2[102]-88/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-88/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 
İş № 2(102)-88/2019          07 yanvar 2019-ci il          Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qurbət Ağa oğlu və
Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə,

İddiaçı Cavabdeh MTK-ya (3-cü şəxs X9) qarşı “müqavilə öhdəliklərinin yerinə

yetirilməsi, mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi
öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası

üzrə Bakı Apellyasiya

Məhkəməsi Mülki Kollegiyasının 13.07.2018-ci il tarixli 2(103)-5173/2018 nömrəli
qətnaməsindən İddiaçıvə onun vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki
işə baxaraq,

MÜƏYYƏN ETDİ:

 

İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən
3 otaqlı, ümumi sahəsi 155.6 m

2

olan 37 saylı mənzilə sahiblik və istifadə hüquqlarının

tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh y/m,

M.Xiyabani küçəsi 5 ünvanında Cavabdeh MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış
binasının 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 155,6 m

2

olan 3 otaqlı 37 saylı

mənzilin tikintisinə dair MTK ilə aralarında 14.11.2007-ci il tarixli müqavilə bağlanmış,
müqaviləyə əsasən mənzilin ümumi dəyəri  93 000 manat müəyyən edilmiş, həmin
məbləği ödədikdən sonra mənzilin dəyərinin tam ödənilməsinə dair ona maliyyə arayışı
təqdim edilmiş, mənzilin haqqının ödənilməsinə baxmayaraq bu günə kimi mənzilin ona
təhvil verilməmiş, tikinti rəhbərlərinə dəfələrlə müraciət edərək üzərilərinə düşən öhdəliyi
yerinə yetirməyi tələb etmiş, lakin cavabdehin müxtəlif bəhanələrlə bundan boyun
qaçıraraq mənzilə olan hüquqlarını həyata keçirməsinə imkan verməmişdir. Bu yaxınlarda
təmir üçün tikinti materialları alıb mənzilə yığmaq məqsədilə gəldikdə qoyduğu qapının
dəyişdirildiyini görmüş, mənzilin kimin tərəfindən zəbt olunduğunu MTK-nın rəhbərliyindən
öyrənməyə çalışsa da, bu barədə ona heç bir məlumat verilməmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 13 oktyabr 2017-

ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə

toxunduğunu irəli sürən X9 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd
edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı

Apellyasiya

Məhkəməsi

Mülki

Kollegiyasının

(hakimlər

E.Həsənov,

X.Mərdanova və İ.Vəliyev) 13.07.2018-ci il tarixli 2(103)-5173/2018 nömrəli qətnaməsi ilə
X4 apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-
8179/2017 saylı iş üzrə 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni
qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə
yetirilməsi, mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi
öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddiası rədd edilmişdir.

İddiaçıvə onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının

13.07.2018-ci il tarixli 2(103)-5173/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti
vermişlər.

 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

 

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin

qətnaməsi qanunsuz, əsassız və heç nə ilə sübuta yetirilməyən fantastik dəlillərə
əsaslanaraq qəbul edilmişdir. Qətnamədə Cavabdeh MTK-nın direktoru X1 sənədi
bilməyərəkdən imzalanması əsas gətirilmişdir. Eyni cəfəngiyat və əsassız versiyalar
istənilən müqaviləyə yazılaraq istənilən müqaviləni etibarsız hesab etmək olar. Bundan
başqa İddiaçı mənzili daha əvvəl almış və hətta qapını da dəyişmişdir. Göstərilənlərə
əsasən Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə olan 2(103)-5173/2018 saylı, 13 iyul
2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar
çıxarılması xahiş edilmişdir.

 

PROSESSUAL  MƏSƏLƏLƏR

 

Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər.

Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə
məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün
hesab edir.

 

HÜQUQİ MƏSƏLƏLƏR

 

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul
olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq
zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad
etməsi

kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırma

kimi

qiymətləndirilməməlidir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına

əsasən Cavabdeh MTK ilə İddiaçı (alıcı) arasında 14.11.2007-ci il tarixdə “xxxx” müqavilə
bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK-nın Bakı şəhəri, Yasamal rayonu,
Ş.M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən
155.6 m2 sahəsi olan 3 otaqdan ibarət 37 saylı mənzilin alıcıya təhvil verilməsi və mənzilin
ümumi

dəyərinin

93

000

manat

məbləğində

müəyyən

olunaraq

ödənilməsi

razılaşdırılmışdır. Cavabdeh MTK-nın həmin tarixli maliyyə arayışına görə sözügedən
mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh MTK ilə X9 (alıcı) arasında
12.05.2008-ci il tarixdə “xxxx” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK, Bakı
şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küçəsində inşa etdiyi həmin yaşayış binasının eyni
mənzilini alıcı X2a təhvil verməyi, alıcı isə həmin mənzili qəbul edərək mənzilin
qabaqcadan müəyyənləşdirilmiş haqqını – yəni 90 403 manat məbləğini ödəməyi
öhdələrinə götürmüşdür. X2 12.05.2008-ci il tarixli, 28.10.2008-ci il tarixli və 25.03.2009-cu
il tarixli maliyyə arayışlarına əsasən həmin tarixlərdə Cavabdeh MTK-nın hesabına

müvafiq surətdə 14 940 manat, 20 695 manat və 15 787 manat pul vəsaiti ödəmişdir.
Cavabdeh MTK tərəfindən X2a 01.12.2017-ci il tarixdə verilmiş “arayış”adlanan sənəddən
aydın olur ki, mübahisəli mənzil ümumi dəyəri 90 403 manat olmaqla 12.05.2008-ci il tarixli
müqavilə ilə X2un adına rəsmiləşdirilmiş, mənzilin ümumi dəyəri sonuncu tərəfindən tam
olaraq ödənilmiş və mənzil MTK tərəfindən ona təhvil verilmişdir. X2 2016-cı ilin noyabr
ayından 2017-ci ilin aprel ayınadək mənzildə təmir işləri aparmış və hal-hazırda mənzildə
ailə üzvləri ilə birlikdə yaşayır. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə

Baş İdarəsinin iş materiallarına əlavə olunmuş 10.07.2018-ci il tarixli məktubunda da qeyd
edilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “Badu-Kübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri
tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin
talanması və digər qanunsuzluq faktları üzrə həmin idarədə Azərbaycan Respublikası CM-
nin 118.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur və
həmin iş üzrə Cavabdeh MTK tərəfindən ünvan 4 ünvanında inşa olunmuş binanın 1-ci
girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 155,6 m

2

sahəli 37 №-li mənzilin şirkətin

rəhbərliyi tərəfindən ilkin olaraq 12.05.2008-ci il tarixli müqavilə və maliyyə arayışları
əsasında X2, daha sonra isə faktiki olaraq 2016-cı ildə həmin mənzilin X1 dair tarixi
09.08.2011-ci il kimi qeyd olunmuş müqavilə və maliyyə arayışının tərtib edildiyi müəyyən
edilmiş, X3 24.04.2018-ci ildə iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində
tanınmışdır. İş materiallarından həmçinin aydın olur ki, X8 notarial qaydada təsdiq edilmiş
19.08.2017-ci il tarixli ərizə ilə mübahisəli mənzilə dair X2a qarşı heç bir maddi və mənəvi
tələbinin olmadığını və gələcəkdə də olmayacağını bəyan etmiş və ərizənin həqiqi
niyyətinə uyğun olduğunu göstərmişdir.

Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh MTK ilə ayrı-ayrılıqda həm

İddiaçı və həm də maraqlı şəxs X2 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu
müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir.
Adı çəkilən MTK ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib
edilmiş olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, maraqlı şəxs
X2un sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə
üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı,
mənzil maraqlı şəxsin sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin
özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa
sözlə, MTK maraqlı şəxs X2la bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa
da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən
müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu
14.11.2007-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil iş üzrə

maraqlı şəxs X2a təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən digər
şəxslərin tələbləri əsaslı hesab oluna bilməz və bu baxımdan maraqlı şəxs X2un
apellyasiya şikayəti təmin olunaraq iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə
çıxarılmalıdır.

Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş

materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki,
aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2018-ci
il

tarixli

qətnaməsinin

dəyişdirilmədən

saxlanılmalı,

kassasiya

şikayəti

təmin

edilməməlidir.   

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-

müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra
edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə
tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət
hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı
kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu
müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Məhkəmə haqlı olaraq hesab etmişdir ki, maraqlı şəxs X2 lazımi qaydada ödənilmiş

muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət
hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır.
Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil
maraqlı şəxs X2a verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə
etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına
alınmasını tələb etmək imkanını əldə etmişdir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki,

öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti
etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və
ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb
etmək hüququ vardır.

Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və

vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət
etməlidir.

Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək

hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman
Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət
edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları
düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası
məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.    

Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiya məhkəməsi qətnamə ilə

müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı
Cavabdeh MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu İddiaçı izah
etmişdir.

İddiaçı kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı qətnamənin təsviri

hissəsində qeyd edilən cavabdehin nümayəndəsinin izahatında göstərdiklərini səhvən
məhkəmə tərəfindən müəyyən edilmiş hal hesab edərək bununla bağlı mülahizələrini
kassasiya şikayətində əks etdirmiş, qətnamənin ləğvi üçün tutarlı dəlil göstərməmişdir.

Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər

əsassızdır, bu dəlillər qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola
bilməz.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyul 2018-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.             

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

QƏRARA ALDİ:

 

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.07.2018-ci il tarixli

2(103)-5173/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.