2[102]-6553/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-6553/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında

pul” tələbinə dair mülki iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya

şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov

Vüqar Təvəkgül oğlu

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli,

2(106)-2115/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayətini nəzərdən keçirərək müəyyən etdim,

İşin halları:

İddiaçı “Atəşgah Sığorta» Şirkəti ASC iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə

müraciət edərək, X1 məxsus və "xxxx" SŞ-də sığortalanmış «İnfiniti G 35» markalı, ** GL
*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzi kimi 4100 (dörd min yüz)
manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının
xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli qətnaməsi ilə (hakim

Y.Həşimov, iş № 2(064)-272/2020) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı
subroqasiya qaydasında pul tələbinə dair iddiа tələbinin rədd edilməsi qət edilmişdir.

Apelyasiya instansiyası məhkəməsində birinci icraat

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli

qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.Babayev, Q.Kərimov, iş
№ 2(106)-1717/2020) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya
şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli, 2(064)-
272/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

Ali Məhkəmənin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər

A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva, E.Şamayev, iş № 2(102)-1174/2021)
iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin
edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1717/2020 nömrəli, 24
sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına
qaytarılması qərara alınmışdır.

Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsi

ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Əsədov, T.Heydərov, iş № 2(106)-
2115/2021) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin
edilərək, Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli, 2(064)-272/2020 saylı
qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi,

X1 məxsus və "xxxx" Sığorta Şirkətində sığortalanmış “İnfiniti G 35” markalı, ** GL ***
dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin əvəzi olaraq Cavabdeh 4100 manat və
30.4 manat ödənilmiş dövlət rüsumu cəmi 4130.4 manat tutularaq iddiaçı "xxxx" Sığorta
Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)-2115/2021 nömrəli qətnaməsinin tamamilə
ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi
barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

402-ci

maddəsinə

əsasən

apelyasiya

məhkəmələrinin

mülki

və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki
və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab
edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi
barədə qərardadlarından kasasiya şikayəti verilə bilər.

407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi,

maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət
olması göstərilməlidir.

407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən
kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud
düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti
qaytarılır.

408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci

maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası
məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda
kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində
nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə

ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı
olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin

bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci
maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kasasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki,

cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci
maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.

Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh işin hallarını, iş üzrə

qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin qanunsuz və əsassız olduğunu göstərmişdir.

Lakin kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını,

hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan
Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur.

Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş

materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə
göndərmişdir.

Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq

normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata
qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə
apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli,

2(106)-2115/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
icraata qəbul edilməsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.