2[102]-728/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-728/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                
 
                              Azərbaycan Respublikası  adından
 
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
 
                                            Mülki Kollegiyasının
                                                                                    
                                                  Q Ə R A R D A D İ           
 
15 fevral  2019-cu il                      İŞ № 2(102)- 728                  Bakı şəhəri 
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev
Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar
qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə,
           İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya
Məhkəməsinin MK-nın 10 sentyabr 2018-cı il tarixli qətnaməsindən İddiaçı kassasiya
şikayətinə açıq məhkəmə iclasında baxaraq

 
                                               MÜƏYYƏN   ETDİ:
 
  
Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 may 2018-cı il tarixli qətnaməsi ilə

 (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin
edilmiş, Cavabdeh İddiaçı xeyrinə 250.000  ABŞ dolları məbləğində əsas pul, həmin pula
görə bank uçot dərəcəsi kimi bir illik hesablanmış 37.500 (otuz yeddi min beş yüz) ABŞ
dolları məbləğində faiz pulu, cəmi 287.500 (iki yüz səksən yeddi min beş yüz) ABŞ dolları
məbləğində pulun (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun
olaraq) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin  tutulması
qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

  Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsi 

ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Suraxanı rayon 
Məhkəməsinin 24 may  2018-cı il tarixli qətnaməsi  ləğv edilmiş, iş üzrə yeni qətnamə
qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

 

                   KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
 
İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət

edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti
üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual
qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları

aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-cı il
tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

 
                                            Hüquqi məsələlər:
 

İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi verərək Cavabdeh əsassız

varlanma kimi 250.000 ABŞ dolları məbləğində pulun, həmin pulu özündə saxladığına
görə bank uçot dərəcəsi kimi hesablanmış 37.500 ABŞ dolları məbləğində pulun, öhdəliyin
gecikdirilməsi nəticəsində hesablanmış 12.500 ABŞ dolları məbləğində faiz pulunun,
vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun və 30 manat məbləğində
dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

 İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

  İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr  2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti vermişdir.

 İşə kassasiya baxışında İddiaçı nümayəndəsi və vəkili  Vəkil notarial qaydada

təsdiq edilmiş ərizə kassasiya şikayətindən imtina edərək kassasiya icraatına  xitam
verilməsini xahiş etmişdir.

  Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kassasiya

şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

  Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili  Vəkil kassasiya şikayətindən

imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili  Vəkil
imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından
onun imtinası qəbul edilməli və İddiaçı münasibətdə kassasiya icraatına xitam
verilməlidir.

Azərbaycan Respublikası  MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən

başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya
şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini

rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                          QƏRARA    ALDİ:
 
İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli

qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin.

İddiaçı münasibətdə kassasiya icraatına xitam verilsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.