2[102]-855/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-855/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARİ

    “15”  fevral 2019-cü il               iş №2(102)-855/19                  Bakı şəhəri
 
    Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin

hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov
Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından  ibarət tərkibdə, Cumazadə
Ceyhun  Rizvan  oğlunun katibliyi ilə,

Cavabdeh1  Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  30 avqust   2018-

ci il tarixli qətnaməsindən verdiyi  kassasiya şikayəti üzrə işə baxaraq,            

                                                    MÜƏYYƏN  ETDİ:
 

      

Bərdə  Rayon Məhkəməsinin 29 mart   2018-ci il tarixli  qətnaməsi ilə

(hakim:C.T.Tağıyev; 2(021)-108/2018)  iddiа qismən təmin edilərək, cavabdehlər
Cavabdeh1 və Cavabdeh2   19 dekabr  2014-cü il tarixli, ************   nömrəli kredit  sazişi
ilə  5773,63 ABŞ  dolları    əsas,  1830,56  ABŞ 

dolları faiz borcu olmaqla cəmi  7604,  19

(yeddi min altı yüz dörd ABŞ dolları 19 sent) ABŞ dolları  ödəniş gününə olan   məzənnə
ilə və  Azərbaycan  manatı ekvivalentində kredit borcu və  dövlət rüsumu olaraq ödənilmiş 
20  manat  dövlət rüsumunun tutularaq   “xxxx”   ASC-nin xeyrinə   verilməsi və  iş üzrə
ödənilmiş 10 manat  dövlət rüsumu

cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək

qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50(əlli)
manat iddiaçı

“xxxx”   ASC-dən tutularaq büdcə təsnifatının kodu  142319, büdcə

səviyyəsinin  kodu 3, ekspertiza xərci, SAP(XİİS) HESABİ, Dövlət xəzinədarlığı  agentliyi,
KOD ********* , vöen **********, Müxbir hesab  AZ41 NABZ********************, SFİFT BİK
************ , Məhkəmə Ekspertizası Mərkəzi, VÖEV **********, hesab AZ *******************,
hesaba ödənilməsi qət edilmişdir.İddia qalan hissədə təmin edilməmişdir.

   Gəncə  Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2018-ci tarixli

qətnaməsi ilə (hakimlər: N.N.Quliyev (sədrlik edən və məruzəçi),  Ə.G.Abdullayev,
Ş.Q.Rzaquliyev; 2(104)-2730/2018)  

Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti

təmin edilməmiş,  

Bərdə  Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi

 dəyişdirilmədən saxlanılmışdır.

 
     İşin halları
 

    İddiаçı  

“xxxx”   ASC

cаvаbdehlər Cavabdeh1  və Cavabdeh2  qаrşı

iddia ərizəsi ilə

məhkəməyə müraciət edərək,  borclular  

Cavabdeh1  və Cavabdeh2  5784,58  ABŞ 

dolları əsas, 4385,97  ABŞ 

dolları  faiz borcu olmaqla cəmi- 10170,55  (on min yüz yetmiş

ABŞ dolları 55 sent)  ABŞ dolları borcun və 20  manat  məbləğində dövlət rüsumunun
tutularaq   “xxxx”   ASC-nin xeyrinə  verilməsi  barədə  məhkəmə əmri çıxarılmasını  xahiş
etmişdir.

Cаvаbdehlər Cavabdeh1  və Cavabdeh2 məhkəmə əmrinə etiraz verdikləri üçün

işə iddia icraatında baxılmışdır.

      İddiaçı  iddia tələbini  onunla əsaslandırılmışdır ki, 

Cavabdeh1  ilə

“xxxx”   ASC

arasında 19 dekabr  2014-cü il tarixli, ************ saylı saziş bağlanmış, həmin sazişə
əsasən  bank tərəfindən  cavabdehə 24 ay müddətinə, illik 26 faiz olmaqla 8000(səkkiz
min) ABŞ dolları kredit verilmişdir.

Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi

ilə  Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən
Cavabdeh2 Cavabdeh1 öhdəliyinin icrasının təminatı kimi bank qarşısında öz üzərinə
öhdəlik götürmüşdür. Cavabdeh kredit borcunun bir qismini ödəmiş qalan borcunu
ödəməkdən yayınaraq bank qarşısında gördüyü öhdəliyi yerinə yetirmədiyi üçün
məhkəməyə müraciət etmişlər.

     Kassasiya şikayətinin  dəlilləri
 
 

Cavabdeh1

kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin dəyişdirilərək faiz hissəsinin silinməsi  barədə qərar çıxarılmasını xahiş
etmişdir.

 
   Kassasiya

şikayəti

onunla

əsaslandırılmışdır

ki,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

Azərbaycan

Respublikası

Mülki

Məcəlləsinin425.1,425.2,442,443,448,460,470,472,739 -cu  maddələrinin,  Azərbaycan
Respublikası Mülki  Prosessual Məcəlləsinin 88, 106, 218.3-ci  maddələrinin tələblərinin
pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə
əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.

  
 Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada 

məlumatlandırılmasına  baxmayaraq,tərəflərheç bir üzrlü səbəb göstərmədən məhkəmə
kollegiyasının iclasına gəlməmişlər.

 
   Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə

əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

 
   Hüquqi məsələlər
 
  Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır.

   Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi  tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.
      Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və
məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx”   ASC arasında 19
dekabr  2014-cü il tarixli, ************ saylı saziş bağlanmış sazişə əsasən  bank

tərəfindən  cavabdehə 24 ay müddətinə, illik 26 faiz olmaqla 8000(səkkiz min) ABŞ
dolları kredit verilmişdir.

19 dekabr  2014-cü il tarixli, ************ saylı zaminlik müqaviləsinə əsasən

 Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə  Cavabdeh2 ilə zaminlik
müqaviləsi bağlanmışdır.

İşmateriallarında olan ödəniş qrafikinə əsasən 19.05.2015-cı il tarixdən

19.12.2016-cı il tarixə kimi cavabdeh tərəfindən  banka  8000 ABŞ dolları əsas,
2645,35 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 10645,35 ABŞ dolları pul ödənilməsi
nəzərdə tutulmuşdur.

Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin:
-  427.3-cü maddəsinə əsasənəgər öhdəlik onun icrası gününü və ya icra edilməli

olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik
həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

- 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya

lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə
qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra
edilməsi) başa düşülür.

1

ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin

əvəzini ödəməyə borcludur;

2

ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra
edilmədiyi bütün hallar üçün cavabdehdir;

3

ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu

(hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır;

4

-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun

əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan digər üsullarla təmin edilə bilər;

5

-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə

müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o
cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul
məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu
sübuta yetirməyə borclu deyildir;

6

ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru

qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün
məsuliyyəti öz üzərinə götürür;

7

-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə

və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində
zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor
qarşısında birgə məsuliyyət daşıyırlar;

8

ci maddəsinə əsasənəgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə

tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi
icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin
əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə
məsuliyyət daşıyır;

9

ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət

hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində
borc verənə qaytarmağı öhdəsinə götürür;

10 ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği

olduqda o, kredit müqaviləsi adlandırılır. 

           19 oktyabr 2017-ci il trixli, *******  saylı  məhkəmə mühasibatlıq ekspertizasına
əsasən  iş materiallarında olan  cari hesabdan çıxarış məlumatları və 19 dekabr 2014-cü il
tarixli ************ saylı kredit  sazişinin şərtləri nəzərə alınmaqla cavabdeeh  Cavabdeh1
    “xxxx”   ASC-nə  əsas məbləğ üzrə  5773,63 ABŞ dolları, borcu olduğu müəyyən
edilmişdir.                                                                                                                     

           İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən
etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli
Kredit Sazişinə əsasən, borcluya 24 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 8000 (səkkiz
min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə
götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt
və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun
risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan,
öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu
müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir.
Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün
məsuliyyəti öz üzərinə götürdüyündən, cavabdehlər iddiaçı qarşısında eyni həcmdə və
birgə məsuliyyət daşımalıdırlar. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra
etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş,
müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan
öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir
təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə
razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh2
zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti
öz üzərinə götürdüyündən, cavabdehlər iddiaçı qarşısında eyni həcmdə və birgə
məsuliyyət daşıyırlar.
            Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq   
tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət 
verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq
apellyasiya instansiya məhkəməsi  haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi
ilə razılaşaraq iddia tələbinin  qismən təmin olunması barədə həmin məhkəmənin
qətnaməsini dəyişdirmədən saxlamışdır.
        İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və  prosessual hüquq
normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə
qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu
üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv
edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır.

   Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası       

Q Ə R A R A  A L D İ :

    Kassasiya şikayəti təmin edilməsin.
    Gəncə  Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 avqust  2018-ci il

tarixli  qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

    Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

          Sədrlik edən:                                                                   Əli Rüstəmov
 

          Hakimlər:                                                                          Mehparə Əhmədova
 
                                                                                                  Əhməd Nurməmmədov
 
          Əsli ilə düzdür:
 
          Azərbaycan Respublikası
 
          Ali Məhkəməsinin hakimi                                               Əli Rüstəmov