2[102]-805/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-805/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

 

Q Ə R A R İ

 

15 fevral 2019-cu il           İş № 2(102)-805/2019                    Bakı şəhərində

 
Azərbaycan

Respublikası

Ali

Məhkəməsinin

Mülki

Kollegiyasının

hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq
qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi,

İddiaçı iştirakı ilə,
Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-

8893/2017 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya
şikayəti üzrə işə baxaraq,        

 

Müəyyən etdi:

 

Bakı şəhəri Yasamalrayon məhkəməsinin 2(004)-3985/2017 saylı iş üzrə 12 may 2017-

ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək ABŞ dolları və iddia ərizəsinin
verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcinə görə 30 manat məbləğində pul vəsaitinin
Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən

və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə
Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12
may 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

 
 

İşin halları:

 

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri YasamalRayon

Məhkəməsinə müraciət edərək, cavabdehdən “Toyota Corolla” markalı **-RZ-*** dövlət
qeydiyyat nömrə nişanlı avtomobili almaq üçün ödədiyi 6500 ABŞ dolları, həmçinin “xxxx”
ASC-yə kredit üçün ödədiyi 650 ABŞ dolları olmaqla, cəmi 7150 ABŞ dolları və iddia ərizəsinin
verilməsi üçün ödədiyi 30 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki,o, 2015-ci il 10 noyabr tarixində Turbo.az

internet saytından tapdığı “Toyota Corolla” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili
6500 ABŞ dollarına Cavabdeh almışdır. Avtomobili cavabdehdən alanda o, həmin avtomobilin
ona məxsus olduğunu bildirmişdir. Avtomobili aldıqdan sonra növbəti ay üçün 08.12.2015-ci
ildə 650 ABŞ dollarını “Texnika Bank”a kredit ödəmişdir. 2015-ci il 21 dekabr tarixdə manatın
təkrar devalvasiyası nəticəsində ABŞ dolları məzənnəsinin qalxması nəticəsində 2016-cı ilin
yanvarından avtomobilin kreditini ödəməmişdir. Krediti ödəyə bilimədiyi üçün kredit
müqaviləsinin müddətinin uzadılmasını bankdan xahiş etmişdir. Lakin bankdan ona müsbət

cavab verməmişlər. Həmin ilin fevralında “Texnika Bank”ın Babək prospektində yerləşən ofisinə
gedərək kredit müqaviləsinin uzadılması və aylıq ödənişin 700 manat məbləğində müəyyən
edilməsi barədə ərizə ilə müraciət etmişdir. 30.08.2016-cı ildə Texnika Bankın Problemli Kredit
Şöbəsinin rəisi kimi özünü təqdim edən Cəlal Muradov adlı bir şəxs iddiaçıya zəng edərək
bildirmişdir ki, avtomobilin mülkiyyətçisi olan X3 etibarnaməni 2016-cı ilin mart ayında ləğv edib
və avtomobilin üzərinə həbs qoyulacaq, ona görə avtomobili banka təhvil versin. Bundan
sonra, iddiaçıya məlum olmuşdur ki, həmin avtomobil X1 mülkiyyətindədir və həmin avtomobil
mülkiyyət hüququ ilə cavabdehə məxsus deyil. Zəngdən sonra avtomobili aparıb həmin X1a
təhvil vermişdir. Bundan sonra Cavabdeh avtomobil üçün ödədiyi 6500 ABŞ dollarını və 08.12.
2015-ci ildə banka kredit kimi ödədiyi 650 ABŞ dollarını tələb etsə də, cavabdeh pulunu
qaytarmaqdan imtina edib. Cavabdehə avtomobil üçün ödədiyi pulun qaytarılması üçün
Suraxanı rayon Pİ-nin 30-cu PB-nə müraciət etmişdir. Polis Bölməsində araşdırma zamanı
Cavabdeh izahat verərək bildirmişdir ki, 2015-ci ildə X2 “Toyota Corolla” markalı **-RZ-***
dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə əsasında almışdır. Həmin ilin noyabr
ayında avtomobili İddiaçı 6800 manata satmışdır. Cavabdeh izahatında avtomobili iddiaçıya
satdığını etiraf etsə də, həmin avtomobili ABŞ dolları ilə deyil, manatla satdığını bildirmişdir.
Lakin, iddiaçı göstərilən avtomoli cavabdehdən manatla deyil, ABŞ dolları ilə almışdır. 30-cu
PB-nin 04 dekabr tarixli qərarının təsviri hissəsində göstərilir ki, İddiaçı ərizəsi əsasında
toplanmış materialdan görünür ki, kreditlə aldığı “Toyota Corolla” markalı **-RZ-*** dövlət
qeydiyyat nişanlı avtomobilin kreditini ödəyə bilmədiyindən, avtomobilin mülkiyyətçisi olan X3
ona vermiş olduğu mülki etibarnaməni ləğv etmiş və avtomobilə axtarış verdikdən sonra cərimə
meydançasından əldə etmişdir. Bunula da müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış
şifahi əqd pozulmuş və mülki mübahisəyə səbəb olmuşdur. Bu səbəbdən də, iddiaçı pozulmuş
hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 

Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz:

 

Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının

15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə
qərar qəbul edilməsini xahiş etmişdir.

Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə

olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq
normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət
verməmişdir. Apellyasiya məhkəməsi qətnamədə satılan avtomobilin müqabilində cavabdeh
tərəfindən iddiaçıdan 6500 ABŞ dolları məbləğində pul alındığını qeyd etsə dəbu hal iş
materialları ilə sübuta yetirilmir. Belə ki, cavabdeh iddiaçıdan 6500 ABŞ dolları məbləğində
deyil, 6800 manat məbləğində pul almışdır. Avtomobilin alınması ilə əlaqədar olaraq tərəflər
arasında xarici valyutada hər hansı sövdələşmə və ya faktiki alqı-satqı olmamışdır.İş
materiallarında olan Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı Fərid
İbrahimovun “cinayət işinin başlanıİmasının rədd edilməsi” barədə 04.12.2016-cı il tarixli
qərarından göründüyü kimi Cavabdeh polis bölməsində izahat verərkən də, İddiaçı avtomobilin
müqabilində 6800 manat pul aldığını etiraf etmiş, iddiaçıdan ABŞ dolları ilə pul götürdüyünü
inkar etmişdir. Hətta iddiaçı öz iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında da
pulun 6500 ABŞ dolları şəklində deyil, 6800 manat məbləğində qəbul edilməsi faktının Əhməd
tərəfindən mübahisələndirdiyini göstərmişdir. Lakin işə baxan məhkəmələrin heç biri iddiaçı
tərəfindən cavabdehə 6500 ABŞ dolları yoxsa 6800 manat məbləğində pulun verilməsi
xüsusatının dəqiqləşdirilməsi üçün Suraxanı RPİ-nin 30-cu Polis Bölməsindən İddiaçı şikayəti
əsasında toplanmış materialları, əldə edərək iş materialları ilə birlikdə tədqiq etməmişdir.

İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya

şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

 

Tərəflərin izahatları:

 
İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada

məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin

səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan
baxılmasını mümkün hesab etdi.

 

Hüquqi məsələlər:

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul
olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq
zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin

dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya
Məhkəməsi mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür

ki, “Toyota Corolla” minik markalı ** RZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil etibarlı
alqı-satqı müqaviləsi əsasında deyil, etibarnamələr əsasında əvvəlcə mülkiyyətçi X3 tərəfindən
“Vüsal” adlı şəxsə, həmin şəxs tərəfindən Cavabdeh, cavabdeh tərəfindən isə İddiaçı verilmiş
və bunun müqabilində cavabdeh iddiaçıdan 6500 ABŞ dolları məbləğində pul almışdır. İddiaçı
avtomobilə görə banka kredit ödənişlərini həyata keçirə bilmədiyindən, mülkiyyətçi onun
adından cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda
avtomobil mülkiyyətçinin sahibliyindədir.

Tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından, apellyasiya

instansiya məhkəməsi düzgün olaraq mübahisəyə əsassız varlanma haqqında normalarə
tədbiq etmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı 6500 ABŞ dolları müqabilində avtomobili
iddiaçının sahibliyinə və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil onun mülkiyyətçisi
tərəfindən geri alındığından, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci

maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan
başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman
baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma
həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə
etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya maşını 6500 ABŞ

dollarına deyil, 6800 manat satmışdır.

Məhkəmə kollegiyası cavabdehin bu dəlini əsaslı hesab etmir.
Belə ki, tərəflər arasında maşının satılması ilə bağlı razılaşma 2015-ci ilin noyabr

ayında, yəni ölkədə birinci devalvasiya olandan sonra baş tutmuşdur. Həmin zaman manatın
ABŞ dollarına nisbəttə məzənnəsi 1.05 manat olmuşdur.

Ölkədə maşın alqı-satqısı edilərkən əksər hallarda tərəflər arasında avtomobil

qiymətlərinin ABŞ dolları ilə müəyyən edilməsi və qeyd edilən tarixdə ölkədə devalvasiyanın
olması hamıya bəlli olan hallar olduğundan Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə görə
sübuta ehtiyacı yoxdur.

İddiaçı maşını 6500 ABŞ dollarına aldığını, cavabdeh isə 6800 manata satdığını bildirir.

Həmin dövr üçün 6500 ABŞ dolları, 6800 manata bərabər idi. (6500 x 1.05 = 6825).

Beləliklə müəyyən edilir ki, tərəflər avtomobilin 6500 ABŞ dollarına satılması barədə

razılığa gəlmiş, iddiaçı isə həmin dövrün məzənnəsinə uyğun olaraq razılaşdırılmış məbləğin
manata konvertasiya olunmuş məbləğini, yəni 6800 manatı cavabdehə ödəmişdir.  

Bu hal həmçinin mübahisəli avtomobilin ödənişlərinin banka ABŞ dolları ilə etməsi ilə

də müəyyən edilir. Çünki iddiaçı baş vermiş ikinci devalvasiyadan sonra ödəniş edə bilmədiyini
bildirmişdir. Həmçinin işə əlavə edilmiş Novruz Vəliyevin adına olan, iddiaçı tərəfindən ödəniş
edilməklə təqdim edilmiş hesabdan çıxarışdan da kreditin valyutasının USD olması müəyyən
edilir. Cavabdeh tərəfdə bu halı mübahisləndirməmişdir.

Bundan başqa cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin

20.04.2017-ci il tarixli iclasında sədrlik edənin verdiyi suala cavab olaraq cavabdehin
ioddiaçıdan 6500 ABŞ dolları məbləğində pul aldığını, etibarnamə ilə maşını olna verdiyini
bildirmişdir. (iş v 29 məhkəmə iclas protokolu).

Göründüyü kimi, həmin faktı cavabdehin nümayəndəsi də etiraf etmişdir.
Mülki Prosessial Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının

əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə
vəzifəsindən azad edir.

Tərəflər avtomiblin 6500 ABŞ dollarına satılması barədə razılığa gəldiklərindən iddiaçı

da həmin məbləğdə pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Çünki avtomibilin qanuni
olmayan alqı-satqısı nəticəsində iddiaçı avtomobil əldə etmək, həmin dövrdə, həmin məbləğə
uyğun başqa avtomobil almaq imkanından məhrum olmuşdur. Ona görə də, ədalətlilik
baxımından da  iddiaçı məhrum olduğu pul məbləğini cavabdehdən tələb etməkdə haqlı
olmuşdur.

Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı

hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya

qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr
1982-ci il tarixli qərarı; «De Cubber Belçikaya qarşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı)
bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin
bərqərar edildiyi də aydın görünməlidir».

Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək

hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki
Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə
mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
Kassasiya

şikayətinin

dəlilləri

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin

mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.    

Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.               

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

Qərara alır:      

 
Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki

kollegiyasının 2(103)-8893/2017 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılsın.                           

Qərar qəbul edildiyi andan qüvvəyə minir.  
 
Sədrlik edən:         
Əsli ilə düzdür        
Ali Məhkəmənin hakimi                                                 Əhməd Nurməmmədov