2[102]-59/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-59/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 

İş № 2(102)-59/2019                     07 yanvar 2019-cu il                  Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev
Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi,

İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə,
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının 

cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı
“kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli 2(103)-875/2018
nömrəli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya
Bankı və vəkil X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq,

 

MÜƏYYƏN  ETDİ:

 

İddiaçı Bank, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə

cavabdeh MMC arasında 21.01.2013-cü il tarixdə bağlanmış 170/00/2576/13 №-li “Kredit
müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi
məqsədi ilə 46.927,48 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.030,39 manat,
borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi
ilə 146 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin
ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada
onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. 

Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Misirzadə) 2(011)-3713/2015 saylı

14.12.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3160/2016 saylı 11.04.2016-cı il tarixli

qətnaməsi ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 birgə verdikləri  apellyasiya
şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3713/2015 saylı
14.12.2015-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1
münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3949/2016 saylı 06.09.2016-cı il

tarixli qərarı ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 tərəfindən birgə verilmiş
kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsini 2(103)-3160/2016 saylı
11.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3713/2015 saylı

14.12.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək ona aid hissədə

qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Nagıyeva)

2(103)-875/2018 saylı 04.05.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon
Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2015-ci il tarixli qətnaməsi apellyasiya
baxışının predmeti olan və Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə
yeni qətnamə qəbul edilərək, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard”
Kommersiya Bankının cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti,
Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi
tələbi barədə” iddiası Cavabdeh2 aid hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Məmmədov,

H.Həmidov, E.Nagıyeva) 2(103)-875/2018 saylı, 23.07.2018-ci il tarixli qərardadı ilə ləğv
prosesində olan KB “xxxx” QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu
tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

Ləğv prosesində olan KB “xxxx” QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması

Fondu və vəkil Məmmədov Azər Məhəbbət oğlu tərəfindən  iş üzrə Bakı Apellyasiya
Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli qərardadından kassasiya şikayəti
verilmişdir.

 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

 

Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi

qərardad qəbul edərkən kassasiya şikayətinə əlavə edilmiş qoşma sənədlərini tam
araşdırmamışdır. Verilmiş kassasiya şikayətinə əlavə edilmiş vəkalətnamədə Əmanətlərin
Sığortalanması Fondunun Hüquq departamentinin korporativ hüquq şöbəsinin müdiri
Həmidə Quliyevanın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü
maddəsinə əsasən, bütün məhkəmə aktlarından şikayət vermək və şikayətlər imzalamaq
səlahiyyətlərinin olması xüsusilə qeyd edilmişdir, Ləğv prosesində olan QSC “Bank
Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adından göndərilmiş
bütün ərizələr Hüquq departamentinin Korporativ hüquq şöbəsinin müdiri Həmidə Quliyeva
tərəfindən imzalanmaqla məhkəmə icraatında qəbul edilmişdir. Eyni zamanda nəzərinizə
çatdırırıq ki, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması
Fondunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasa belə, vəkil X tərəfindən
imzalanması və vəkil orderinin kassasiya şikayətinə əlavə edilməsi həmin kassasiya
şikayətinin qəbul edilməsi üçün kifayətdir. Bunları nəzərə alaraq Bakı Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli 2(103)-875/2018 saylı
qərardadının ləğv edilərək kassasiya şikayətinin qəbul edilməsinə dair qərar qəbul
edilməsi xahiş olunmuşdur. 

 

PROSESSUAL  MƏSƏLƏLƏR

 

İddiaçının vəkili X kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun

izahat verdi.

Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada

xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə
məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün
hesab edir.

HÜQUQİ MƏSƏLƏLƏR

 

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyası 23.07.2018-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən Bakı Apellyasiya
Məhkəməsinin 04.05.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini geri

qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə
qanuni və əsaslı nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası MPM-in 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti

onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə
təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

MPM-nin 74-cü maddəsinin tələbinə görə məhkəmə aktından şikayət verilməsiilə əlaqədar

nümyəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

Lakin Fondun Korporativ hüquq departamentinin hüquq şöbəsinin müdirinin həmin

Fondun adından kassasiya şikayətini imzalamaq səlahiyyətinin olması barədə etibarnamə
iş materiallarında mövcud olmamışdır.

Kassasiya şikayətinə qoşmada kassasiya şikayətinə Əmanətlərin Sığortalanması

Fondunun

Hüquq

departamentinin

korporativ

hüquq

şöbəsinin

müdiri

X2nın

vəkalətnaməsinin əlavə edildiyi qeyd edilsə də, iş materiallarında olan 13.07.2018-ci il
tarixdə Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan
görünür ki, Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına QSC “Bank Standar” KB-dan
daxil olmuş kassasiya şikayətinin qoşmasında vəkalətnamənin surəti göstərilsə də, zərf
açıldıqda həmin vəkalətnamə aşkar edilməmişdir.

Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları

əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin
qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli,
apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya

məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

QƏRARA ALDİ:

 

İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının

kassasiya şikayəti təmin edilməsin.

İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli

2(103)-875/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.