2-1[102]-1421/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2-1(102)-1421/2021
02.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati Kollegiyasının
İddiaçı Yevlax bələdiyyəsinə
qarşı iş üzrə
Q Ə R A R İ
Açar sözlər: torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarının ləğv edilməsi.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov
Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
İddiaçı, onun vəkili Vəkil iştirakı ilə,
İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “Yevlax
bələdiyyəsinin "xxxx" Tekstil MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin
tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28
nömrəli qərarının Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına
əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m
torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dаir inzibati iş üzrə Şəki Apelyasiya
Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-227/2021 saylı iş üzrə 21 may 2021-ci il
tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.
İŞİN HALLARİ
1. X2 Şəhər İH başçısına müraciət edərək, ona mağaza tikintisi üçün 15 kv.m torpaq
sahəsinin ayrılmasını xahiş etmişdir. İH başçısının 27.03.2000-ci il tarixli 58 nömrəli
sərəncamı ilə X4 mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsi ayrılmış, 12.12.2000-ci il
tarixli alqı-satqı aktı əsasında X8 ona ayrılan torpaq sahəsinin dəyərini, yəni 87000 manat
məbləği “Beynəlxalq” bankın hesabına ödəmişdir.
2. Yevlax bələdiyyəsinin 23.02.2007-ci il tarixli, 28 saylı qərarı ilə Yevlax
bələdiyyəsinin torpaqlarına aid olan ərazidən sahibkarlıq məqsədilə 270 kv.m torpaq
sahəsi "xxxx" Tekstil MMC-nin mülkiyyətinə verilmişdir. Həmçinin, Yevlax ŞİH Memarlıq və
Tikinti şöbəsinin 23.02.2007-ci il tarixli, 26 nömrəli rəyi alınmış və Şöbə həmin ərazidə
sahibkarlıq obyektinin tikintisinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Bundan sonra,
tərəflər arasında 27.02.2007-ci il tarixli alqı-satqı aktı tərtib edilmiş və torpaq sahəsinin
dəyəri "xxxx" Tekstil MMC tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir.
3. Yevlax bələdiyyəsinin 12.04.2007-ci il tarixli, 56 saylı qərarı ilə bələdiyyə
torpaqlarına aid, şəhərin K.Sabitov küçəsində yerləşən ərazidən 60.0 kv.m torpaq sahəsi
sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 mülkiyyətinə verilmiş və bununla əlaqədar müvafiq
rəylər alınmış, alqı-satqı müqaviləsi bağlanmış və Z.Gülüstaninin adına A seriyalı 245605
nömrəli plan və ölçü sənədi, MA seriyalı ******* nömrəli, 22.04.2010-cu il tarixli çıxarış
tərtib edilmişdir.
4. X3 bələdiyyəyə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün həyətyanı
torpaq sahəsinin ayrılmasını xahiş etmiş, bələdiyyənin qeyd edilən qərarı ilə Yevlax ŞİH
Memarlıq və Tikinti şöbəsi və DTXK-nın müvafiq rəyləri alındıqdan sonra Yevlax
bələdiyyəsinin 14.11.2011-ci il tarixli, 81 saylı qərarı ilə V.Gülüstaniyə 450 kv.m həyətyanı
torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax
şəhəri, Füzuli küçəsində kommunal təsərrüfat birliyinin cənub hissəsində mağaza tikilməsi
üçün alqı-satqı yolu ilə alınmış 15 kv.m torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə,
qanuni torpaq sahəsinin ona qaytarılması və mağazasının qanunsuz sökülməsi
nəticəsində dəymiş 15000 manat zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş
etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 başçısının 27.03.2000-
ci il tarixli, 58 saylı sərəncamı ilə Yevlax şəhərinin Füzuli küçəsində kommunal təsərrüfat
birliyinin cənub hissəsində mağaza tikintisi üçün iddiaçıya 15 kv.m torpaq sahəsi
ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini, yəni 87000 manat vəsaiti Beynəlxalq bankın
hesabına ödəmiş və tərəflər arasında 12.12.2000-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı
həmin yerdə mağaza tikmiş və uzun müddət istifadə etmişdir. Sonradan tikdirdiyi mağaza
üçüncü şəxs tərəfindən dağıdılmışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə
müraciət etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə
əsassızdır və təmin oluna bilməz. Belə ki, İddiaçı hüquqi şəxs deyil. Onun hüquqi şəxs və
sahibkar olması barədə VÖEN və digər sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. İddia
ərizəsində adını Uraman göstərmiş, torpaqayırma sənədlərində isə adı Roman yazılmışdır.
Eyni zamanda, onun adına Yevlax Bələdiyyəsində və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
Hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsi
qeydiyyata alınmamışdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, “Dövlət və
Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə
torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən
hüquqların
dövlət
qeydiyyatına
alınması
məcburidir.
Torpaq
sahələri
üzərində
qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat
vermir. Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət
qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı iddia müddətini də keçirmişdir. Əgər
doğrudan da ona qarşı hər hansı qanunsuz hərəkət edilmişdirsə, nə üçün o, vaxtında
məhkəməyə və digər orqanlara müraciət etməyib. Sənədlərdən və iddiaçının yazmasından
aydın olur ki, mübahisəli torpaq sahəsində tikilmiş mağaza binasının sökülməsindən 10
(on) ilə yaxın müddət keçib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci
maddəsinə əsasən, “Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı
ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddia müddətinin keçməsi məhkəməyə
iddianı təqdim etmək mümkünlüyünün qarşısını alır və məhkəmə tərəfindən iddiadan
imtina edilməsinə əsas kimi götürülür. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür.
8. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,
“Yevlax bələdiyyəsinin "xxxx" MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət
obyektinin tikintisi üçün 270.00 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il
tarixli, 28 nömrəli qərarın Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı
sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə
satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” barədə qərar qəbul olunmasını
xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(116)-45/2020 saylı
qərardadi ilə (hakim: İ.H.Cabbarov) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata
qəbul edilmişdir
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-15/2021 saylı, 19 fevral 2021-ci il tarixli
qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi
bələdiyyə qərarı qanunvericiliyin normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan
torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərarı əsasında üçüncü
şəxsə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut
mövcud deyildir və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək,
həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə yeni qərar çıxarılmasını
xahiş etmişdir.
b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-227/2021 nömrəli
iş üzrə 21 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev
və İ.H.Şükürov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-
15/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi
mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin
qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını
xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ
İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı
qanunsuz və əsassızdır. Belə ki, bütün sənədlərlə iddiaçının torpaq sahəsini alqı-satqı
yolu ilə əldə etdiyi, burada yüksək səviyyədə tikinti işləri apararaq əmlakını müasir
formaya saldığı görünür. Lakin cavabdeh tərəfindən onun əmlakı dağıdılmış, mülkiyyəti
tarimar edilərək əmlak "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Məhkəmələr isə bu
məsələni aydınlaşdırmadan qərar qəbul etmişlər.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. 12 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və onun vəkili
kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.
19. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili kassasiya
şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət
tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə
mülkiyyəti növündə ola bilər.
Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük
verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər
kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və
onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət
hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası
ola bilər.
Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin
mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan
Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka
mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun
əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq
mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti
orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə
tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə
yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan
əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
Maddə 67.4 Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların
müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə
müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin
verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada
dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq
fondudur.
Torpaq islahatı zamanı vahid torpaq fondunda:
dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları);
bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları);
xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir.
Maddə 4. Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına
və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi
şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan
Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Maddə
9.
Vətəndaşların
qanuni
istifadəsindəki
fərdi
yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının
idarəçiliyindəki
bağların
altında
olan
torpaqlar
qanunvericiliklə müəyyən
olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların
mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Kollektiv
bağlar özəlləşdirilərkən
torpaq
sahəsi
bağçılığın
hər üzvünün
mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir
icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
Bağ sahələrinin
torpaqları özəlləşdirilərkən
onların üzərindəki
tikililər,
ağaclar
və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
24. “Bələdiyyə torpaqlarının idarə edilməsi” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş
qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar
çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara,
hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat
fondu torpaqlarına bölünür.
Maddə 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:
3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız
çıxarılmasına yol verilməməsi;
3.0.2. torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen
təsirlərdən qorunması;
3.0.3.
torpaqların
xüsusi
mülkiyyətə,
istifadəyə və
icarəyə
verilməsində
qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi;
3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;
3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin
məlumatlandırılması.
Maddə 4. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz
inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:
4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan
torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə
mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin
icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin
mülkiyyətinə vermək;
4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin,
yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz
səlahiyyətləri daxilində təşkil etmək;
4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını
almaq;
4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə
əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə
iddia qaldırmaq;
4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar
hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;
4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq
sahələrinin minimum həddini müəyyən etmək;
4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq
hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət
mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında
vəsatət qaldırmaq;
4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə
nəzarət etmək;
4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı
mübahisələri həll etmək;
4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını
müdafiə etmək;
4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər
səlahiyyətləri həyata keçirmək.
Maddə 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının
torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi
aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız
apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu
gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə
məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi
göstərilməlidir.
Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə
qərar qəbul edir.
Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını
(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada
əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün
hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün
hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya
instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddiaçı kassasiya şikayətində qeyd edir ki, bələdiyyə alqı-satqı əsasında onun
tərəfindən əldə edilmiş torpaq sahəsini heç bir qanuni əsas olmadan üçüncü şəxsə
vermişdir.
30. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq
qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur.
Həmin torpaq sahənin iddiaçıya verilməsinə dair iş materiallarına heç bir sübut mövcud
deyildir. Bu hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Həmin
səbəbdən də məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, Cavabdeh2 başçısının
27.03.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün iddiaçıya
ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq
sahəsinin planı və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından 3-cü şəxsə ayrılan
torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Bu nəticəyə gələrkən
məhkəmələr Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.10.2020-ci il
tarixli,**********06 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinad etmişlər.
Belə ki, həmin rəydə iddiaçıya Cavabdeh2 başçısının 27.03.2000-ci il tarixli, 58 saylı
sərəncamına əsasən mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15
kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü və ya
şəhadətnamə)
sənədləri
olmadığından
mütəxəssis
qarşısında
qoyulan
sualın
cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının
kassasiya
şikayəti
təmin
edilmədən,
mübahisə
edilən
qərar
dəyişdirilmədən
saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının kassasiya şikayəti təmin edilməsin.
Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-227/2021 saylı iş
üzrə 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Qərar qətidir.