2[102]-58/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-58/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 

İş № 2(102)-58/2019                    07 yanvar 2019-cu il                       Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu  və X2
ibarət tərkibdə, Xnun katibliyi,

İddiaçının vəkili X1, Cavabdeh1 və onun vəkili X4 iştirakı ilə,
İddiaçı “xxxx” QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə

borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki
Kollegiyasının

03.07.2018-ci

il

tarixli

2(103)-5589/2018

nömrəli

qətnaməsindən

Cavabdeh1 və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq,

 

MÜƏYYƏN ETDİ:

 

İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi»

tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə
müraciət edərək, cavabdehlərdən 5417 manat əsas borcun, 2363.17 manat faiz borcunun, 3.01
manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz borcun, 4320.08 manat dəbbə borcunun,
cəmi 12103.26 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun
tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin(hakim Tale Kərimov)  19 yanvar 2018-ci il tarixli,

2(001)-806/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək
qaydada 5321.72 manat əsas kredit borcun, 2363.17 manat müqavilə müddəti ərzində
hesablanmış faiz borcunun, 3.01 manat müqavilə müddətindən sonra hesablanmış (5%) faiz
borcunun və 5 manat cərimə olmaqla ümumilikdə 7692.9 manat məbləğində borcun və ödənilmiş
dövlət rüsumunun 19.05 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan
hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.

Cavabdeh1

birinci

instansiya

məhkəməsinin

qeyd

edilən

qətnaməsindən

apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.           

Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək,

iddiaçının əsl iddiaçı “xxxx” QSC ilə əvəz olunmasını xahiş etmişdir. Belə ki, təqdim
olunmuş sənədlərdən (akt və s.) görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar iddiaçı cavabdehin
ona olan kredit borcunu (təhvil-təslim həyata keçirilən 16 may 2018-ci il tarixə olan –
5321,72 manat əsas borc, 1057,81 manat faiz borcu) “xxxx” QSC-yə güzəşt edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, S.Hacıyev

və F.Talışinski) 03.07.2018-ci il tarixli 2(103)-5589/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1
tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon
Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(001)-806/2018 saylı qətnaməsi iddiaçı “xxxx”

QSC-nin xeyrinə tutulmalı olan faizlərin məbləği 1057,81 (bir min əlli yeddi manat 81
qəpik)

manat

müəyyən

olunmaqla

dəyişdirilmiş,

qətnamənin

qalan

hissədə

dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Cavabdeh1 və vəkili X5 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının

03.07.2018-ci il tarixli 2(103)-5589/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti
vermişlər.

 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

 

İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdir ki, tələbin güzəşti zamanı

“İddiaçı" ASC 16 may 2018-ci il tarixdə cavabdehin faiz borcunun 1057,81 manat olmasını
bəyan edərək, həmin məbləğdə faiz borcunu “xxxx” QSC-yə güzəşt etmişdir. Beləliklə
tələb hüququ 1057,81 manat həddində yaranmışdır. Məhkəmə kollegiyasının bu qənaəti
əsassızdır. Belə ki, mühasibatlıq ekspertizası tərəfindən yaranmış faiz borcu 986.73 manat
müəyyən edilmişdir. Tələbin güzəşt edilməsi bu məbləğdən artıq olduğundan, apellyasiya
məhkəməsi kollegiyası faizlər üzrə tələbin təmin edilməsində səhvə yol vermişdir. Tərəflər
arasında əsas borc üzrə heç bir mübahisə yaranmamış, yalnız faizlərin hesablanması və
silinməsi üzrə apellyasiya şikayəti verərək ekspertiza rəyinin nəzərə alınmasını xahiş
etmişdir. Məhkəmə şikayəti qismən təmin etsə də, sonda iddiaçının tələbinin istədiyi
şəkildə təmin etməsi ilə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası tərəfindən
faizlərin ödənilməsi hissəsində belə bir nəticəyə gəlinməsi əsassızdır. Bunları nəzərə
alaraq Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsinin qismən faiz
borcunun təmin edilmiş hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən
araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul
edilməsi xahiş olunmuşdur.

PROSESSUAL MƏSƏLƏLƏR:

 

Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada

məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri
barədə məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün
hesab edir.

 

HÜQUQİ MƏSƏLƏLƏR:

 

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə

Cavabdeh1 arasında 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin bağlanmış, həmin
müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 7000
manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə bankla
digər Cavabdeh2 arasında 18 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

Məhkəmə mühasibatlıq ekspertizasının 24 oktyabr 2017-ci il tarixli, 8550 saylı rəyi

ilə 18 dekabr 2014-cü il tarixli 160-18.12.2014-SM114 saylı kredit müqaviləsinin şərtləri
nəzərə alınmaqla Cavabdeh1 24 oktyabr 2016-cı il tarixinə banka olan əsas borcunun
5321.72 manat, faiz borcunun 986.73 manat olmaqla cəmi borc məbləği 6308.45 manat
müəyyən olunmuşdur. Faizlərin məbləği 24 oktyabr 2016-cı il tarixə olan vəziyyətdə
müəyyən olunmuşdur. Kredit müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) isə 18
dekabr 2017-ci il tarixdə bitmişdir. Bu səbəbdən də, faizlərin hesablanması 24 oktyabr
2016-cı il tarixdən 18 dekabr 2017-ci il tarixədək davam etmişdir. İddiaçı ASC birinci
instansiya məhkəməsində 25 dekabr 2017-ci il tarixli ərizə ilə iddia tələbinin həcmini
dəyişdirərək, iddia ərizəsinə əsasən tələb etdiyi 805,80 manat faiz borcunun məbləğini
2363,17 manatadək artırmışdır. Lakin, işdə olan tələbin güzəştinə dair sənədlərə əsasən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı
Sərəncamının icrası ilə əlaqədar İddiaçı ASC hazırki kredit müqaviləsi üzrə Cavabdeh1

kredit borcunu təhvil-təslim həyata keçirilən 16 may 2018-ci il tarixə olan vəziyyətdə, yəni
5321,72 manat əsas borc, 1057,81 manat faiz borcu olmaqla “xxxx” QSC-yə güzəşt
etmişdir.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tələbin güzəşti zamanı

İddiaçı ASC 16 may 2018-ci il tarixə cavabdehin faiz borcunun 1057,81 manat olmasını
bəyan edərək, məhz həmin məbləğdə faiz borcunu “xxxx” QSC-yə güzəşt etmişdir. “xxxx”
QSC-nin tələb hüququ faiz borcu hissədə 1057,81 manat həddində yaranmışdır. Hazırki
vəziyyətdə isə iddiaçının “xxxx” QSC olması nəzərə alınmaqla, məhkəmə kollegiyası
hesab edir ki, faiz borcu cavabdeh tərəfdən 1057,81 manat həddində tutula bilər. Çünki,
“xxxx” QSC həmin hissədə əlavə olaraq hər hansı başqa tələb irəli sürməmişdir.

Kassasiya şikayətində qətnamə ilə müəyyən edilmiş faiz borcunun məbləği

mübahisələndirilir, buna görə də, qətnamə yalnız faiz borcunun tutulması hissəsində
yoxlanılır.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində əsaslı və qanunidir.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin:
- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən)

pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)
keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və
ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı
öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit
müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan
şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları
gözləməlidirlər.

- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin

(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş
görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun
isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu

maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli
Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən
irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən
istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra
edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz
formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir

ki, kassator faiz borcunun düzgün hesablanmadığını qeyd etsə də, bu barədə məhkəməyə
heç bir sübut təqdim etməmişdir.  Məhkəmə ekspertizasının rəyində faiz məbləğinin
986.73 manat müəyyən edilməsinə gəldikdə isə, qeyd edilməlidir ki, həmin ekspertiza ilə
faizlərin məbləği 24 oktyabr 2016-cı il tarixə olan vəziyyətdə müəyyən olunmuşdur. Lakin
sonradan iddiaçı iddia tələbini artıraraq kredit müqaviləsinin müddətinin  bitdiyi 18 dekabr
2017-ci il tarixə yaranmış 2363,17 manat faiz borcunu tələb etmişdir, məhkəmə kollegiyası
düzgün olaraq həmin məbləği İddiaçı ASC tərəfindən 16 may 2018-ci il tarixə hesablanmış
və “xxxxə” QSC təhvil verilmiş həcmdə, yəni 1057,81 manat  hissədə təmin etmişdir.

Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun
tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə
qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış
və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual
hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır,
həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas
ola bilməz.

Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya

məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

QƏRARA ALDİ:

 

Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2018-ci il tarixli

2(103)-5589/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən
saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.