2[102]-6200/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-6200/2021

13.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Qərardadı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əliyev Ələsgər

Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və
Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə,
Bakı Apellyasiya Məhkəməsinin 08.10.2021-ci il tarixli məktubuna əsasən 14.06.2021-ci
il tarixli qətnaməsindən cavabdehlər X1 və Cavabdeh6 verdiyi kassasiya şikayəti üzrə işə
baxaraq

müəyyən etdi:

Nərimanov Rayon Məhkəməsinin 2(005)-287/2020 saylı, 10 noyabr 2020-ci il

tarixli qətnaməsi ilə (hakim G. Əsədova) İddiaçı ASC-nin cavabdehlər X1, Cavabdeh6 və
q. qarşı “kreditlər üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi”
tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC,
Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ümumilikdə 311.634 manat məbləğində borcun
tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli, 2(103)-

3968/2021 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi),
Q.A.Əsgərov və A.N.İmanov), ipoteka predmetlərinin ilk satış qiyməti dəyişdirilərək
350.000 manat müəyyən edildi.

Cavabdehlər X1 və Cavabdeh6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının

14.06.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 21
sentyabr 2021-ci il tarixli qərardadla icraata qəbul edilərək baxılması üçün 28 oktyabr
2021-ci il tarixə təyin olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsi 08.10.2021-ci il tarixli, 2(103)-3968/21 saylı

məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə Cavabdeh1 MMC
tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan
Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün
mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini
xahiş etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin

müraciətinə əsasən hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbul olunması
haqqında 21 sentyabr 2021-ci il tarixli qərardad ləğv olunmalı və iş kassasiya baxışından
çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-

ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli, 2(103)-

3968/2021 saylı qətnaməsindən cavabdehlər X1 və Cavabdeh6 tərəfindən verilmiş
kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali
Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(102)-6200/2021 saylı qərardadı ləğv
edilsin.

Mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə

göndərilsin.