2[102]-74/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-74/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARİ


        “07” yanvar 2019-cu il            iş №2(102)-74/19                                Bakı şəhəri
 
 
     Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin

hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə
Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X1  katibliyi,

)

iddiaçı “xxxx”  MMC-nin vəkili X5 və nümayəndəsi X4, cavabdeh vəkili X2 iştrakları  ilə,

   

Cavabdeh2

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel  2018-ci

tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq,    

 
 
                                                MÜƏYYƏN  ETDİ:
 

Nərimanov  rayon Məhkəməsinin 05 yanvar  2018-ci il tarixli qətnaməsi ilə

(hakim:K.Əmirxanova;

2(005)-16/2018

)

  iddiaçı “xxxx”  MMC cavabdehlərlər Cavabdeh1

və Alıyev  Ayaz Firudin oğluna qarşı lizinq şirkətinə xitam verilməsi və pul tələbinə dair
iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******** saylı
30 noyabr 2010-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən 22.603,59 ABŞ dolları əsas
borc, 3.190,35 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları cərimə, cəmi 27.793,94 (iyirmi
yeddi min yeddi yüz doxsan üç dollar 94 sent) ABŞ dollarının ödənişin icra ediləcəyi gün
Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla “xxxx”
MMC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli manat)
manatın Cavabdeh1 və Cavabdeh2 tutularaq “SAP (XİİS) hesabı- X3, KOD 210005
VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22,
MəhkəməEkspertizası Mərkəzi VÖEN **********, Hesab 34CTRE********************"
hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  04 aprel  2018-ci tarixli

qətnaməsi ilə (hakimlər: A.İmanov,

(sədrlik edən və məruzəçi),

 E.Nəbiyev, H.Həmidov;

2(103)-4104/2018) cavabdehlər Cavabdeh1 və A6 birgə verdikləri  apellyasiya şikayəti 
təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 05 yanvar  2018-cı il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.

     İşin halları

  

İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq

müqaviləsinə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət
etmişdir.

İddiaçı iddia tələbini   onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh1

arasında bağlanmış ******** saylı 30 noyabr 2010-cu il tarixli daxili lizinq müqaviləsi
əsasən Cavabdeh1 36 ay müddətinə 93715 ABŞ dolları məbləğində “***********  markalı,
********  dövət qeydiyyat nişanlı yükləyici ekskavator avtomobili lizinqə verilmişdir. Həmin
müqaviləyə əsasən ödəniş cədvəli tərtib edilmiş və 36 ay ərzində hər ay 2662 ABŞ
dolları məbləğinin Cavabdeh1 tərəfindən lizinq Şirkətinin hesabına ödənilməsi nəzərdə
tutulmuşdur. Həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə
edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi
öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri
müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən
edilmişdir. Lizinq ödənişləri cədvəlində göstərilən ödənişlərin aparılmalı gün ödəniş
edilmədikdə, müqavilənin 4.6-cı bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə
cərimə kimi hər gün üçün 0.1% hesablanaraq lizinq verənə ödənilməsi nəzərdə
tutulmuşdur. Cavabdeh1 sonuncu dəfə daxili lizinq müqaviləsi üzrə 29 iyul 2015-ci
tarixdə əsas borcdan 2705,23 ABŞ dolları məbləğində ödəniş etdikdən sonra ödənişləri
dayandırmışdır. Lizinq şirkətinin mülkiyyətində olan “********” markalı, ********  dövət
qeydiyyat nişanlı yükləyici ekskavator avtomobili F6 tərəfindən 02 iyun 2015-ci il tarixdə
lizinq şirkətinə təhvil vermişdir. Ərizəyə əsasən, Cavabdeh1 30 noyabr 2010-cu il tarixli
daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə etməsinə görə
02 iyun 2015-ci il tarixinə lizinq obyektinin ödənilməmiş qalıq əsas borcu 22.603,59 ABŞ
dolları, faiz borcu 3.190,35 ABŞ dolları, cərimə məbləği 17824,79 ABŞ dolları olmaqla
cəmi 43.618,73 (qırx üç min altı yüz on səkkiz ABŞ dolları 73 sent) ABŞ dolları borcu
vardır. Daxili lizinq müqaviləsinin 24-cü maddəsinə əsasən bildiriş eyni müqavilənin 26-
cı maddəsində qeyd olunmuş ünvana təqdim edilmiş və ya verilmiş olduqda təqdim
edilmiş və ya verilmiş hesab olunur. Belə ki, iddiaçı tərəfindən cavabdehin müqavilədə
qeyd olunmuş ünvanına bildiriş göndərilmişdir. Bildiriş və bildirişin göndərilməsi barədə
qəbz iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, ********-1 saylı 30 noyabr 2010-
cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zamin Cavabdeh2 həmin müqaviləni imza
etməklə lizinq alan tərəfindən lizinq müqavilələri üzrə öhdəliklərin icra edilmədiyi və ya
lazımınca icra edilmədiyi təqdirdə Lizinq verən qarşısında birgə məsuliyyət daşıması
nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və
Cavabdeh2 müştərək qaydada “xxxx” MMC-nin xeyrinə 30 noyabr 2010-cu il daxili lizinq
müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə etməsinə görə 02 iyun
2015-ci il tarixinə lizinq obyektinin ödənilməmiş qalıq əsas 22.603,59 ABŞ dolları, faiz
borcu 3.190,35 ABŞ dolları, cərimə məbləği 17.824,799 ABŞ dolları, cəmi 43618,73
(qırx üç min altı yüz on səkkiz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları və ödənilmiş 30
manat dövlət rüsumunun tutulmasını və “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış
******** saylı, 30 noyabr 2010-cu il tarixli daxili lizinq müqaviləsinə və X10 ilə bağlanmış
********-1 saylı 30 noyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə xitam verilməsi
məhkəmədən xahiş edilmişdir.

     Kassasiya şikayətinin  dəlilləri
 

          

Cavabdeh

kassasiya

şikayətində

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə
göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya

şikayəti

onunla

əsaslandırılmışdır

ki,

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
 376.2, 385, 388-ci maddələrin tələblərinin  pozulması ilə çıxarılmış, nəticədə maddi və

prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul
edilmişdir.

                  Tərəflərin İzahatları

       

        Məhkəmə kollegiyasının iclasında iddiaçı“xxxx” MMC-nin vəkili  X9 və nümayəndəsi 
X6  kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini  xahişetdilər.      
       

        

Məhkəməkollegiyasınıniclasında

cavabdeh

vəkili

X8

  

kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdi.
 
     

Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada 

məlumatlandırılmalarına  baxmayaraq, cavabdehlər  bir üzrlü səbəb göstərmədən
məhkəmə kollegiyasının iclasına gəlməmirşlər.
          Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə
əsasən onların  iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
 
                 

       Hüquqi məsələlər
 
       Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya

instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

       Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi  tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.

        Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından

və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən30 noyabr 2010-cu il tarixli
“xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış ******** saylı daxili lizinq müqaviləsindən
görünür ki, lizinq verən bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı satıcıdan əldə
etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alanın müvəqqəti
istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini
ödəməyi öhdəsinə götürmüşdür.

Həmin Müqavilənin 2.2-ci bəndindən görünür ki,  lizinq alanın öhdəliklərinin

zaminlik müqaviləsi ilə təmin edilməsi müəyyənləşdirilmişdir.

Həmin Müqavilənin 4.1-ci bəndindən görünür ki,  lizinq obyektinin qiyməti ödəniş

cədvəli ilə müəyyən olunmuş 36 aylıq lizinq ödənişləri olmaqla, 120.455 ABŞ dolları
təşkil edir.

Müqavilənin 14.1-ci bəndindən görünür  ki, bu müqavilə ilə nəzərdə tutulmuş lizinq

ödənişinin vaxtında ödənilməməsinə görə lizinq alan hər gecikdirilmiş gün üçün
ödənilməyən lizinq ödənişinin məbləğinin 0,1% miqdarında əlavə ödəniş lizinq verənə
ödəməlidir.

Həmin müqavilənin 20.1-ci bəndindən görünür ki, lizinq alan lizinq ödənişlərini bu

müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq

ödəmədikdə lizinq verənin lizinq alandan pul məbləğlərini və lizinq obyektini
mübahisəsiz olaraq geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv
etmək hüququ vardır.

İş materiallarında olan ******** saylı 30 noyabr 2010-cu il tarixli daxili lizinq

müqaviləsinin 1 saylı əlavəsi ilə lizinq obyekti “********” markalı yükləyici ekskavator
yükləyici və qiyməti 93.715 ABŞ dolları kimi təsvir edilmişdir.

“xxxx” MMC tərəfindən tərtib edilmiş ******** saylı 30 noyabr 2010-cu il tarixli daxili

lizinq müqaviləsinin 2 saylı əlavəsinə - ödəniş cədvəlinə əsasən lizinq obyektinə görə
Cavabdeh1 lizinq verənə hər ayın 30-da 2662 ABŞ dolları ödəməyi öhdəsinə
götürmüşdür.

 “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanan ********-1 saylı 30 noyabr 2010-cu

il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 “xxxx” MMC ilə
Cavabdeh1 arasında bağlanmış ******** saylı 30 noyabr 2010-cu il tarixli daxili lizinq
müqaviləsi üzrə lizinq alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

"xxxx” MMC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 həmin

müqaviləyə əsasən 02.06.2015-ci il tarixə 22.603,59 ABŞ dolları əsas borcu, 3.190,35
ABŞ dolları faiz borcu, 17.824.799 ABŞ dolları cərimə borcu vardır.

 TH № 015812 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür

ki, 2008-ci il buraxılışlı “********” markalı, ******** dövlət qeydiyyat nişanlı narıncı rəngli
ekskavator yükləyici “Standard Lizinq MMC”xxxx“xxxx” MMC tərəfindən cavabdehlərə
ünvanlanan 04.05.2016-ci il tarixli bildirişdən görünürt ki, cavabdehlərə ******** saylı 30
noyabr 2010-cu il tarixli daxili lizinq müqaviləsindən irəli gələn borcunun ödənilməsi
barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə Ekspertiza Mərkəzinin 13.03.2017-ci il tarixli 21721 saylı ekspert

rəyindən müəyyən olunur ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş ödənişləri əks etdirən
cədvəl məlumatları və 30.11.2010-cu il tarixli, ********-1 saylı daxili lizinq müqaviləsinin
qeyd olunan şərtləri nəzərə alınmaqla 02.06.2015-ci il tarixə 22.603,59 ABŞ dolları əsas
borcu, 3.190,35 ABŞ dolları faiz borcu, 11.799,07 ABŞ dolları cərimə borcu olmaqla,
cəmi 37.593,01 ABŞ dolları təşkil edir.

      Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
-

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən
çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.

-

741.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən
əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər
şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla)
lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş
dövriliklə muzd ödəməyə borcludur.

-

741-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və
lizinq alan Azərbaycan Respublikasının rezidentləridir.

-

423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi
tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək
təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə,
müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli
sürə bilər.

-

 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri
şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun
dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda
əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən

görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar
və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş
təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

-

422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə
müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə
müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli
bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrim
müəyyənləşdirir.

-

424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə
xitam verilir.

 -  442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və
ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və
xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər
şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

           İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək

apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,******** saylı 30
noyabr 2010-cu daxili lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh1 lizinq
ödənişlərini vaxtında icra etməməklə, müqavilə şərtlərini pozmuşdur.
                    Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası
haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab
edərək onu dəyişdirmədənsaxlamışdır.

                İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası

nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və
prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə
qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya
şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya
instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona
görə də kassasiya şikayəti təmin olunmamalıdır.

     Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual

Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası     

Q Ə R A R A  A L D İ :


      Kassasiya şikayəti təmin edilməsin.

  Bakı   Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə   04 aprel 2018-ci il

tarixli  qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

      Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

           Sədrlik edən:                                                                              Əli Rüstəmov
 
           

Hakimlər:                                                                                  Mehparə

Əhmədova
 
                                                                                                        Əhməd Nurməmmədov
          Əsli ilə düzdür: 
          Azərbaycan Respublikası
          Ali Məhkəməsinin hakimi                                                             Əli Rüstəmov