2[102]-979/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-979/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                                                        
                                                       

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Ali Məhkəməsi

 

Mülki Kollegiyasının

 

QƏRARİ

 

15 fevral 2019-cu il                     İş № 2(102)-979/19                             Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə,
Cavabdeh Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli
qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq  

 

MÜƏYYƏN ETDİ:

 
Cavabdeh Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il

tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini,  işin yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

 

İşin halları:

 

İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri

Binəqədi rayon məhkəməsinə müraciət etmişdilər.

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik

edən T.Kərimov, iş 2(001)-1783/2018) iddia qismən təmin edilmiş,  Cavabdeh 50000 manat
məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi  qət
edilmişdir.

Bakı Apellyasiya  Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər X.Mərdanova  və İ.Vəliyev, iş № 2(103)-
9869/2018 ) iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.

 

  Kassasiya şikayətinin dəlilləri:

 

Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də,
Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsinin
ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini
xahiş edir.

 

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

 

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
 

Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh  izahatı dinlənilməmişdir.

Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

 

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 18 dekabr 2014-cü il tarixdə

tərəflər arasında kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq
olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 1 (bir) il müddətində qaytarmaq şərtilə 50 000 (əlli
min) manat borc pul almışdır.

Apellyasiya

instansiyası

məhkəməsi

mübahisəli

hüquq

münasibətinə

Azərbaycan

Respublikası Mülki Məcəlləsinin 385 və 442-ci maddələrini tətbiq etmişdir.

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələbinə görə, öhdəliyə

əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,
pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən
çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öz
məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə
münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına
xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Mülki Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun

pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin cavabdeh tərəfindən borc alınmış

pulun 47.600 manat hissəsinin qaytarılması dəlili ilə əlaqədar aşağıdakıları qeyd etmişdir:

“...qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi

cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

Apellyasiya şikayətində cavabdeh, aldığı borcun 47 600 manatını iddiaçıya qaytarmış olmasını irəli
sürsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Onun qəbz adı ilə məhkəməyə təqdim
etdiyi və iddiaçıya məxsus olduğunu bildirdiyi yazının kserosurəti ilə bağlı kollegiya qeyd edir ki,
həmin sənəd surəti cavabdeh tərəfindən kredit öhdəliyinin icra edilməsini təsdiq edən sübut kimi
qəbul oluna bilməz. Əvvəla, həmin yazıda göstərilən məbləğlərin ödəniş olaraq məhz cavabdeh
tərəfindən edildiyi görünmür, digər tərəfdən, yazıda pul məbləğlərinin hansı məqsədlə ödənildiyi də
öz əksini tapmamaqla başqa şəxslərin adından edilən ödənişlər olduğu aydın görünür. Nəzərə
alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə
(konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və
MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən
sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

olunmasının əsası kimi ona istinad etmişdir ki, “məhkəmənin kserosurət adlandırdığı sənəd mənim
şəxsi yaddaş kitabımın səhifəsindən edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin faktiki
hallarına qərəzli yanaşmasaydı kitabçaya baxardı. Ödənişin mənim tərəfimdən edilməsəydi nəyə
görə mənim kitabçamda İddiaçı 25000 manat + 10.600 + 12000 manat ümumilikdə imzası ilə
təsdiq edərək aldım yazmalıydı. Təbii ki, pulu şəxsən özüm vermişəm və İddiaçı tərəfindən
kitabçamda qeydiyyat aparılmışdır.”

Cavabdeh qeydiyyat kitabçasını məhkəməyə təqdim etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən

məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki,
Cavabdeh məhkəməyə təqdim etdiyi qeydiyyat kitabındakı qeydlər əsasında müvafiq ekspertizanın
keçirilməsi yolu ilə araşdırmanın aparılması iş üzrə həqiqətin müəyyən edilməsinə köməklik edə
bilər.

Bu baxımdan Məhkəmə kollegiyası sübutların əsaslandırılması ilə bağlı mülki prosessual

qanunvericiliyin tələblərinin pozulması qənaətinə gəlir. Hesab edir ki, yol verilmiş prosessual
pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi  nəzərdə tutur ki,

prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv
edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə
nəticələnsin və ya nəticələnə bilsin.

 

Kassasiya şikayətinə baxılmasının nəticələri:

 

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan

maddi və prosessual qanun pozuntularına yol verilmişdir.

Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13

sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 

QƏRARA ALİR:

 

Kassasiya şikayəti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli il tarixli

qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə
qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:                                                                               
 
Əsli ilə düzdür.

Ali Məhkəmənin hakimi                                                               Vəfaddin İbayev