2[102]-5535/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5535/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov

İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil
oğlundan ibarət tərkibdə,

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı

kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi
Mülki kollegiyasının 2(105)-1246/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsindən
Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1

və Cavabdeh2 iddiaçının xeyrinə 11532,9 ABŞ dolları əsas və 3437,77 ABŞ dolları faiz
borcunun, cəmi 14970,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması
barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-845/2022 nömrəli, 09 mart 2022-ci il tarixli

qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1
və Cavabdeh2 11532,9 ABŞ dolları əsas, 3437,77 ABŞ dolları faiz borcu olmaqla cəmi
14970,67 (on dörd min doqquz yüz yetmiş ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları
(ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq
20 (iyirmi) manat İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1246/2022 nömrəli, 04

iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi,
L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir.
Cavabdeh2

kassasiya

şikayəti

Azərbaycan

Respublikası

Mülki

Prosessual

Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab
edilməlidir.

Belə ki, Cavabdeh2 kassasiya şikayətində maddi və prosessual hüquq normalarının

pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq
göstərilməmiş, yalnız qanunvericiliyin normaları sadalanmışdır.

MPM-in 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən

sənədləri müəyyən edir.

Həmin Məcəllənin 407.1.5 maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş

formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı
hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün

tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi
halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun
əsaslandırılması göstərilməlidir.

Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və

prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən
ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi
tərəfindən qaytarılır.

Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi

kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə
uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab
verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya
şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası
məhkəməsinə göndərilir.

Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin

tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası
məhkəməsinə göndərmişdir.

Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya

şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan
imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası
məhkəməsinə göndərilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.1.5, 408.1.5, 409-

cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-

1246/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.