2[102]-5961/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5961/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Bakı Şəhər 43 saylı

Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın

Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi) qarşı iddia tələbinə dair iş üzrə

Q Ə R A R İ

Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı,

təmsilçinin özü barəsində bağladığı əqd

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov

Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və
Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,

Şahvələdov Ümüd Nadir oğlunun katibliyi,
iddiaçının vəkili X1,
cavabdehlərin vəkili Vəkil oğlunun iştirakı ilə,

Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-505/2021 nömrəli iş

üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2
tərəfindən birgə verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

Xocavənd kənd Bələdiyyəsinin 12 fevral 2006-cı il tarixli 2 saylı qərarına əsasən, Ağcabədi

rayonu Xocavənd kənd sakini İddiaçı (bundan sonra – iddiaçı) Mingəçevir-Bəhramtəpə magistral
yolu ilə “Qarabağ” kanalı arasındakı boş sahədən sahibkarlıq fəaliyyəti üçün ayrılmış 237.6 kv.m
torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2006-cı il tarixli 274 nömrəli

Sərəncamına əsasən, iddiaçıya icarəyə götürdüyü 237.6 kv.m torpaq sahəsində ticarət mərkəzinin
tikintisinə icazə verilmişdir.

İddiaçı 16 iyun 2014-cü il tarixdə Cavabdeh1 adına 1 saylı Bakı “ASAN xidmət” mərkəzində

notariat qaydasında təsdiq olunmuş ƏN-İ № 424441 nömrəli etibarnamə verərək, harada
yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun
üzərində sərəncam verməyi, eləcə də digər ümumi qaydada təsvir edilmiş səlahiyyətləri etibar
etmişdir.

İddiaçının adından (əvəzindən) nümayəndəsi Cavabdeh1 Bakı Şəhəri 43 saylı Notariat

Ofisində bağlanmış 31 mart 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, Ağcabədi rayonu
Xocavənd kəndində yerləşən 237.6 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin (bundan sonra –
mübahisəli obyekt) özəlləşdirilməsi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra
həmin əmlakın arvadı Cavabdeh2 110.000 manata satılması barədə gələcəkdə alqı-satqı
müqaviləsinin bağlanmasına dair sonuncu ilə razılığa gəlmişdir.

İlkin alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına Cavabdeh2 tərəfindən 31 mart

2020-ci il tarixdə "xxxx" ASC vasitəsi ilə 100.000 manat, Cavabdeh1 tərəfindən 06 aprel 2020-ci il
tarixdə 10.000 manat ödəniş edilmişdir.

Ağcabədi rayon Polis Şöbəsinin 06 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd

edilməsi barədə qərarına əsasən, Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığına
görə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat

İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə

məhkəməyə müraciət edərək, 31.03.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin və onun hüquqi
nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 arvadı XXXnın

qardaşıdır. Digər Cavabdeh2 isə Cavabdeh1 arvadıdır. Hazırda mübahisəli obyektdən özü istifadə
edir. Cavabdeh1 ona məxsus ticarət obyektinə qanunsuz sahib çıxmaq istədiyi üçün 15 yanvar
2020-ci il tarixdən aralarında münaqişə yaranmışdır. Uzun müddət Rusiya Federasiyasında
yaşadığı üçün mübahisəli obyektlə əlaqəsi olmayan başqa işlərin aparılması üçün qaynı olan
cavabdehə etibarnamə vermişdir. Bundan sui-istifadə edən cavabdeh onun razılığı və xəbəri
olmadan ona məxsus mübahisəli obyekti "ilkin alqı-satqı" müqaviləsi əsasında arvadı Cavabdeh2
satmışdır. Müqavilənin 1.1 və 1.3-cü bəndlərində göstərilmişdir ki, guya onun Cavabdeh1 verdiyi
etibarnamə əsasında sözügedən obyekt 110.000 manata Cavabdeh2 satılmış, 100.000 manat
nağd alınmış, qalan 10.000 manatın isə 31.04.2020-ci il tarixədək notariusun depozit hesabına
köçürülməsi barədə öhdəlik götürülmüşdür. Həmin "ilkin alqı-satqı" müqaviləsi əsasında isə
Cavabdeh2 ticarət mərkəzinin 9 kv.m hissəsini 4 il 6 ay müddətinə X2 icarəyə verilməsi barədə
03.04.2020-ci il tarixdə əmlakın icarəyə verilməsi barədə müqavilə bağlamışdır. Bundan sonra
Cavabdeh1 qanunsuz hərəkətlərini davam etdirərək 237,6 kv.m torpaq sahəsinin 01.04.2020-ci il
tarixdə arvadı XXXqızının adına verilməsi barədə yeni qərar almışdır. Bundan xəbər tutduqdan
sonra Cavabdeh1 adına verdiyi 16 iyun 2014-cü il tarixli etibarnaməni 08 aprel 2020-ci il tarixdə
ləğv etdirmişdir. Mübahisəli obyektlə əlaqədar cavabdehin qardaşları X4 və X3 onu hədələdiklərinə
görə 22 mart 2020-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş, həmin iş üzrə
araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, Cavabdeh1
barəsində verdiyi şikayət əsasında hazırda Polis Şöbəsində araşdırma aparılır. Hesab edir ki, ona
aid obyektə dair cavabdehlər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi onun iradəsinə zidd
olmaqla yanaşı ciddi qanun pozuntusuna yol verilməklə bağlanmışdır. İlkin alqı-satqı müqaviləsi
zamanı depozitə qoyulmuş və çıxarılmış pul ona verilməmiş, ümumiyyətlə onun tərəfindən obyektin

satılması barədə Cavabdeh1 hər hansı bir tapşırıq verilməmişdir. XXX ilə nikahda olsalar da,
aralarında münaqişə vardır. Bu səbəbdən də, XXX qardaşının xeyrinə ifadə verir. Lakin onun
söylədikləri həqiqətə uyğun deyildir. İlkin alqı-satqı müqaviləsi bağlanan zaman qayınları, o
cümlədən qaynı XXXlə münasibətləri pis olmuşdur. Bundan başqa, ilkin alqı-satqı müqaviləsi
bağlanan vaxt özü Azərbaycanda olmuşdur və müqavilə bağlamaq istədiyi təqdirdə tərəf kimi özü
müqavilənin bağlanmasında iştirak edə bilərdi.

Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki,

torpaq sahəsinin alınmasında və mübahisəli obyektin inşa edilməsində onun əziyyəti çox olmuşdur.
Ona görə də iddiaçı ona demişdir ki, çox əziyyət çəkmişdir, onsuz da obyekti satmaq istəyir, odur
ki, əmlakı ona sata bilər, lakin obyektin satılmasından arvadı XXX xəbəri olmamalıdır. Bundan
sonra evdə məsləhət etmiş, arvadı Cavabdeh2 obyekti almaq istəmişdir. Eyni zamanda, iddiaçı ona
bildirmişdir ki, onun Ağcabədidə çox adama borcu var, hamı onu tanıyır, alqı-satqını başqa yerdə
aparsınlar və bundan heç kimin məlumatı olmasın. Nə torpaq sahəsi, nə də tikili dövlət reyestrində
qeydiyyata alınmamışdır. Müqavilə üzrə qeyd olunan 110.000 manat pulun 100.000 manatını
31.03.2020-ci il tarixdə "xxxx" ASC-nin Mərkəzi filialı vasitəsilə notariusun depozitinə qoymuşdur.
Müqavilə rəsmiləşdikdən sonra elə həmin gün 100.000 manat pulu depozitdən çıxarmış, 10.000
manatı da özündən əlavə etmiş və 110.000 manat pulu özü ilə götürüb Ağcabədiyə getmiş, axşam
saatlarında iddiaçının evində görüşüb, bacısı XXX yanında pulu iddiaçıya vermiş və orada
dayanmadan çıxıb getmişdir. Müqavilə üzrə qalan 10.000 manat pulu isə 06 aprel 2020-ci il tarixdə
notariusun depozitinə qoymuş və həmin gün də götürmüşdür. Onların iddiaçıya borcu qalmamışdır.
Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

Cavabdeh2 da məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş və digər

cavabdehlə eyni məzmunda izahat verərək göstərmişdir ki, ilkin alqı-satqı müqaviləsi və ondan irəli
gələn bütün işləri onun iştirakı ilə əri Cavabdeh1 təşkil etmişdir.

Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş XXXqızı ifadəsində göstərmişdir

ki, iddiaçı ilə ər-arvad münasibətləri 20 noyabr 2019-cu il tarixdən kəsilmişdir. Obyektin
satılmasından onun xəbəri olmamışdır. 31 mart 2020-ci il tarixdə axşam saatlarında XXX onlara
gəlmiş, onu yuxarı dəvət etsə də, tələsdiyini və XXXla görüşüb gedəcəyini demişdir. XXX aşağı
düşüb XXXlə görüşüb geri qayıdanda əlində paket torba ilə qayıtdığını görmüş, sonradan torbaya
baxanda içərisində 11 ədəd "yüzlük" bağlaması olduğunu görmüşdür. Üç gün sonra qardaşı XXX
ona bildirmişdir ki, obyekti XXX ona satıb, həmin puldur. Özü tərəflər arasında bağlanmış ilkin alqı-
satqı müqaviləsini bəyənir.

Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki,

təxminən bu ilin əvvəllərində XXXin qardaşıxxx ona demişdir ki, avtomobili ilə XXXi onun dediyi
yerə aparsın. Evdən XXXi götürmüş və XXXgilə aparmışdır. XXXın əlində paket torba görəndə
bildirmişdir ki, torbadakı puldur. XXX əlində torba düşüb XXXın qapısından içəri keçmiş, o, isə 300
metr aralıda onu gözləmişdir. Həmin vaxt gecə təxminən 23 radələri olmuş, XXX 10 dəqiqə
keçmədən geri qayıtmış, lakin əlində torba olub-olmadığını xatırlamır. XXXin XXXla nə məqsədlə
görüşməsini, aralarında nə danışdıqlarını və pul verdiyini və yaxud almasını görməmişdir.

Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi)

2(017)-800/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim
Cavabdeh1) iddia tələbi təmin edilərək, Bakı Şəhəri 43 saylı Notariat Ofisində reyestrdə
3M-686 nömrə ilə qeydə alınmış 31 mart 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və
onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət olunmuşdur.

Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan iş üzrə əqdin bağlanması

zamanı tərəflər arasında yaranmış mübahisə və münaqişələr etibar edən şəxslə təmsilçi
arasında münasibətlərin gərgin olduğunu aşkar şəkildə sübut edir. Bu halda geniş həcmdə
və qeyri-müəyyən səlahiyyətlərin etibar edilməsini nəzərdə tutan etibarnamə mövcud olsa
belə, tərəflərin iradə ifadəsinin yalnız forması deyil, məzmunu və həqiqiliyi də tədqiq
edilməlidir. İddiaçının cavabdeh qarşısında maddi öhdəliklərinin yaranması, bunun
nəticəsində mövcud münasibətlərin kəskinləşməsi, əmlakının özgəninkiləşdirilməsi zamanı
iddiaçının bu halla bağlı qabaqcadan xəbərdar edilməməsi əqdin bağlanmasında tərəfin
iradə ifadəsinin və razılığının olmaması qənaətinə gəlməyə əsas verir.

Mövcud şərtlər nəzərə alınmaqla ilkin alqı-satqı müqaviləsinin bağlanması üçün

etibar edənin tapşırığı aşkar və konkret olmalı idi. Şahid XXXqızı ifadəsində sonradan
evdə pul vəsaitini gördüyünü qeyd etsə də, onun ifadəsi həm iddiaçı ilə münasibətlərinin
kəskinləşməsi, həm də cavabdehlə olan yaxın qohumluq əlaqələri nəzərə alınmaqla
mötəbər sübut kimi qəbul oluna bilməz.

Nəzərə alınmalıdır ki, bütün əmlaklarına dair etibarnamə verərkən iddiaçı Cavabdeh1

onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və özünün maraqları üçün deyil,
iddiaçının maraqları üçün hərəkət etmək səlahiyyəti vermişdir. Lakin hazırkı halda
mübahisələndirilən ilkin alqı-satqı müqaviləsi təmsilçinin arvadı Cavabdeh2 ilə
bağlandığından, hesab olunmalıdır ki, əqd təmsilçinin birbaşa özü barəsində bağlanmışdır.
Bu yanaşma Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanin şikayəti üzrə
24.02.2012-ci il tarixli qərarında öz əksini tapmışdır.

Məhkəmə, həmçinin qeyd etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan

hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı
halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi
bağlamalıdır. Alıcı Cavabdeh2 cavabdehin arvadı kimi bütün əməliyyatlar barədə
məlumatlı olmuşdur. Bu isə onun bağladığı əqdə münasibətdə vicdanlı olmadığını təsdiq
edir.

Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab etmişdir ki,

tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun
deyildir. Ona görə də iddia tələbi təmin olunmalıdır.

Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu,

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1-324.6,
337.1-337.4, 359.1, 425.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə,
Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 11.10.2019-cu il tarixli,
Ə.İbrahimovun şikayəti üzrə 11.07.2003-cü il tarixli, M.Şahverdiyevanin şikayəti üzrə
24.02.2012-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti vermişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq

normalarının pozulması ilə qəbul olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsində icraat
zamanı həqiqəti əks etdirməyən, ziddiyyətli izahatlar verərək, məhkəmənin yanlış qətnamə qəbul
edilməsinə nail olmuşdur. Belə ki, iddiaçı Cavabdeh1lə aralarında artıq 15 yanvar 2020-ci il
tarixindən münaqişə yarandığını qeyd etmiş, digər tərəfdən 22 mart 2020-ci il tarixdə Ağcabədi
Rayon Polis Şöbəsinə Cavabdeh1 barəsində yox, onun qardaşları xxxxxxx barəsində şikayət
ərizəsi verdiyini bildirmişdir. Əgər doğrudan da cavabdehlə aralarında hər hansı münaqişə olsaydı,
iddiaçı ərizəsində cavabdehə qarşı da şikayətini bildirərdi. Həmçinin, aralarında münaqişə olsaydı,
iddiaçı cavabdehə verdiyi etibarnaməni 08 aprel 2020-ci il tarixdə yox, daha öncə ləğv etdirərdi.
İddiaçı sözügedən torpaq sahəsində tikinti işlərinə 2006-cı ildə başlamış, ticarət mərkəzinin daş-
hörgü işlərini qismən etdirmiş, lakin maddi vəsaiti olmadığından tikinti yarımçıq qalmışdır. Daha
sonra XXX bacısının yoldaşı olduğu üçün, bir növ bacısının və onun uşaqlarının güzəranının yaxşı
olması üçün iddiaçıya 100.000 manat məbləğində borc pul vermişdir. Lakin həmin vəsait hesabına
da tikintini başa çatdırmaq mümkün olmamışdır. Daha sonra onlar aralarında razılığa gəlmişlər ki,
tikintiyə iddiaçı tərəfindən nə qədər vəsait qoyulubsa onu müəyyən etsinlər. Təxmini hesablamalara
əsasən müəyyən edilmişdir ki, iddiaçı obyektin ilkin tikinti işlərinə 120.000 manat məbləğində pul
sərf etmişdir. Daha sonra XXX təxmini hesablamalara görə ümumi 450.000 manat məbləğində
vəsait sərf edərək yarımçıq qalmış tikilini başa çatdırmışdır. Onlar razılığa gəlmişlər ki, ticarət
obyektindən əldə olunan gəlirlərdən 330.000 manat XXX tərəfindən götürüldükdən sonra bərabər
paylarda şərik olaraq fəaliyyət göstərəcəklər. Lakin iddiaçı bu razılığa əməl etməyərək obyekt
fəaliyyətə başlayan gündən oradan əldə edilmiş gəlirlərdən müxtəlif məbləğlərdə vəsaitləri
götürərək öz ehtiyacları üçün sərf etmişdir. Nəticədə aralarında münaqişə yaranmışdır. Cavabdeh1
Bakı şəhərində yaşadığından, hadisələr baş verən zaman XXXin böyük qardaşı kimi yeznə-qayın
münasibətlərini düzəltmək üçün iddiaçı ilə çoxsaylı danışıqlar aparmışdır. Yekunda iddiaçı obyekti
120.000 manata satıb, ümumiyyətlə bu işdən kənarlaşmaqla məsələni kökündən həll etmək
istədiyini və Cavabdeh1 ona verdiyi etibarnamə əsasında onun adından rayondan kənarda alqı-
satqı etməyini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, Ağcabədi rayonunda bir çox şəxslərə külli
miqdarda borcu vardır, həmin şəxslərin bundan xəbər tutmağını istəmir. Həmçinin, iddiaçı birinci
instansiya məhkəməsinin iclasında bildirmişdir ki, guya müqavilə bağlanan zaman o,
Azərbaycanda olmuş, əgər lazım olsaydı tərəf kimi müqavilənin bağlanmasında özü iştirak edərdi.
Halbuki, Cavabdeh1 iddiaçı Azərbaycanda olduğu müddətdə də onun adından ayrı-ayrı əmlakların

alqı-satqısı və bağışlanmasına dair əqdlər bağlamış və onun adından həmin etibarnamə ilə çıxış
etmişdir. Həmçinin, Cavabdeh1 alqı-satqı müqaviləsi bağlanılarkən notariusun depozit bank
hesabına köçürdüyü 100.000 manatı elə həmin gün, yəni 31 mart 2020-cı il tarixdə çıxarmış və
üstünə 10.000 manat məbləğində pul qoyaraq elə həmin gün Ağcabədi rayonuna gedərək
iddiaçıya onun öz evinin həyətində pulu vermişdir. Bu halı şahidlər öz ifadələrində təsdiq etmişlər.
Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları tam, obyektiv, qərəzsiz araşdırmamış və
yalnız iddiaçının həqiqəti əks etdirməyən izahatını əsas tutaraq qanunsuz və ədalətsiz qətnamə
qəbul etmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya

instansiyası məhkəməsi) 2(106)-505/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli
qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və
İ.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi

birgə

verilmiş

apellyasiya

şikayətinə

münasibətdə

dəyişdirilmədən

saxlanılmışdır.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq

qeyd etmişdir ki, hər hansı əqdin bağlanması zamanı onun şərtləri tərəflərin iradə ifadəsi
ilə müəyyən edilir. Bu iradə ifadəsi bilavasitə və yaxud da digər şəxsin vasitəsi ilə realizə
edilə bilər. Əgər müqavilə tərəfi öz iradə ifadəsini digər şəxsin vasitəsi ilə realizə edərsə,
səlahiyyətin realizəsindən ötrü həmin şəxsə etibarnamə verməlidir. Etibarnamə verilən
şəxs təmsil etdiyi şəxsin mənafeyi naminə hərəkət etməli, ona verilmiş etibarnamədən öz
mənafeyi naminə istifadə etməməli, ona verilmiş səlahiyyətlərdən sui-istifadə hallarına yol
verməməlidir. Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında iddiaçıya
məxsus əmlakın özgəninkiləşdirilməsindən ötrü ilkin alqı-satqı müqaviləsini öz arvadı ilə
bağlamışdır. Beləliklə, cavabdeh faktiki olaraq öz əmlak mənafeyinin yaxşılaşdırılmasına
yönələn hərəkətlər etmişdir.

İddiaçı Cavabdeh1 bacısı ilə rəsmi nikahda olsa da, aralarında narazılıq mövcuddur.

Bundan başqa, o, cavabdehin qardaşları barədə cinayət işinin başlanmasından ötrü hələ
ilkin alqı-satqı müqaviləsi bağlanmadan öncə aidiyyəti qurumlara müraciət etmiş, həmin
müraciət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu hal da Cavabdeh1 onun bacısı
və qardaşları ilə münaqişədə olan iddiaçının mənafeyi naminə hərəkətlər etməsini təkzib
edir.

Qətnamədən cavabdehlər birgə kassasiya şikayəti vermişlər.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
Cavabdehlər

(Vəkil

oğlu)

kassasiya

şikayətində

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar
çıxarılmasını xahiş etmişlər.

Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir.
Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində

icraat zamanı iddiaçının, Cavabdeh1 və şahid xxxxx istifadəsində olan telefon
nömrələrindən aparılan danışıqlar və anten dairələri barədə məlumatların əldə olunması
üçün müvafiq orqana sorğu verilməsi barədə tərəflərindən vəsatət verilmişdir, lakin
məhkəmə qərəzli olaraq vəsatəti qəbul etməkdən imtina etmişdir.

Bundan başqa, dəfələrlə müraciət etmələrinə baxmayaraq, məhkəmə iclas

protokolları ilə tanış olmalarına şərait yaradılmamışdır. Ümumiyyətlə, məhkəmə iclas
protokolları prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə tərtib
edilmişdir.

Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 9, 14, 77, 78, 217, 218-ci maddələrini

pozmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında iştirak edən kassatorların vəkili kassasiya şikayətinin təmin

edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş
etdi.

İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən

saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi.

Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən
məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər
tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri
MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin aktının

tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır.

Tətbiq edilən hüquq
Mülki Məcəllə

Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına

yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində
(ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə
ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi
mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki
Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).

Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd
barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun
etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd
bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4).

Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun

göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə
görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini
bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət
göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (maddə 359.1).

Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin,

kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna
olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (maddə
359.3)

M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Plenumunun 23 iyul 2013-cü il tarixli qərarı

... təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci

maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik
üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial
forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki
Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində
əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında
brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya
bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün
müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

MPM
Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə

77.1).

Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə

etməlidir (maddə 14.2).

Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş

sübutlarla əsaslandırır (maddə 217.4).

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu
baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

Kassatorlar şikayətdə bəzi prosessual hüquq normalarını sadalamaqla apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsələr də, maddi və
prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən
ibarət olmasını göstərməmişlər.

Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan

bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə
dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

Kassasiya şikayətinin prosessual pozuntularla bağlı dəlilləri (vəsatətlərə münasibət

bildirilməməsi, məhkəmə iclas protokollarının təqdim olunmaması) iş materialları ilə təsdiq
olunmur.

Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin

edilməsin.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-505/2021 nömrəli iş

üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.