2-1[102]-108/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-108/2021

10.02.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Ali Məhkəməsinin İnzibati Kollegiyasının

İddiaçı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

X8 üzrə Mərkəzi Filialına qarşı iş üzrə

Q Ə R A R I

Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı,

təhsil müddətinin qismən güzəştli staj kimi nəzərə alınması

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə

Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət
tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə,

İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan  Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə
Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “əmək pensiyasının təyin edilməsi və
ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya
Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-923/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli
qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında
açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, xx.xx.1988-ci ildə Çingiz İldırım

adına Azərbaycan Politexnik İnstitutunun “Avtonəqliyyat” fakültəsinə daxil olmuş,
xx.xx.1993-cü il tarixdə həmin fakültəni bitirmişdir.

2. 14.10.1993-cü il tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. İddiaçı xx.xx.1988-

ci il tarixdə N.Nərimanov adına sovxoza çilingər peşəsinə işə qəbul olunmaqla xx.xx.1988-
ci il tarixdə dispetçer köməkçisi işinə keçirilmiş və xx.xx.1989-cu il tarixə kimi N.Nərimanov
adına sovxozda işləmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İstehsal Birliyi X4 sexinə çilingər
köməkçisi işinə qəbul olunmaqla xx.xx.1989-cu ildə həmin sexdə İİ dərəcəli çilingər işinə
keçirilmiş, xx.xx.1990-cı il tarixdə isə Dublyonka sexinə keçirilmiş və xx.xx.1993-cü il tarixə
kimi həmin işdə işləmişdir. xx xxxx 1993-cü il tarixdə X13 Tikinti Sahəsinə hüquqşünas
vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 1994-cü il tarixə kimi həmin vəzifədə işləmişdir.
xx.xx.1994-cü ildə Daşdalıqjar sovxozun avtomobil parkına avtomobil mühəndisi təyin
edilmiş və xx.xx.1995-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1995-ci ildə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə polis orqanlarında xidmətə qəbul edilməklə
inspektor, xx.xx.2001-ci ildən Lənkəran Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə
icraçıları bölməsinin məhkəmə nəzarətçisi, xx.xx.2002-ci ildən məhkəmə icraçısı,
xx.xx.2009-cu ildən böyük məhkəmə icraçısı, xx.xx.2017-ci ildən hazırkı dövrə qədər
Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə)
vəzifəsində çalışır.

3. İddiaçı xx.xx.2017-ci il tarixə qədər onun iş stajının nəzərə alınmaqla ona ədliyyə

qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Lənkəran rayon
şöbəsinə müraciət etmiş, DSMF-nin Lənkəran rayon şöbəsi xx xxxxxx 2019-cu il tarixli
məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin
tələblərinə əsasən iddiaçının ədliyyə orqanlarında 25 il iş stajı olmalıdır. İddiaçının təqdim
etdiyi sənədlərə əsasən ədliyyə orqanlarında tələb olunan 25 il iş stajına qarşı 22 il 2 ay 26
gün olduğundan ona qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası
təyin etmək mümkün deyildir. Təhsil illərinin və hüquqşünas vəzifəsində işlədiyi dövrün
güzəştli iş stajına daxil edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4.

İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şirvan
İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il
tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5
il müddətin 2 il 6 ay və X13 Tikinti Sahəsində hüquqşünas vəzifəsində işlədiyi  1 il 5 ay 11
gün hesablayıb nəzərə alınmaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 4 ay 7

gün iş stajına malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə
pensiyaya çıxmaq hüququnun yaranması və ona xüsusi rütbəli şəxs kimi əmək
pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi
barədə qərar qəbul edilməsini xahiş etmişdir.  

5.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, xx.xx.2019-

cu il tarixli qərardadı ilə (hakim Z.Allahyarov) iddiaçının Cavabdeh1nə qarşı iddia tələbi
üzrə iddiaçının olduğu kimi saxlanılması, Cavabdeh1 Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi ilə əvəz edilməsi qərara
alınmışdır.

6.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, xx.xx.2019-

cu il tarixli qərardadı ilə (hakim Z.Allahyarov) iddiaçının cavabdehə qarşı sosial sığorta
stajının nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının
təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş aidiyyəti üzrə
baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

7.

İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət

edərək onun xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım
adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir
ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi
rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına
daxil edilərək, 25 ildən çox qulluq stajının tamamlandığı nəzərə alınaraq ona xüsusi rütbəli
şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci ilədək) güzəştli əsaslarla
əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin
cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8.

İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Ç.İldırım

adına Azərbaycan Politexnik İnstitutuna daxil olmaqla xx.xx.1993-cü ildə həmin tədris
müəssisəsini bitirmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi olan dövrdə X13 Tikinti
Sahəsində hüquqşünas vəzifəsində işləmişdir. X13 Tikinti Sahəsində hüquqşünas
vəzifəsində işlədiyi dövr mübahisəli deyil və təbii ki, müvafiq qaydada staj kimi qəbul edilir.
Lakin, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr, yəni Azərbaycan
Politexnik İnstitutunda təhsil aldığı 5 il qanunvericiliyin tələblərinə zidd olaraq bir il 6 ay staj
kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon Şöbəsi xx xxxxxx 2019-cu il tarixli imtina
məktubunda x xxxxx 1995-ci ildən xx xxxx 2017-ci il tarixədək Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində 2 il 2 ay 26 gün ədliyyə stajını nəzərə almışdır. Əslində isə
Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövr və X13 Tikinti Sahəsində hüquqşünas
vəzifəsində işlədiyi dövr də nəzərə alınmaqla iş stajı 26 il 4 ay 7 gün olması qəbul edilməli
və iddiaçıya x xxxx 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında”
Qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi.

9.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-4554/2019

saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının xx.xx.1988-ci il
tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE
seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə
orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox
qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya
hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci il tarixədək) güzəştli əsaslarla əmək
pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi
cavabdehə həvalə edilmişdir.

10.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1988-ci il

tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE
seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə
orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox
qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya

hüququnun yarandığı tarixdən güzəştli əsaslarla əmək pensiyası təyin edilməli və həmin
tarixdən ödənilməmiş pensiya məbləği ödənilməlidir..

11.

Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv

edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat

Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5-məruzəçi, X2 və

X7, 2-1(103)-923/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya
şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il
tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rəd edilmişdir.

12.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı xx.xx.1995-ci

ildən Ədliyyə polis orqanlarında xidmətə qəbul edilib. xx.xx.2017-ci ilədək xidmət müddəti
22 il 02 ay 20 gün təşkil edir. İddiaçı Azərbaycan Politexnik İnstitutunun qiyabi şöbəsinə
xx.xx.1988-ci ildə daxil olub, xx.xx.1989-cu il tarixdə əyani şöbəyə keçirilib və xx.xx.1993-
cü ildə məzun olub. İddiaçıya məxsus olan və xx.xx.1988-ci ildə doldurulmuş ******* saylı
əmək kitabçasında onun xx xxxx 1993 - x xxxxxx 1994-cü illərdə X13 tikinti Sahəsində
“hüquqşünas” vəzifəsində çalışması öz əksini tapmayıb. İddiaçı ona hərbi qulluqçu kimi
deyil, xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir.
iddiaçının tələbi hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi
olmadığından “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya
təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarı
hazırkı iş üzrə tətbiq edilə bilməz. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə
kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı
müddətin onun ədliyyə qulluq stajına daxil edilməsi yolverilməzdir.

13.

İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxx 2020-

ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə
qərar qəbul edilməsini xahiş etmişdir.

Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı

iştirakçılarının izahatları

a) Kasasiya şikayətinin dəlilləri

14.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1988-

ci il tarixdən, xx.xx.1993-cü il tarixədək olan dövr üzrə Ç.İldırım adına Azərbaycan
Politexnik İnstitutunda təhsil aldığı müddətin onun ədliyyə quluq stajına daxil edilməsi
yolverilməzdir.

15.

Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının 1988-1993-cü illər

təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan ədliyyə orqanlarına
qulluq stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa
çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman
qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan
məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir.
Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin
edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır.
Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi
hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq
münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə

məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla
qiymət verilə bilər.

16.

İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx xxxxxx

1992-ci il tarixli, 631 nömrəli qərarın 1 -ci hissəsinin on birinci abzasına görə iddiaçının
ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi
təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı
ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən
nəzərə alındığından iddiaçının qiyabi təhsil aldığı dövr onun ədliyyə İşçisi kimi qulluq
illərinə hesablanmışdır.

17.

“Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin xx.xx.2017-ci il

tarixədək qüvvədə olan redaksiyasına əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək
pensiyası hüququ olduğundan və iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə
tutulan vəzifələrdə azı 25 il qulluq stajı olması sübuta yetdiyindən onun yaşa görə əmək
pensiyası hüququ yaranmışdır.

b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18.

Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19.

İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun

izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20.

İşə

baxılmasının

vaxtı

yeri

haqqında

lazımi

qaydada

məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab
etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə
baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq
olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

Tətbiq edilən hüquq

21.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun

Maddə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq

mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə
tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası
vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

Maddə 20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə

orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: Ali xüsusi
rütbələr:- həqiqi dövlət ədliyyə müşaviri;- İ dərəcəli dövlət ədliyyə müşaviri;- İİ dərəcəli
dövlət ədliyyə müşaviri;- İİİ dərəcəli dövlət ədliyyə müşaviri. Böyük xüsusi rütbələr:- baş
ədliyyə müşaviri;- ədliyyə müşaviri;- kiçik ədliyyə müşaviri. Orta xüsusi rütbələr:- İ dərəcəli
ədliyyə qulluqçusu;- İİ dərəcəli ədliyyə qulluqçusu;- İİİ dərəcəli ədliyyə qulluqçusu.

Maddə 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti

orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərinin
sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi
qulluqçularının hərbi rütbələrinə bərabər tutulur.

23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş

vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş
ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz
xahişləri ilə xitam verilə bilər

x

xxxx

2018-ci

il tarixli 1031-VQD nömrəli Azərbaycan

Respublikasının

Qanunu (“Azərbaycan” qəzeti, xx xxxx 2018-ci il, № 69, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 398) ilə 23.8-ci maddədə “25 il qulluq etmiş
işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş
ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.

22.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli,

123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin
hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydaları
na
əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi
hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində
xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir.

23.

“Əmək pensiyaları haqqında” Qanun:

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən

edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara
əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin,
yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;

1.0.2. sosial sığorta stajı(bundan sonra-sığorta stajı)əmək pensiyası hüququnun

müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra
hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də
müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi

xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil
olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir;

9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi

qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu
kimi yaşa görə əmək pensiyası hüququ vardır:

9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş

hərbi qulluqçular;

9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq

stajı olan ədliyyə işçilərinin  yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il
tarixədək olan redaksiya).

24.

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq

həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar
orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin
edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 nömrəli
qərarının ilkin (iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan) redaksiyası:

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa

əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: müəyyən edilsin ki, zabit
heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının
rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə
aşağıdakılar aiddir: (bənd 1). Zabit heyətinə və daxili işlər, fövqəladə hallar orqanlarının
orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı
haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin a) bəndinə əsasən
pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və
rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq,
silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam

şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay
sayılmaqla uzun müddət xidmətə daxil edilir (bənd 1, abzas 11).

25.

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq

həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya
təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 nömrəli
qərarına (xx.xx.2013-cü il tarixədək qüvvədə olan redaksiyada) əsasən “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır: müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə,
miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə,
gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə
pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: (bənd 1). Zabit
heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının orta, böyük, yüksək
rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi
xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl
mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, qiyabi
təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı
ay sayılmaqla uzun müddət xidmətə daxil edilir (bənd 1, abzas 11).

26.

Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-

1(102)-789/2019 saylı xx xxxx 2019-cu il tarixli və 2-1(102)-2930/2019 saylı xx xxxxxx
2019-cu il tarixli qərarlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx
1992-ci il tarixli, 631 nömrəli qərarına istinad edərək ali təhsil dövrünün 5 ilinin hər ili altı ay
sayılmaqla ədliyyə qulluqçusunun xüsusi rütbəli şəxs kimi güzəştli şərtlə əmək pensiyası
hüququnun yarandığı bildirilmişdir.

27.

1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları

haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndi.

Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində,

başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq
hüququna malikdirlər.

28.

SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə

təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın
109-cu maddəsinin «и» bəndi.

Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş

stajına daxil edilir.

29.

1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında”

Qanununun 67-ci maddəsinin ğ) bəndi.

Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə

kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında,
aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

30.

İnzibati Prosessual Məcəllə:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların

təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin
düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə
araşdırmağa borcludur.

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra

qiymətləndirilir.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq,

mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın
davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən
qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası
məhkəməsinə göndərməyə haqlıdır:

96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi

prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların
araşdırılması tələb olunduqda;

96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)

dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni
qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı
verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31.

Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin

qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi
qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət
mümkün hesab edilmişdir.

32.

Kasasiya

şikayətində

apelyasiya

məhkəməsinin

qərarı

bütövlükdə

mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və
əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi

33.

Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş,
habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmamışdır.

34.

İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi Nazirlər

Kabinetinin qərarının onun təhsil aldığı dövrdə qüvvədə olmuş redaksiyasına istinad
etməmişdir.

35.

Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları

qeyd edir.

36.

İddiaçı hesab edir ki, pensiya qanunvericiliyinin x xxxx 2017-ci ilə qədər olan

redaksiyasına görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25
il qulluq stajı olan şəxs yaşa görə pensiyaya çıxa bilər. Ali təhsil dövrü də nəzərə alınarsa
onun xüsusi rütbəli ədliyyə qulluqçusu kimi 25 il stajı mövcud olduğuna görə güzəştli şərtlə
yaşa görə pensiya hüququ yaranmışdır.

37.

İddiaçı xx.xx.1995-ci ildən ədliyyə polis orqanlarında xidmətə qəbul edilib.

xx.xx.2017-ci ilədək xidmət müddəti 22 il 02 ay 19 gün təşkil etmişdir.

38.

Həmçinin xx.xx.1988-ci ildə iddiaçı Azərbaycan Politexnik İnstitutunun qiyabi

şöbəsinə daxil olmuş, xx.xx.1989-cu il tarixdə əyani şöbəyə keçirilmiş və xx.xx.1993-cü
ildə məzun olmuş, bundan sonra xx xxxxxxx 1993-cü ilə qədər hərbi xidmət keçmişdir.

39.

Araşdırılmalı hal iddiaçının x xxxx 2017-ci ilə qədər ədliyyə orqanlarında

xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajının mövcudluğu ilə bağlıdır.

40.

İddiaçı xx xxxxx 1995-ci ildən ən azından x xxxx 2017-ci ilə qədər ədliyyə

orqanlarında qulluq keçmişdir (İddiaçı hazırda da ədliyyə orqanlarında qulluğunu davam
etdirir). İddiaçının bu dövrdə ədliyyə orqanlarında qulluq keçməsini cavabdeh
mübahisələndirməmişdir. xx xxxxx 1995-ci ildən iddia tələbində son müddət kimi qeyd
edilən x xxxx 2017-ci il tarixə qədər olan dövr 20 il 2 ay 19 gün təşkil edir.

41.

1993-cü ilin iyul ayından həmin ilin oktyabr ayının 14-dək iddiaçının hərbi

xidmətdə olması nəzərə alınarsa bu dövr 3 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə
orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın
verilməsi” Qaydalarına əsasən iddiaçının hərbi qulluqçu vəzifələrində xidmət müddəti
ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilməlidir.

42.

Digər həll edilməli olan məsələ iddiaçının ali təhsil müddətinin sosial sığorta

stajına daxil edilməsi məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti
təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına
daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun
yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır.

43.

Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə

bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman
qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər.

44.

İşdə olan sənədlərə əsasən iddiaçı xx xxxxxx 1988-ci ildə ali məktəbə qəbul

olunmuş, x xxxx 1993-cü ildə bitirmişdir.

45.

İddiaçı xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə

olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan ali
təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların
(hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir.
Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı
il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının
hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona
münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş
stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək
qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş
stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

46.

Hazırkı iş üzrə mübahisə həm də iddiaçının Azərbaycan Politexnik

İnstitutunda təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial
sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır.

47.

Kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd

edir ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan
sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün
müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün
alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll
edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı
məsələsidir.

48.

Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin

pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-
olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə
olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə
mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir.

49.

İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları

haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan

qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin
edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir.

50.

Odur ki, iddiaçının əyani formada ali təhsil dövrü onun ümumi sığorta stajı

kimi nəzərə alınmalıdır.

51.

İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx xxxxxx

1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasına görə iddiaçının
ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi
təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı
ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə bu dövr 2 il 6 ay olacaqdır.

52.

Nəticədə 22 il 2 ay 19 gün ədliyyə orqanlarında qulluq illəri, 3 ay 14 gün hərbi

xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə iddiaçının x xxxx 2017-ci il tarixə azı 25 il
ədliyyə orqanlarında qulluq illəri mövcud olmuşdur.

53.

“Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin xx.xx.2017-ci il

tarixədək qüvvədə olan redaksiyasına əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək
pensiyası hüququ olduğundan və iddiaçının xx xxxxxxxx 2015-ci ilə ədliyyə orqanlarında
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olması sübuta yetdiyindən
onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

54.

Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı

sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla
bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin
edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər
ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s.
dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə
münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin
hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq
edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki
qanunvericiliklə

qazanılmış

hüquq

sonradan

həyata

keçirilmiş

qanunvericilik

tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu,
qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb,
“qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd
edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış
hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız
gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna
bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş
hüquqlarını əvəzsiz ləğv edə bilməz.

55.

“Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin müddəalarının

nəzərə alınmalı olması barədə Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 nömrəli
qərarın 1-ci hissəsinin on birinci abzasının tələbləri iddiaçının təhsil aldığı dövrdə qüvvədə
olmadığından apelyasiya instansiyası məhkəməsi həmin normaya istinad etməkdə haqlı
olmamışdır.

56.

Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının “Əmək

pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin x xxxx 2017-ci ilə qədər qüvvədə olan
redaksiyasına görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25
il qulluq stajı olan ədliyyə işçisi olduğundan iddia təmin edilməli, x xxxx 2017-ci il tarixdən
güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin
ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, kasasiya şikayəti qismən təmin edilməli,
birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə şikayətin dəlilləri
qanunsuz olduğundan təmin edilməməlidir.

57.

Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati

Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kasasiya şikayəti qismən təmin edilsin.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-923/2020 saylı xx

xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin.

İddia təmin edilsin.
İddiaçı xx xxxxxx 1988-ci il tarixdən x xxxx 1993-cü il tarixə qədər olan ali təhsil dövrü

və hərbi biletdə qeyd edilən dövr xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi
xidmət illəri onun sığorta stajına daxil edilərək x xxxx 2017-ci ildən güzəştli şərtlə əmək
pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X8 üzrə
Mərkəzi Filialına həvalə edilsin.

Kasasiya şikayəti qalan hissədə təmin olunmasın.
Qərar qətidir.