2[102]-6085/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-6085/2021

15.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı X1

Cavabdeh qarşı əmlak tələbinə iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin

kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə

görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından

çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə,

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(104)-

2214/2021 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə, mülki işin geri
qaytarılması barədə Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq

müəyyən etdi:

Tərtər Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 saylı

qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilib.

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli

qətnaməsi ilə iddiaçı X1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon
Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 saylı qətnaməsi hissəvi ləğv
edilərək, həmin hissədə iddia tələbi təmin olunmuş, qətnamə qalan hissədə
dəyişdirilmədən saxlanılmışdır.

09 sentyabr 2021-ci il tarixdə Cavabdeh kasasiya şikayəti mülki işlə birlikdə Ali

Məhkəməyə daxil olub və Ali Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərardadı
ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 14 dekabr
2021-ci il tarixə, saat 16:15-ə təyin edilib.

Sonradan Gəncə Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək,

iddiaçı X1 da qətnamədən kasasiya şikayəti verdiyini göstərib, kasasiya şikayətinin
mümkünlüyünün yoxlanılması üçün mülki işin Gəncə Apelyasiya Məhkəməsinə geri
qaytarlmasını xahiş edib.

Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını

nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair
Ali Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş
baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə
Apelyasiya Məhkəməsinə qaytarılmalıdır.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya

şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər
kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu
məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə
tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə
göndərilir.

MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə

tutulmuş əsaslar müəyyən edildikdə apelyasiya instansiyası məhkəməsinin kassasiya
şikayətini geri qaytarması tələb olunur.

Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi

kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.
Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə
olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7
gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 

Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya

şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata
qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə
müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya
baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

İşin hazırki prosessual vəziyyəti – iddiaçının kassasiya şikayəti ilə apellyasiya

məhkəməsinə müraciət etməsi – MPM-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş
dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya
baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya
instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin
tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün
əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə
cavab verdiyi halda iddiaçının kassasiya şikayətini də baxılması üçün göndərməli, əks
halda cavabdehin kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə
göndərməlidir.

Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası

MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli

qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali
Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin.

Mülki iş kasasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən verilmiş kassasiya

şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə
tutulmuş tələblərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.