2[102]-995/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-995/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                       
                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
           
                                                         Q Ə R A R İ    
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5, İbayev Vəfaddin Ələm  oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X6,iddiaçının vəkili X4, cavabdehin vəkili X1 iştirakı 
ilə,

İddiaçı X7 Cavabdeh. X2 və X qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən
İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
 
                                                     MÜƏYYƏN   ETDİ:
 

Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə

(hakim F.Mirzəyev) iddiaçı X7 Cavabdeh. X2 və onun oğlu X qarşı mənzildən çıxarılma
tələbi təmin edilmiş, Cavabdeh, X3 və onun oğlu X ünvan 1 ünvanında yerləşən evin
ümumi sahəsi 35 kv.m.-dən (2 otaqdan) çıxarılmaları və həmin otaqların X8 təhvil
verilməsi qət edilmişdir.
          Bakı  Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsi  ilə
(sədrlik edən X.Cəmilova, hakimlər A.Hüseynov və İ.Xəlilov) Nizami rayon Məhkəməsinin
19 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş,
iddiaçı X7 Cavabdeh, X2 və onun oğlu X qarşı mənzildən (2 otaqdan) çıxarılma və
otaqların təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
 
                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
 

İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün
faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın
19 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar
qəbul edilməsini xahiş etmişdir.
 
                                               Hüquqi məsələlər:
 

İddiaçı Cavabdeh, sonuncunun arvadı X2 və oğlu X qarşı Bakı şəhəri, D. Aslanov

küçəsindəki 6/12 saylı evin sahəsi 35 kv m olan 2 otağından çıxarılmasına dair iddia
vermişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
           İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə Cavabdeh
məcburi köçgündür. ünvan 2 ünvanda yerləşən mübahisəli tikilinin bir hissəsi- «alət və
fəhlə otağı» cavabdehə məskunlaşmaq üçün 1994-cü ildə verilmiş, sonuncu həmin tikilidə
məcburi köçkün kimi yaşamaqla ona sahiblik etmiş, sonradan Cavabdeh həmin tikiliyə
artırmalar etmişdir.
           Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Yol
Xidmətinin NZP 475 saylı 05.05.1994-cü il tarixli məktubundan müəyyən olunur ki, Şimal
yolu istiqaməti ilə 2 km PK-10-da yerləşən alət və fəhlə otağında Cavabdeh məcburi
köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmasına icazə verilmiş və həmin məktub Cavabdeh
məcburi köçkün olduğu və ailə vəziyyəti nəzərə alınaraq Azərbaycan Dövlət Dəmir X16
İstehsalatı Birliyinin 08.02.2001-ci il tarixli məktubu ilə qüvvəsində saxlanılmışdır.
           Bundan sonra Cavabdeh 1994-cü il tarixdə tikilmiş, ümumi sahəsi 150,30 m2 olan
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 6/12 nömrəli yaşayış
evinə dair öz adına Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən tərtib edilmiş
hesabat cədvəli almışdır.
           Həmçinin  işin mübahisə edilməyən hallarına görə İddiaçı 1997-ci ildə cavabdehin
oğlu X evlənmiş və ailə qurduğu vaxtdan həmin özbaşına tikilinin bir otağına  gəlin
köçmüş, 2006-cı il tarixli qətnamə ilə iddiaçının həmin ünvana yaşamaq (istifadə) hüququ
tanınmışdır.
          Bununla yanaşı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş
hallarından görünür ki, İddiaçı özünü Bakı şəhəri, Keşlə qəsəbəsi D.Aslan küçəsi 6/12
saylı  evin sahibi kimi təqdim edərək “xxxx” QSC ilə 17.08.2018-ci il tarixli razılaşma
imzalamışdır.
           Həmin razılaşmaya əsasən İddiaçı Azərbaycan Dəmir Yollerı QSC-dən 146760
manat məbləğində kompensasiya alaraq D.Aslan küçəsi 6/12 saylı evə olan
hüquqlarından imtina etmişdir.
           Göründüyü kimi Belə olan halda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,
D.Aslan küçəsi, ev 6/12-nin sahibi kimi özünü təqdim etmiş və həmin evə olan
hüquqlarından 146760 manat kompensasiya müqabilində imtina etmiş İddiaçı hazırki iddia
ilə cavabehlərin çıxarılmasını və ona təhvil verilməsini tələb etdiyi otaqların, yəni iddia
ərizəsində göstərdiyi 28 kv.m. sahənin özbaşına tikilinin məhz hansı hissəsi olmasını dəqiq
göstərə bilmədiyi üçün onun tələbi qeyri-müəyyən olmaqla yanaşı, yuxarıda göstərilənlərə
görə həm də əsassızdır.
          Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının hazırki işdə cavabdehlərin
çıxarılmasını tələb etdiyi mübahisə predmeti olan tikili özbaşına tikilidir. Bununla bağlı
məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir:
         Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə)
əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət
reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə 178.1). Yeni yaranmış
daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə
alındığı andan əmələ gəlir (maddə 178.2). Tikinti məqsədləri üçün ayrılmayan torpaq
sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və
qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa
daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət
hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə
vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ

məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun
mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla
qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə
yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə
180).

Sadalanan maddi hüquq normalarının mənasına görə özbaşına tikiliyə hər hansı

şəxsin mülkiyyət hüququ, o cümlədən istifadə və sərəncam hüquqları yarana bilməz, belə
tikililər daşınmaz əmlak kimi alqı-satqının və özgəninkiləşdirmənin predmeti ola bilməz.
Digər tərəfdən hazırkı iş üzrə iddiaçının məhkəmə qətnaməsinə əsasən mübahisəli tikiliyə
istifadə (yaşayış) hüququnun yaranması tikilinin hüquqi statusuna təsir göstərmir və
iddiaçının həmin tikili üzərində mülkiyyət hüququnun, o cümlədən qanunla qorunan
sahiblik və sərəncam hüquqlarının yarandığı barədə qənaətə gəlməyə əsas vermir.

Belə olan halda iddiaçının hazırki iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik

olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. MPM-in 4.1-ci maddəsinə
əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,
eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş
qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə
müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin
mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan
pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə
həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun
həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi
vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia
etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva
edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual
qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə
vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə,
məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və
cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə
subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən
edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq
subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması,
cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il

tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki
mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin
müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç
elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa
(borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və
üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət
edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək
hüququnun  yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
            Yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq apellyasiya instansiya
məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı cavbdehlərin mübahisə predmeti olan
tikilidən çıxarılması tələbini irəli sürməklə bağlı müvafiq subyektin hüquqa malik şəxs kimi
qəbul edilə bilməz.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini

rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                             Q Ə R A R A  A L D İ :
 

İddiaçı kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.