2[102]-5958/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5958/2021

13.10.2021

ALİ MƏHKƏMƏ

AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN

Q Ə R A R

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyası

Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil

oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə,

Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə,

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, 2(104)-

621/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə
mülki işə baxaraq,

MÜƏYYƏN ETDİ:

Cavabdeh1 qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti kassasiya

instansiyası məhkəməsinin hakiminin 13.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul
edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsi 28 sentyabr 2021-ci il tarixli məktubla həmin

qətnamədən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin qanunvericiliyin
tələblərinə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş
etmişdir.

Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayəti

...icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya
məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi
kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara
bilər.

http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini

rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, 2(104)-

621/2021 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsi
haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya
instansiyası məhkəməsinə qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.