saylı MKİS-in rəisi Y.F.Allahverdiyev tərəfindən 13 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş

aktın surətindən görünür ki, ünvan 1, mənzil 49-a üst mərtəbədə yerləşən 50 saylı mənzildən su
kanalizasiya xəttinin nasazlığı nəticəsində ziyan dəymişdir. Baş vermiş halın təkrar olunmaması
üçün hər iki mənzilin sahibinə qarşılıqlı surətdə su kanalizasiya xəttinin təmir olunması haqqında
məsləhətlər verilmişdir. Bir neçə vaxtdan sonra həmin mənzildə yenidən qəza baş verdi.
Tərəflərindən üst mərtəbənin mənzil sahibinə qəzanın bir də baş verməməsi üçün xəbərdarlıq
edilmişdir. Həmin ünvanda yaşayan sakinlərin Rəsitə xanım barəsində şikayəti yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat
İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət

edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da
yerləşən 49 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 50 №-li mənzildən
suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat
məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 49 saylı mənzil iddiaçıya

məxsusdur. Cavabdehin mənzilindən onun mənzilinə əvvəllər bir neçə dəfə su sızmış, iddiaçı bu
barədə cavabdehə məlumat vermiş, yaranmış problemin aradan qaldırılmasını xahiş etmiş, lakin
cavabdeh heç bir tədbir görməmiş, bu səbəbdən də, iddiaçı mənzilini öz vəsaiti hesabına təmir
etdirmişdir. 23.02.2018-ci il tarixdə iddiaçı evə qayıdarkən mənzilinin su basdığını görmüşdür.
Mənzildə olan xalçalar, yumşaq mebel, noutbuk suda islanmış vəziyyətdə idi. İddiaçının mənzilinin
üstündə yerləşən 50 saylı mənzildən çirkab suların daşması nəticəsində mənzilini su basmış və
mənzil yararsız hala düşmüşdür. Həmin mənzilin mülkiyyətçisi olan cavabdehə kanalizasiya və su
sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət etsə də,
cavabdeh iddiaçının xahişlərini nəzərə almamışdır. Qeyd olunan hadisə ilə əlaqədar 151 saylı
Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi və rəisi tərəfindən iddiaçının mənzilinə
24.02.2018-ci il tarixdə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Onun mənzilinə dəymiş
zərərin aradan qaldırılması üçün 2.000 manat məbləğində vəsait tələb olunur. Buna görə də, o
hesab edir ki, cavabdeh həmin zərərin əvəzini ona ödəməlidir.

Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət

edərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək yaşadıqları binanın
zirzəmisinin iddiaçı tərəfindən bağlanmasının, zirzəminin iddiaçı tərəfindən zəbt edilməsinin
qanunsuz hesab edilməsi, iddiaçının şəxsi vəsaiti hesabına binanın çirkab borularının yenisi ilə
əvəz edilərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi

onunla əsaslandırılmışdır ki,

binanın birinci

mərtəbəsində

yaşamasından istifadə edən iddiaçı, binanın kommunikasiya xətləri, o cümlədən çirkab su boruları
keçən zirzəmiyə gedən yola qapı qoyaraq yolu bağlamış və zərurət yarandığı təqdirdə təmir-bərpa
işlərinin görülməsi üçün zirzəmiyə daxil olmağa heç kimə icazə vermir. Bina isə öz-özlüyündə
köhnə bina olduğuna görə tez-tez istifadə müddəti keçmiş kanalizasiya boruları bütün sakinlərə
problemlər yaradır. Blokda ana kanalizasiya xəttinin (istifadə müddəti keçdiyi səbəbindən) tez-tez
tutulması nəticəsində yuxarı mərtəbələrdən axan çirkab suları 2-ci mərtəbədə cavabdehin
mənzilinin hamanına dolaraq trapdan aşağı, o cümlədən iddiaçının mənzilinə və hətta bloka axır.
Cavabdehdə olan məlumata görə, birinci (yarı zirzəmi) mərtəbədə yaşayan iddiaçı öz mənzilini
təmir etdirən zaman öz mənzilinə aid kanalizasiya xəttini ümumi xətdən ayırmış, iddiaçının
mənzilində işləyən ustalar ümumi kanalizasiya borusunu zədələmiş və ya xəttin istiqamətini
dəyişmişlər. Nəticədə çirkab sularının normal axıntısı pozulmuş və boru tez-tez dolaraq su axıntısı
baş verir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı tərəfindən binaya xidmət göstərən 151 saylı
MKİS-ə hələ 27.04.2018-ci il tarixdə rəsmi müraciət olunmasına baxmayaraq, zirzəminin qapısının

iddiaçı tərəfindən qanunsuz olaraq bağlanması və onun binanın zirzəmisinə daxil olmağa icazə
verməməsi səbəbindən artıq köhnəlmiş kanalizasiya (çirkab su) borularına baxış keçirilməsi
mümkün olmamışdır. Həmin borular məhz iddiaçı tərəfindən məcburi qaydada dəyişdirilərək onun
şəxsi vəsaiti hesabına təmir edilməlidir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 34174 saylı, 14

fevral 2019-cu il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ünvan 1, 49 saylı
mənzilə su sızması nəticəsində mənzildəki əşyalara dəymiş ümumi ziyanın məbləği 1000 manat
müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 120 manat təşkil edir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29337 saylı, 28

mart 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi
rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində
yerləşən 50 saylı mənzildən kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar su axıdıldığı və
nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 49 saylı mənzildə
yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud
olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2795 manat məbləğində müəyyən olunmuşdur.
Tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi
ekspertizaya təqdim edilmədiyindən, qərardadın 4-cü və 5-ci sualları üzrə tədqiqat aparılması
mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 08.05.219-cu il tarixli

2(006)-456/2019 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsini, iddiaçıya vurulmuş maddi
zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət
rüsumu olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş
ekspertizanın xərcinin ödənilməsi məqsədi isə 170 manat məbləğində pulun cavabdehdən
tutularaq dövlət nəfinə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri,

Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə Cavabdeh məxsus Bakı
şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 50 saylı mənzilindən su axıtması baş
vermiş və bunun nəticəsində İddiaçı maddi ziyan dəymişdir.

Ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı

mənzilinə 2795 manat, mənzildə olan əşyalara 1000 manat ziyan vurulması göstərilsə də, ilkin
iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 2000 manat tələb edilir. Belə olan halda məhkəmə
hesab etmişdir ki, ilkin iddia tələbindən kənara çıxmayaraq, ilkin iddia üzrə cavabdehdən ilkin iddia
ərizəsində göstərilən məbləğdə zərərin əvəzi tutulmalıdır.

Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı

iddia tələbinin əsaslı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

Belə ki, iş materiallarında olan sənədlərdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ünvan 1

ünvanında yerləşən binanın zirzəmisinin qapısının bağlanılması və zəbt olunması faktı öz əksini
tapmamışdır.

Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096,

1097.1, 1115-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməli,
qarşılıqlı iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu,
Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə vurulmuş zərərə görə 2000 (iki min)
manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2030 (iki min otuz)
manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməlidir.

Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may

2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın
təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, apellyasiya şikayətində əlavə

olaraq qeyd edilmişdir ki, çirkab suların daşmasının səbəbi iddiaçının zəbt etdiyi ərazidə boru
xətlərinin sıradan çıxmasıdır. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçı binanın
ümumi istifadədə olan hissəsini, yəni zirzəmini zəbt etmişdir, kanalizasiya xətlərində problem məhz
həmin hissədə yaranmışdır. Lakin iddiaçı oranı zəbt etdiyi üçün təmir qeyri-mümkün olmuşdur.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
"xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin cavabdehin vəkili Vəkil1 ünvanlandığı

15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubda qeyd edilmişdir ki, qəza-bərpa briqadası
tərəfindən Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşən 49 və 50 saylı
mənzillərin içərisindən, sanitar qovşağı yerləşən hissədən “dik dayaq“ ümumi istifadə kanalizasiya
borusuna baxış keçirilmiş, binanın yuxarı mərtəbələrində yerləşən mənzillərdə yaşayan sakinlər

tərəfindən əski parçaları (pampers, yaş salfet və s.) kanalizasiya borularına atılması və binanın
zirzəmi hissəsində kanalizasiya xəttində konstruktiv dəyişiklik edilməsi səbəbindən aşkarlanmışdır.
“Dik dayaq” kanalizasiya borusunun (iddiaçıya məxsus) 49 saylı mənzil hissəsində yerləşən
təmizlik və profilaktika üçün nəzərdə tutulmuş “təftiş” adlanan xüsusi pəncərədən müdaxilə edilərək
kanalizasiya borusunun zirzəmidən dirsək vasitəsi ilə əyilərək məhəllədaxili kanalizasiya xəttinə
gedən hissəsi müxtəlif təyinatlı məişət tullantılarından təmizlənərək, tutulma aradan qaldırılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov -

sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(103)-115/2021 nömrəli, 12
fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş
üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2019-cu il tarixli
qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi
barədə ilk iddianın rədd, Cavabdeh İddiaçı qarşı “binanın çirkab su borularının təmir edilməsinin
cavabdehin şəxsi hesabına təmin edilməsi və sair” tələbi barədə qarşılıqlı iddianın qismən təmin
edilməsi, ünvan 3 ünvanında yerləşən binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və
birinci mərtəbədən zirzəmiyə gedən hissəsi İddiaçı hesabına tikinti norma və qaydalarına uyğun,
habelə işlək vəziyyətə gətirilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi barədə iş üzrə
yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud mülki mübahisənin həlli

iddiaçının mənzilinə suyun axıdılmasının cavabdehin hüquqazidd, təqsirli əməli nəticəsində baş
verməsindən əmələ gəlib-gəlməməsinin müəyyən edilməsindən asılıdır.

İşə baxmış birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası tədqiqatını

həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi
tərəfindən verilmiş 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyə istinad edərək, cavabdehin əməli
nəticəsində iddiaçıya zərər vurulması qənaətinə gələrək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə
rədd etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası

məhkəməsi qeyd etmişdir ki, qeyd olunan ekspert rəyi ilə cavabdeh tərəfindən hüquqazidd əməlin
törədilməsi müəyyən olunmur. Əksinə ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə su birbaşa
cavabdehin təqsirli hərəkəti nəticəsində deyil, kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar
axmışdır.

Kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin davranışı ilə yaranması isə öz

təsdiqini tapmır. Belə ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd olunur ki,
mərtəbələrarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə ola bilər: boru
xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya
borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmalardan,
yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər
tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s.

Göründüyü kimi suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi

ekspert rəyi ilə birmənalı təsdiq olunmur. Bundan başqa, öz növbəsində iddiaçı onun mənzilinə
suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini bildirsə də, buna dair
sübutları məhkəmələrə təqdim etməmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki cavabdehin təqsirini

müəyyən edən tutarlı sübutlar mövcud deyil, onun həmin əməldə təqsirləndirilməsi yolverilməzdir.

Həmçinin apellyasiya məhkəməsi "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin

cavabdehin vəkili Vəkil1 ünvanlandığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubda
göstərilənlərə istinad edərək, qeyd etmişdir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən suyun
axıdılması cavabdehin təqsiri üzündən deyil, iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə
nəticəsində xətdə yaranmış nasazlıq nəticəsində baş vermişdir ki, bu kimi halın baş verməsində
iddiaçı özü təqsirkardır.

Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia əsaslı deyil, qarşılıqlı iddia isə qismən, yəni

“iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci
mərtəbədən zirzəmiyə gedən hissəsi iddiaçının hesabına tikinti norma və qaydalarına uyğun olaraq
təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə” hissədə əsaslıdır. Qarşılıqlı iddianın qalan hissəsi
isə əsassızıdır, çünki həmin tələbi irəli sürmək üçün cavabdehin subyektiv hüququ yoxdur. İşə
baxmış Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə tam həcmdə rədd etməklə iş üzrə
səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 21, 1096-cı maddələrinə istinad etmişdir.

İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-

115/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya
baxışına göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır, işin mübahisəsiz halı ondan ibarətdir ki,

23.02.2018-ci il tarixdə İddiaçı məxsus 49 nömrəli mənzilə çirkab suları Cavabdeh məxsus 50
nömrəli mənzildən axmış və nəticədə 49 nömrəli mənzilə ziyan vurulmuşdur. Bu hal 151 saylı
MKİS-in 24.02.2018-ci il tarixli aktı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertiza Mərkəzinin 29337 saylı. 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının
rəyi ilə tam sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası sübut kimi akta ümumiyyətlə qiymət
verməmiş, ekspert rəyinə isə düzgün qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5

və 170.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 15 və 29.4-cü maddələrinin
tələblərinə riayət etməyərək Cavabdeh mülkiyyətində olan 50 saylı mənzilin su və kanalizasiya
xətlərini yararlı vəziyyətdə saxlamamaqla həmin mənzildən qonşusu İddiaçı hüquqlarını pozan
şəkildə, ona ziyan vuran şəkildə istifadə etmiş, öz mülkiyyət hüququnu həyata keçirərkən qonşusu
İddiaçı mülkiyyətinə, 49 saylı mənzilə suyun axıdılması kimi hədsiz təsirdən çəkinməmişdir.
Nəticədə Cavabdeh təqsirli davranışı ilə delikt törətmiş və bu da 23.02.2018-ci il tarixdə İddiaçı
mənzilinə suyun axıdılması ilə yekunlaşmışdır.

Mülki işin materiallarında 23.02.2018-ci il tarixdə 49 saylı mənzili su basmasının

qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkən İddiaçı təqsiri üzündən baş verməsini təsdiq edən
heç bir sübut yoxdur. Odur ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən 49 saylı mənzilə
suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məsuliyyəti 50 saylı mənzilin sahibi kimi
Cavabdeh daşıyır.

Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində mülki işin materiallarında olmayan

ekspert rəyinə istinad etmişdir. Belə ki, qətnamədə istinad edilən Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyi mülki işin
materiallarında mövcud deyil.

Məhkəmə kollegiyası nə cavabdehin mənzilindəki su və kanalizasiya xəttində mövcud olmuş

nasazlıq səbəbindən iddiaçının mənzilini su basmasını təsdiq edən 151 saylı MKİS-in 24.02.2018-
ci il tarixli aktına, nə də ilkin və qarşılıqlı iddianın ədalətli həlli üçün bütün xüsusatları aydın və
birmənalı şəkildə əks etdirən 151 saylı MKİS-in 30.06.2020-ci il tarixli aktına qiymət verməmiş,
habelə həmin aktların sübut kimi qəbul edilməməsinin səbəbini qətnamədə göstərməmişdir.

29337 saylı, 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 50 nömrəli

mənzilin kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar 49 nömrəli mənzilə su axıdıldığı və 49
nömrəli mənzilə ziyan vurulduğu, həmçinin 49 nömrəli mənzildə yaranmış qüsurların aradan
qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin rəyin verildiyi tarix üçün dəyəri 2795 manat
məbləğində olması müəyyən edilmişdir. Lakin nədənsə məhkəmə kollegiyası ekspert rəyinin
tədqiqat prosesinin təsviri hissəsində mərtəbələrarası örtük konstruksiyalarından su sızmasının
müxtəlif səbəblərə (boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn
qüsurlar, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən,
tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə
yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s.) görə ola bilməsinin qeyd
edilməsinə və suyun axıdılmasının cavabdehin təqsiri ilə baş verməsinin ekspert rəyi ilə birmənalı
təsdiq olunmamasına istinad edərək kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin
davranışı ilə yaranmasının öz təsdiqini tapmaması qənaətinə gəlmişdir. Bununla da məhkəmə
kollegiyası yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 1111.2-ci maddəsini tətbiq etməmiş və
ekspert rəyinə düzgün qiymət verməmişdir.

Həmçinin məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini qismən təmin edərkən

qarşılıqlı iddianı təsdiq edən dəlil kimi "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin cavabdehin
vəkilinə ünvanladığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubunda qeyd edilənlərə
əsaslanmışdır. Həmin məktubda 49 nömrəli mənzilin (İddiaçı) kanalizasiya axıntısı ilə bağlı 03
dekabr 2017-ci il tarixdən 08 noyabr 2018-ci il tarixədək 11 (on bir), 09-10 iyul 2019-cu il tarixlərdə
1 (bir) çağırış etməsi (cəmi 12 çağırış) göstərilmişdir. Bu da 151 saylı MKİS-in aktları ilə yanaşı 50
saylı mənzildən 49 saylı mənzilə mütəmadi olaraq suyun axıldığını bir daha təsdiq edir. Həmin

məktubda həmçinin qəza-bərpa briqadası tərəfindən kanalizasiya xəttindəki tutulmanın aradan
qaldırılması zamanı “dik dayaq”da əski parçaları, pampers, yaş salfetlərin aşkar edildiyi və
zirzəmidə əvvəlki dövrlərdə xətdə konstruktiv dəyişikliklər edilməsi göstərilmişdir. Sözügedən
məktubda zirzəmidə xətdə konstruktiv dəyişikliklərin edilməsi ötəri qeyd edilmiş, təfərrüat
göstərilməmiş, sözügedən konstruktiv dəyişikliklərin konkret nədən ibarət olması, hansı mənzilə
xidmət etməsi göstərilməmişdir. Məhkəmə isə həmin məktubda qeyd edilən “xətdə konstruktiv
dəyişikliklərin ümumiyyətlə olub-olmamasını, olubsa, konkret nədən ibarət olmasını və hansı
mənzilə xidmət etdiyini araşdırmadan cavabdehin sözlərinə inanaraq həmin “konstruktiv
dəyişikliyin” iddiaçının müdaxiləsi nəticəsində yarandığı qənaətinə gəlmişdir.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmə kollegiyasının qətnaməni qəbul

edərkən istinad etdiyi 2 dəlil, məhkəmə tikinti-texniki ekspertizasının rəyi və "xxxx" ASC-nin Nəsimi
rayon Sukanal idarəsinin məktubu İddiaçı tərəfindən binanın zirzəmisində qalan su və kanalizasiya
xətlərinə hər hansı formada müdaxilə etdiyini təsdiq etmir. Məhkəmə kollegiyası Cavabdeh
sözlərinə istinad etməklə və həmin dəlillərdən istifadə edərək dolayısı ilə cavabdehə sərf edən
mövqe sərgiləməklə gəldiyi yanlış nəticəni pərdələməyə çalışmış, yekun qərar qəbul edərkən
mötəbər

sübutlara

söykənməmişdir.

Eyni

zamanda

məhkəmə

kollegiyası

qətnaməni

əsaslandırmadan cəmi bir cümlə yazaraq işə baxmış Rayon Məhkəməsinin iş üzrə səhv və işin
hallarına uyğun olmayan nəticəyə gəldiyini göstərməklə kifayətlənmişdir.

Qarşılıqlı iddia ərizəsində Cavabdeh iddiaçının öz mənzilini təmir etdirən zaman mənzilə aid

kanalizasiya xəttini ümumi xətdən ayırmasını, iddiaçının mənzilində işləyən ustaların ümumi
kanalizasiya borusunu zədələdiyini və ya xəttin istiqamətini dəyişdirdiyini iddia etsə də, bunu təsdiq
edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir.

Cavabdeh apelyasiya şikayətində və məhkəməyə verdiyi izahatında onun mənzilindən 49

saylı mənzilə suyun axmasını təsdiq etmiş, lakin suyun axmasında təqsirinin olmadığını
göstərmişdir. Cavabdeh iddiaçının su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq
səbəbindən onun mənzilindən 49 saylı mənzilə suyun axdığını və bunun baş verməsində iddiaçının
özünü təqsirkar olduğunu iddia etsə də, iddiaçının təqsirini təsdiq edən hər hansı sübutu
məhkəməyə təqdim etməmiş, bununla da öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları
sübut etməmişdir. Göründüyü kimi mülki işin materiallarında binanın zirzəmisində yerləşən su və
kanalizasiya xətlərinə İddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsini təsdiq edən heç bir
dəlil yoxdur.

İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə

daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçı və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə

uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

Cavabdeh və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə

etiraz dərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin
dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona

vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə
zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün

çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi
(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi
gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa

şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd
(mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya

əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin
əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması

nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin
qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil
edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı

münasibətinə uyğun əsaslandırılmalıdır.

Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş

sübutlarla əsaslandırır.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin

gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi
üçün əsasdır.

Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına,

məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və
yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.

Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan,
aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya)
müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam

yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi

nəticələri maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni
sayıla bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən

həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün
müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün
olmayan nəticəyə gəlmişdir.

Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər

zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa,
məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya
zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Apellyasiya məhkəməsi tərəfindən isə mübahisə həll edilərkən ümumi normaya Mülki

Məcəllənin 1096-cı maddəyə istinad edilmiş, iddianın birbaşa qanuni əsasını təşkil edən Mülki
Məcəllənin 1111.2-ci maddəsi ümumiyyətlə tətbiq edilməmişdir.

Həmin normanın tələbinə əsasən isə məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs

zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut
etmə vəzifəsi daşıyır.

Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə tikinti-texniki ekspertizasının

rəyi və "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin məktubunda İddiaçı tərəfindən binanın su
və kanalizasiya xətlərinə hər hansı formada müdaxilə etdiyi götərilməsə də, həmin sənədlərə və
cavabdehin izahatına əsaslanmaqla, iddiaçının mənzilinə su axıdılmasında iddiaçının özünün
təqsirli hərəkətlərinin olması qənaətinə gəlmişdir.

Məhkəmə 29337 saylı, 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə

istinad edərək 50 nömrəli mənzilin kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar 49 nömrəli
mənzilə su axıdılmasının mərtəbələrarası örtük konstruksiyalarından su sızmasının müxtəlif
səbəblərə (boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar,
kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən,
tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə
yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s.) görə ola bilməsinin qeyd
edildiyinə və suyun axıdılmasının cavabdehin təqsiri ilə baş verməsinin ekspert rəyi ilə birmənalı
təsdiq olunmamasına istinad edərək kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin
davranışı ilə yaranmasının öz təsdiqini tapmaması qənaətinə gəlmiş, lakin eyni ekspert rəyində su
axmasının iddiaçının təqsirindən yaranmasının da birmənalı təsdiq edilməməsini nəzərə
almamışdır.

Ekspert ekspertiza qarşısında qoyulan iddiaçı və cavabdehin mənzilinə aid kanalizasiya

xətlərində binanın tikinti layihəsindən kənar qoşulma, düzəliş və ya əlavələrin mövcud olması, əgər
varsa həmin əlavələrdən kimi istifadə etməsinin müəyyən olunması barədə suallar qoyulsa da,
tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi
ekspertizaya təqdim edilmədiyindən (bu barədə 15.11.2018-ci il tarixdə vəsatət verilmişdir) həmin
suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

Eyni suallar üzrə apellyasiya məhkəməsi tərəfindən əlavə ekspertiza təyin edilsə də,

17.03.2020-ci il tarixli məhkəmə ekspertizasını aparılmasında imtina edilməsi haqqında
məlumatdan görünür ki, 27.12.2019-cu il tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış
keçirilmiş, lakin binanın altında yerləşən su kanalizasiya borularına baxışın keçirilməsi mümkün
olmamışdır. Həmin ekspertizanın keçirilməsinə təkrar cəhd isə ekspertin “Azərsu“ ASC-nin
mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyinin alınması barədə vəsatəti icra edilmədiyindən
baş tutmamışdır.

Həmçinin "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin cavabdehin vəkilinə ünvanladığı

15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubunda zirzəmidə xətdə konstruktiv
dəyişikliklərin edilməsi ötəri qeyd edilmiş, təfərrüat göstərilməmiş, sözügedən konstruktiv
dəyişikliklərin konkret nədən ibarət olması, hansı mənzilə xidmət etməsi göstərilməmişdir.
Məhkəmə isə həmin məktubda qeyd edilən xətdə konstruktiv dəyişikliklərin ümumiyyətlə olub-
olmamasını, olubsa, konkret nədən ibarət olmasını və hansı mənzilə xidmət etdiyini araşdırmadan
iddiaçıya dəymiş ziyanın iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış
nasazlıq nəticəsində baş verməsi, bu kimi halın baş verməsində iddiaçının özünün təqsirkar
olması qənaəti əsassız olmuşdur.

Göründüyü kimi, ekspertizanın keçirilməsinə iddiaçının hər hansı maneəsi, xətlərin keçdiyi

zirzəminin iddiaçı tərəfindən zəbt edilməsi kimi halların mövcud olmasını təsdiq edən hər hansı
sübut işdə mövcud deyildir.

Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi

məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə

üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə
məhkəmələr tərəfindən qiymətləndirilir.

Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv,

qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi
yoxdur.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi boru xətlərində

yaranmış qüsurların hansı səbəbdən və kimin təqsirli hərəkəti nəticəsində yaranmasını müəyyən
etmədən, binaya aid su və kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanmasının kimin vəzifəsi
olduğunu araşdırmadan, iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci
mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsinin iddiaçının hesabına tikinti
norma və qaydalarına uyğun olaraq təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddia
tələbini təmin etməsi əsassız olmuşdur.

Halbuki, göstərilən hallar araşdırılmadan hüquq pozuntusunun (delikt) törədilməsinin

iddiaçının təqsirindən baş verməsini müəyyən etmək mümkün deyildir.

Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının və qarşılıqlı iddiasının əsası kimi
istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, qeyd edilən maddi hüquq
normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir.

Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin

nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin
iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki
hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə
ki,“MPM-in“14.2-ci“maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları
araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə
prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı,
tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar)
əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual

hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt
sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün
bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu
aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah
etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual
hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla
həyata keçirilməlidir.

Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar

təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə
yaratmamalıdır.

Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan

hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

Azərbaycan Respublikasının MPM-nin:
- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

- 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

- 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul

edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

- 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara

məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və
qiymətləndirilməlidir.

Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə qiymət

verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə
baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddianın
hansı mötəbər sübutlar əsasında rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsini öz
qətnaməsində tam əsaslandırmamış, bununla da maddi və prossesual hüquq normalarının
tələblərini pozaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə
düzgün olmayan qətnamə qəbul etmişdir.

Göstərilənlərə əsasən, kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və

onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır Yuxarıda

göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə
kollegiyası

Qərara aldı:
İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-115/2021 nömrəli iş üzrə 12 fevral

2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə
göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.