2[102]-5554/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5554/2022

22.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov

İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq
qızından ibarət tərkibdə,

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİM:

Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 iyul 2022-ci

il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci

maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina
edilməlidir.

Belə ki, Mülki Prosessual Məcəllənin 407.1 və 407.1.4-cü maddələrinin tələblərinə

əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual
hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.

Verilmiş kassasiya şikayətində maddi və prosessual normaların pozulmasının

nədən ibarət olması göstərilməmişdir.

Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası işin faktiki hallarını
araşdırmır.

MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual

hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət
olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır.

Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3-

408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya
instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Göstərilənlərə

əsasən,

cavabdehin

kassasiya

şikayətinin

icraata

qəbul

edilməsindən imtina edilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci

maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının

2(105)-1416/2022 saylı, 04 iyul 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya
şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri
qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.