2[102]-72/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-72/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

 
 

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 

İş № 2(102)-72/2019                      07 yanvar 2019-cu il                    Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və
Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi,

İddiaçının nümayəndəsi X4, iddiaçının vəkili X5, cavabdehin vəkili X3 iştirakı ilə,
İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair

ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” qarşılıqlı iddia
tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli
2(103)-8374/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili X7 tərəfindən verilmiş
kassasiya şikayəti üzrə mülki işə baxaraq,

 

MÜƏYYƏN ETDİ:

 

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı

Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan
ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh əmlakları ilə birgə mənzildən
çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş
etmişdir.

Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh)

Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia
ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvaninə onun istifadə hüququnun tanınması
barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 19 mart

2018-ci il tarixli, 2(005)-833 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia
tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə
dair qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvaninə Cavabdeh istifadə hüquqlarının
tanınması qət edilmişdir.

Bakı

Apellyasiya

Məhkəməsi

Mülki

Kollegiyasının

(hakimlər

X.Sarıyev,

M.Məmmədov, E.Nağıyev) 20.08.2018-ci il tarixli 2(103)-8374/2018 nömrəli qətnaməsi ilə
İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon
Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(005)-833/2018-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.

İddiaçı və vəkili X7 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli

2(103)-8374/2018 nömrəli  qətnaməsindən kassasiya şikayəti vermişlər.

 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

 

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər apellyasiya instansiyası,

istərsə də birinci instansiya məhkəməsi iş üzrə məhkəmə qərarları qəbul edərkən istinad
etmiş olduqları qanunvericiliyin normalarını düzgün şərh etməmiş, tətbiq edilməli olan
qanunvericilik aktları kənarda qalaraq işə aidiyyətı olmayan hüquq normalarını tətbiq
etməklə, mülkiyyətçinin konstitusiya ilə qorunan hüquqlarını pozulmuşlar. Bunun
nəticəsində mülkiyyətçi ilə heç bir ailə və ya yaxın qohumluq münasibətlərində olmayan bir
şəxsin mülkiyyətçiyə məxsus olan mənzilə yaşayış hüquqları tanınmışdır. Baxmayaraq ki,
hazırki iş üzrə bir neçə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları
və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi mövcuddur, işə baxan
məhkəmələr həmin hüquqi aktları və normaları tamamilə başqa istiqamətdə şərh edərək
tətbiq etmişlər. Nəticədə mülkiyyətinin hüquqlarının, maddi hüquq normalarının və
prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə qərarları qəbul
edilmişdir. İlkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinin
əsaslarından biri kimi, hər iki instansiya məhkəməsinin vaxtı ilə qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsinə istinad etmələri olmuşdur. Belə ki, hazırki iş üzrə mübahisədən
qabaq, mübahisəli mənzil mülkiyyət hüququ ilə X6 məxsus olmuşdur. Bu mövqedən çıxış
edən X2 tərəfindən hazırki iş üzrə Cavabdeh qarşı Nərimanov rayon Məhkəməsinə iddia
ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbinə əsasən, cavabdehin mübahisəli ünvan 2
ünvanında yerləşən, 143 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini
xahiş etmiş olsa da, ancaq məhkəmənin 21.09.2017-ci il tarixli, 2(005)-6296/2017 nömrəli
qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Rədd etmənin əsaslarında biri kimi, X2lə onun
qızı olan Cavabdeh ailə üzvü kimi əsaslandırılması, Cavabdeh mənzilə X2in özü
tərəfindən köçürülməsi barədə qeyd edilməsi olmuşdur ki, bu əsaslarla da həmin iddia
tələbi təmin edilməmişdir. Qeyd edilən qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Lakin
bir müddət sonra, X2in mülkiyyətində olan mənzil hazırki iş üzrə ilkin iddiaçının
mülkiyyətinə keçir. Bununla da X4 ünvan 2 ünvanında yerləşən, 143 nömrəli mənzilə dair
mülkiyyət hüquqlarına xitam verilmişdir. Buna baxmayaraq, işə baxan Bakı Apellyasiya
Məhkəməsi cavabdehin mənzilə olan istifadə hüququnun əvvəlki mülkiyyətçinin razılığı ilə
köçməsini, əvvəlki mülkiyyətçinin cavabdehin mənzildən çıxarılmaya dair iddia tələbinin
rədd edilməsi barədə qətnamənin olmasını və bu iki əsaslarla da artıq cavabdehin mənzilə
istifadə hüququnun məhkəmə qətnaməsi ilə müəyyən olunması barədə qeyd etmişdir.
Buradan da görünür ki, hazırki iş üzrə mülkiyyətçi kənarda qalmış, əvvəlki mülkiyyətçi ilə
Cavabdeh arasında olan hansısa hüquq münasibəti əsas gətirilmişdir. Əvvəlki
mülkiyyətçinin İddiaçı mülkiyyətçi kimi heç bir aidiyyətı yoxdur, 21.09.2017-ci il tarixli
Nərimanov rayon Məhkəməsinin qətnaməsinin X8 ilə Cavabdeh arasında olan
mübahisənin tənzimetməsi olmuşdur. Başqa şəxslər arasında müəyyən olunmuş və yaxud
da, hansısa məsələyə hüquqi qiymət verilmiş bir hal mənzilin sonrakı mülkiyyətçisinə aid
oluna bilməz. İddiaçı mülkiyyətçidir, cavabdehin ailə üzvü deyil və mülkiyyət hüququ da
əldə edildiyi məqamda cavabdehin həmin mənzilə ümumiyyətlə yaşayış hüquqları           
olmamışdır, hətta məhkəmə qətnaməsi ilə tanınmamışdır. 21.09.2017-ci il tarixli
qətnamədə X2 hansısa istifadə hüququnun yaranması və onun mənzildən istifadə etmək
hüququnun olması məhkəmə qətnaməsi ilə birbaşa müəyyən olunmamışdır. Qətnamənin
5-ci səhifəsinin 2-ci abzasında bu barədə sadəcə adi qaydada işə baxan məhkəmənin fikri
qeyd olunmuşdur. Hətta həmin qətnamədə ümumiyyətlə bu barədə mübahisə olmamış və
həmin qətnamə ancaq X4 tələbləri üzrə qəbul edilərək rədd edilmişdir. İkinci bir halda,
həmin qətnamənin hazırki iş üzrə iddiaçıya aidiyyətı olmamışdır. Əvvəlki mülkiyyətçi ilə
onun ailə üzvləri arasında yaranmış və yaxud da davam etmiş hüquq münasibətinin yeni
mülkiyyətçiyə heç bir aidiyyətı yoxdur və yeni mülkiyyətçinin mülkiyyət hüququ yaranandan
sonra orada yaşayan şəxslərə münasibətdə hüquq normaları tətbiq edilə bilərdi.
Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il
tarixli 2(103)-8374/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək  ilkin iddianın tam
təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş
edilmişdir.

 

PROSESSUAL  MƏSƏLƏLƏR:

 

Məhkəmə kollegiyası iclasında  iddiaçının nümayəndəsi X və vəkili X1  kassasiya

şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X1 kassasiya şikayətinin dəlilləri

ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə

tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və
gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün
hesab edir.

HÜQUQİ MƏSƏLƏLƏR:

 

 Azərbaycan

Respublikası

MPM-in

416-cı

maddəsinə

əsasən

kassasiya

instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin  faktiki

hallarından görünür ki, X8 mülkiyyətində olan ünvanini 25 oktyabr 2017-ci il tarixdə oğlu
İddiaçı bağışlanmış və iddiaçının mülkiyyət hüququ 30.10.2017-ci il tarixdə dövlət
qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçının ögey bacısıdır. O, İ.M.Seçenov adına
Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 3-cü kurs tələbəsidir və o,  2013-cü ildən
həmin mənzildə qeydiyyatsız olaraq yaşayır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin
21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə X4 Cavabdeh qarşı mənzildən çıxarılma
tələbinə dair iddia ərizəsi rədd edilmişdir.

Apelyasiya instansiyası məhkəməsi əvvəlki mülkiyyətçinin (atasının) cavabdeh

şəxsə qarşı mənzildən çıxarılma tələbinin rədd edilməsi ilə bağlı məhkəmənin qanuni
qüvvəyə minmiş qətnaməsində cavabdehin mübahisəli mənzildən istifadə hüququnun
yaranmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin Mülki Məcəllənin 228.5-ci
maddəsinə, Mənzil Məcəlləsinin 30-cu maddəsinə və 158.3-cü maddəsinə istinad edərək
hesab etmişdir ki, cavabdeh həmin mənzilə əvvəlki mülkiyyətçinin(atasının) razılığı ilə
köçmüş və hazırda da yaşayır. Cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Malik
Məmmədov küçəsi, 17 saylı evin, 143 saylı istifadə hüququ müəyyən edildiyindən, həmin
şəxsin mənzildən çıxarılması onun istifadə hüququna Azərbaycan Respublikası
Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının (mülkiyyətçinin)
məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi
yolu ilə xitam verildikdən sonra mümkündür. Eyni zamanda mənzilin mülkiyyətçisinin
dəyişməsi cavabdehin həmin mənzildən çıxarılmasına əsas ola bilməz.

Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə

razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən aşağıda göstərilən maddi
və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

 Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə

qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak
edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut
edilmir.

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh

edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral
2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya)
etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa
məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

Lakin cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) və apellyasiya instansiya

məhkəməsinin istinad etdiyi mülki iş üzrə tərəflər X8 və Cavabdeh olmuş, hazırkı iş üzrə
İddiaçı  Malik oğlu həmin işdə iştirak edən şəxs olmamış, mübahisənin predmetini
Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması deyil, onun həmin mənzildən

çıxarılması olmuşdur. Ona görə də, həmin mülki işdə müəyyən olunmuş hallar hazırkı
mübahisə üçün preyudisial əhəmiyyət kəsb etmir.

Hazırki mübahisənin düzgün həlli üçün cavabdehin həmin mənzildən istifadə etmək

 hüququnun yaranıb yaranmaması, yaranmış hüququnun sonradan mənzilin
mülkiyyətçisinin dəyişməsi nəticəsində  xitamı üçün əsasların mövcud olub-olmaması
mübahisəyə düzgün maddi hüquq normaları tətbiq edilməklə, müəyyən edilməlidir. 

Hazırkı iş üzrə müəyyən olunur ki, mübahisəli mənzil cavabdehin atası X4

mülkiyyətinə 2011-ci ildə keçmiş, cavabdeh isə həmin mənzilə 2013-cü ildə köçmüşdür.
Belə olan halda, cavabdehin keçmiş mülkiyyətçinin ailə üzvü kimi həmin mənzildə istifadə
hüququnun yaranıb-yaranmamasına qiymət verilərkən 01.10.2009-cu ildən qüvvədə olan
Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri rəhbər tutulmalı idi. Apellyasiya instansiya
məhkəməsinin qətnaməsində cavabdehin mənzilə istifadə hüququnun yarandığını
əsalandırmaq üçün həm də Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməsi isə
düzgün olmamışdır.

Belə

ki,

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsi

Plenumunun

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası
Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli
qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən
sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə
baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq
edilməlidir.

Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən

mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri də düzgün tətbiq edilməmişdir.

Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi

mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində
birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi
tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə
bilərlər.

Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi

ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin
yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış
sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən
təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Qeyd edilən maddi hüquq normalarının görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin

istənilən ailə üzvünün deyil, yalnız həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış
sahəsində birlikdə yaşayan ailə üzvünün həmin mənzildən mülkiyyətçi ilə bərabər istifadə
etmək hüququ vardır. Hazırki iş üzrə məhkəmələr tərəfindən isə Cavabdeh mübahisəli
mənzildə  keçmiş mülkiyyətçi, atası X2lə birlikdə yaşayıb, birgə təsərrüfat aparması halı
ümumiyyətlə araşdırılmamış, bu barədə məhkəməyə cavabdeh tərəfindən hər-hansı
sənəd və sübut təqdim edilməmişdir.

Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 və Azərbaycan Respublikası
Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il
tarixli qərarında  ətraflı şərh edilmişdir.

 Həmin qərarda qeyd edilmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində

göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış
sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki
hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin
mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə

üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin

mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan
hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə
qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin
edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi
mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn
yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə
aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə,
valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış

sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı
mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna
görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında
müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması
zərurəti yoxdur.

Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə

üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və
digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun
olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə
yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək
hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci
maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin

mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün
saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin
30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə
etmək səlahiyyəti də olmaz.”

Bu baxımdan apellyasiya instansiya məhkəməsi cavabdehin Azərbaycan

Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarında nəzərdə
tutulmuş şəxslər sırasına aid olmasını (onunla birlikdə yaşaması, yaşı nəzərə alınmaqla
mülkiyyətçidən özünün saxlanmasını tələb etmək hüququnun olub-olmaması və s), ailə
qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış
sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub-
olmamasını araşdırmamışdır.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr tərəfindən Mülki

Məcəllənin 158.3-cü maddəsinə istinad edilməklə, mülkiyyətçinin dəyişməsinin cavabdehin
mübahisəli mənzilə olan istifadə hüquqlarının xitamına əsas verməməsi barədə mövqeyi
də düzgün deyildir.

Belə

ki,

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsi

Plenumunun 

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 və Azərbaycan Respublikası
Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il
tarixli qərarında  müəyyən etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində
nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və
həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən
“istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış
sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi
əsaslar fərqlidir.Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin
maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən
hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün
xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz
əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya
hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat
qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və

daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü
maddəsi).

Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya

hüquqları

bağlı

olduqları

daşınmaz

əşyaya

olan

mülkiyyət

hüququnun

özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi),
istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi).

Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən

istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan
müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və
istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək
səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.

Bundan

fərqli

olaraq,

yaşayış

sahəsi

mülkiyyətçisinin

hüquqlarının

məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci
maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz.”

Göründüyü kimi, cavabdehin  mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən

mənzildən istifadə etmək hüququ müəyyən edilərsə belə, həmin hüququ xitam verilib-
verilməməsi qiymətləndirilərkən  Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad etmək
olmaz, çünki bu hüquq mahiyyəti üzrə məhdud əşya hüququ deyildir.

Bu halda, məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqinin mümkünlüyü

müzakirə etməli, həmçinin mənzilin mülkiyyətçisi dəyişdiyindən və hazırki mülkiyyətçi ilə
cavabdeh arasında ailə münasibətlərində irəli gələn bağlılıq olmadığından həmin
Məcəllənin 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mübahisə həll edilməlidir.

Məhkəmə kollegiyası qeyd edir ki,

Konstitusiya Məhkəməsinin qərarlarının  məcburi

hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir

və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər

tutulmalıdır.

Azərbaycan

Respublikası

MPM-nin

13.7-ci

maddəsinə

görə

Azərbaycan

Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir
ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətində yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarlarının tələblərinə əməl
etməmiş, mübahisənin tam və obyektiv həlli baxımından apellyasiya şikayətinin dəlillərinə
müfəssəl hüquqi qiymət verməmişdir.

Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

iş üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı
üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və  iş yeni
apellyasiya baxışına qaytarılmalıdır.

Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və

prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya
instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır,

çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü
maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

Q Ə R A R A  A L D İ :

 

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8374/18 saylı, 20 avqust

2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə
göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.