2[102]-75/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-75/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

                                       
                        Azərbaycan Respublikası adından
                 Azərbaycan Respublikası Ali Məhkəməsinin
                                     Mülki Kollegiyasının  
                                                 Q Ə R A R İ          
        
      « 07 » yanvar 2019-cü il         İş № 2(102)-75/19          Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov

Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan
Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçı X1 vəkili
Vəkilin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci
il tarixli qərardadından Cavabdeh1 və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə
baxaraq,

                                            MÜƏYYƏN  ETDİ :
                                            
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli qətnaməsi ilə

iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “vurulmuş ziyanı- ödənilməsi və sair tələbləri
barədə” ilk iddiasının və cavabdehin iddiaçılara qarşı irəli sürdüyü “maddi və mənəvi
zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasını- təmin edilməməsi qət
edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.05.2018-

ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon
Məhkəməsinin 21.04.2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan
hissədə qismən, yəni ilk iddianın həll edilməsi hissəsində ləğv edilməsi,- iddiaçıların
cavabdehə qarşı “vurulmuş ziyanın ödənilməsi və sair tələbləri barədə” ilk iddiasının
qismən təmin edilməsini, ünvan 1 ünvanda yerləşən53,1 kv.m ölçüdə olan qeyri-yaşayış
sahəsinin boşaldılmasını, qətnaməni- apellyasiya baxışının predmeti olan qalan hissədə,
yəni ilk iddianın vurulmuş zərəri- ödənilməsi hissəsinin rədd edilməsi hissəsində
dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli

qərardadı ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və A.İmanov, İş № 2(103)-
4215/2018) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli
qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş
sənədlər geri qaytarılması qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli

qərardadından Cavabdeh1 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.

 
              KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ
                         TƏRƏFLƏRİN İZAHATLARİ:

Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla

əsaslandırmışdır ki, məhkəmə yanlışlığa yol vermiş, prosessual hüquq normaları
pozulmuşdur. Ona görə də BakıApellyasiya Məhkəməsinin MK-nin 04 sentyabr 2018-ci il
tarixli qərardadının ləğv olunmasını xahiş edirlər.

Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 vəkili Vəkilin kassasiya şikayətinin

dəlilləri iıə raılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini   BakıApellyasiya
Məhkəməsinin MK-nin 04 sentyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən
saxlanılmasını xahiş etdi.

Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada

bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər.

Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə

gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini

araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya
Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən
saxlanılmalıdır.

                               HÜQUQ  MƏSƏLƏLƏRİ :
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya

instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəmişdir ki, prosessual

hüquq normalarının tələbindən göründüyü kimi, Qanun, kassasiya şikayətinin vəkil
tərəfindən imzalanmasını, habelə şikayəti tərtib etmiş vəkilin səlahiyyətini təsdiq edən
orderin və dövlət rüsumunun ödənilməsini sübut edən sənədin əlavə edilməsini tələb edir.
Lakin kassasiya şikayətindən görünür ki, şikayət cavabdeh və vəkil qismində Tağıyev
Kamran Həsən oğlu tərəfindən imzalansa da, şikayətə vəkilin səlahiyyətini təsdiq edən
order əlavə edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh verdiyi kassasiya
şikayətinin qoşma hissəsində şikayətə orderin və dövlət rüsumunun ödənilməsini təsdiq
edən qəbzin əlavə edildiyi qeyd olunsa da, həmin sənədlər məhkəməyə daxil olmuş zərfdə
aşkar olunmamış, bu barədə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasının əməkdaşları
tərəfindən müvafiq akt tərtib edilmişdir.

Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normalarının

tələbləri ilə əsaslandırmışdır.

Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsində göstərilir ki, kassasiya və

əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən
baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar
üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə
iştirak edirlər.

Həmin Məcəllənin 407.3 və 407.4-cü maddələrində göstərilir ki, şikayət onu verən

şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil
tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən
şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətə vəkilin orderi
və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin

orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə
sənədlər əlavə edilməmişsə geri qaytarılır.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə qanuni və əsaslıdır.

Cavabdeh1-in vəkilinin orderinin mövcudluğu və dövlət rüsumunun ödənilməsi

barədə hər hansı bir araşdırma aparmaması barədə kassasiya şikayətinin dəlili ilə
əlaqədar kollegiya qeyd edir ki, MPM-nin 408-ci maddəsinin tələblərinə görə kassasiya
şikayətinə vəkilin orderi əlavə olunmazsa və müəyyən olunmuş qaydada və məbləğdə
dövlət rüsumunun ödənilməsi barədə sənəd olmaqdıqda kassasiya şikayəti geri qaytarılır.

Apellyasiya instansiyası məhkəməsi həmin prosessual normanın tələblərinə əməl edərək
kassasiya şikayətini geri qaytarmışdır.

Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassatorun dəlilləri formal

mülahizələrdən ibarətdir və apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsaslı
sayılmır.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər

əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan və yuxarıda qeyd olunan
hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı
olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq
edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti
təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən
saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

                                   QƏRARA  ALDİ :
 

Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli

qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
    Sədrlik edən :               
                                                                                           
         Hakimlər :     
 Əsli ilə düzdür :
 Ali Məhkəmənin hakimi                                                  Q.Əsgərov