2[102]-5556/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5556/2022

22.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

QƏRARDADİ

kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov

Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli
oğlundan ibarət tərkibdə,

cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

Cavabdeh X2 Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4336/2022

nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayətinin

verilməsi üçün dövlət rüsumu qanunla nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir.

Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.

maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında
ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat
dövlət rüsumu nəzərdə tutulmuşdur.

Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə

kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə
yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və
8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir.

Lakin hazırki işdən görünür ki, cavabdeh qanunda müəyyən olunmuş məbləğdən az

– 25 manat dövlət rüsumu ödəmişdir.

MPM-nin 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və dövlət

rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır.

MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş

qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə
kassasiya şikayəti qaytarılır.

Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-

mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.3-

cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-

4336/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti
qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.