2[102]-5656/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5656/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında

Q Ə R A R D A D

Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva

Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6713/2021 nömrəli,
23 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq
Ticarət Limited Şirkəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək

 

MÜƏYYƏN  ETDİM:

 

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq

Ticarət Limited Şirkəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə
müraciət edərək, İddiaçı1 mülkiyyətində olan “Lexus RX 200T” markalı, **-LL-*** dövlət qeydiyyat
nişanlı avtomobilə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması
məqsədilə tələb olunan 62.418 manat, İddiaçı2 mənəvi zərərə görə 50.000 manat, hüquqi yardım
üçün vəkilə ödənilmiş 110 manat və dövlət rüsumu olaraq hər bir iddiaçı tərəfindən ödənilmiş 30
manat, ümumilikdə isə toplam olaraq 62.558 manat pul vəsaitinin cavabdehlər "xxxx"
Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 İddiaçı1 xeyrinə,
50.030 manat pul vəsaitinin cavabdehlər "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət
Limited Şirkəti və Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş
etmişdir.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi

qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq
Ticarət Limited Şirkətindən İddiaçı1 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş
maddi ziyanın əvəzi olaraq 57418 (əlli yeddi min dörd yüz on səkkiz) manat, iddiaçı tərəfindən
ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, vəkil xidmətinə görə 55 (əlli beş) manat
məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti Bakı Şəhəri

Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6713/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadı ilə

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(003)-152/2020 saylı
qətnaməsindən cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti
tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin Bakı şəhəri Xəzər
Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti apellyasiya

instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək Bakı Apellyasiya
Məhkəməsinin 2(103)-6713/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadının ləğv edilərək mülki işin
mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş
etmişdir.

İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti cavabdeh "xxxx" Dövlətlərarası

Nəqliyyat və Marketinq Ticarət Limited Şirkətinin səlahiyyətli nümayəndəsi Mehmet Güven
tərəfindən şəxsən imzalanmamış, şikayətə həmin şəxsin faksimile imzası vurulmuşdur.

Azərbaycan Respublikası MPM-nin

- 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya

nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya
nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində

məhkəməyə verilən şikayətlərin imzanın faksimilesindən istifadə edilməklə imzalanması imkanı
nəzərdə tutulmamışdır.

Bu imkandan istifadı yalnız Mülki Məcəllənin 331.3-cü maddəsində əqdlərin bağlanması

zamanı nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya
başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi
imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda
və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron

imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati,
hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan
münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə
yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi
qüvvəyə malikdir.

Faksimile imzanın isə əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olması Azərbaycan

Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmamışdır. Buna görə də, hazırki
kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamış hesab edilir

Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin:
- 408.1.1-cü maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya
vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılmalıdır.

- 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində

nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən,
408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya
instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud
olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə
hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası
məhkəmələri tərəfindən qaytarılır.

- 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu

Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız
bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya
instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını
yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir.

Hesab edirəm ki, cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited

Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata
qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün
apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsini rəhbər

tutaraq

QƏRARA ALDİM:

 
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6713/2021 nömrəli, 23 iyun

2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət
Limited Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə

qaytarılsın.