2[102]-6568/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-6568/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən

çıxarılma” tələbinə dair mülki iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya

şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov

Vüqar Təvəkgül oğlu

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli,

2(104)-2010/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayətini nəzərdən keçirərək müəyyən etdim,

İşin halları:

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona

məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha
torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və Cavabdeh həmin
torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tаrixli qətnaməsi ilə

(hakim K.Hüseynov, iş № 2(044)-127/2021) iddia təmin edilərək, Cavabdeh tərəfindən
İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005
ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və Cavabdeh həmin
torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu
Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə tikinti – texniki ekspertizasının
keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına
keçirilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün xərclənmiş 67 (altmış yeddi) manat
20 (iyirmi) qəpik pul vəsaiti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin
hesabına (Benefisiarın bankı: Kapital Bank ASC Xətai filialı; Filialın kodu: 200071; VÖEN:
**********;

SWİFT

kod:

AİİBAZ2X;

Müxbir

hesab:

AZ37NABZ********************;

Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR; Benefisiarın hesabı:
AZ23AİİB********************; VÖEN: **********) keçirilməsi qət edilmişdir.

Apelyasiya instansiyası məhkəməsində icraat

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi), F.Mehtiyev, A.Hüseynzadə,
iş № 2(104)-2010/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin
edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tаrixli, 2(044)-
127/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi,

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(104)-
2010/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş materialları yenidən baxılmaq
üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş
etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

402-ci

maddəsinə

əsasən

apelyasiya

məhkəmələrinin

mülki

və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki
və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab
edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi
barədə qərardadlarından kasasiya şikayəti verilə bilər.

407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi,

maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət
olması göstərilməlidir.

407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən
kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud
düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti
qaytarılır.

408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci

maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası
məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda
kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində
nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə
ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı
olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin

bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci
maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kasasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki,

cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci
maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.

Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh işin hallarını, iş üzrə

qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin qanunsuz və əsassız olduğunu göstərmişdir.

Lakin kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını,

hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan
Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur.

Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş

materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə
göndərmişdir.

Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq

normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata
qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə
apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli,

2(104)-2010/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayəti icraata qəbul edilməsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.